“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
7-03-2026, 17:31
Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək


Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək

Hindistan Rusiyadan təbii qaz alacaq.
Hindistan Yaxın Şərq böhranı fonunda Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa başlaya bilər.
Hindistan hakimiyyəti neft ehtiyatlarının artmağa davam etməsi səbəbindən hazırda benzin və dizel yanacağının qiymətlərini qaldırmağı planlaşdırmadıqlarını bildirib.
Lakin Hindistan Rusiyadan mayeləşdirilmiş təbii qaz almağı düşünür və artıq Səudiyyə Ərəbistanının Yanbu limanından bir neçə partiya neft sifariş edib.
7-03-2026, 17:28
Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək


Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidovarasında görüş keçirilib.
Bu barədə XİN-in X hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi, siyasi, iqtisadi və regional əlaqələr sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya ilə bağlı mövzuları müzakirə ediblər.
Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı da fikir mübadiləsi aparılıb.
7-03-2026, 17:25
Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur


Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur

Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirildi.
Bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat verib.
İclas zamanı Şura üzvləri məhkəmə sistemi ilə bağlı qaydaların müzakirəsini davam etdiriblər.
7-03-2026, 17:23
Türkitə Kiprə F-16-lar göndərir - KİV


Türkitə Kiprə F-16-lar göndərir - KİV

Türkiyə Şimali Kipr Türk Rüspublikasına F-16 yerləşdirəcək.
Bu barədə "Reuters" agentliyinin məlumat yayıb.
Bildiirlir ki, Türkiyə Müdafiə Nazirliyi Şimali Kipr Türk Respublikasına F-16 qırıcı təyyarələri yerləşdirməyi nəzərdən keçirir.
7-03-2026, 17:13
TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib


TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev ilə İranın dron Naxçıvana hücumlarını müzakirə edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müzakirələr zamanı regional təhlükəsizlik vəziyyəti, Türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası baş tutacaq.
7-03-2026, 17:13
Qətər İran diplomatlarını ölkədən çıxarır


Qətər İran diplomatlarını ölkədən çıxarır

Qətər İran diplomatlarını ölkədən çıxarır.
Doha İran səfirliyinin işçilərinə ölkədən çıxmaq üçün bir həftə vaxt verib.
İran səfirliyi ilə əlaqəsi olan bir mənbə əlavə edib ki, bəzi səfirlik işçiləri müvəqqəti olaraq Qətərdə qalmağı planlaşdırırdılar, lakin ölkə otelləri Qətər hökumətinin təlimatlarına əməl edərək onları yerləşdirməkdən imtina edib.
7-03-2026, 17:10
ABŞ-nin üç fərqli təyyarəsi ilk dəfə eyni anda döyüşdə


ABŞ-nin üç fərqli təyyarəsi ilk dəfə eyni anda döyüşdə

ABŞ-nin uzun mənzilli bombardmançıları, B‑2 Spirit, B‑1 Lancer və B‑52 Stratofortress, tarixin ilk dəfə olaraq eyni anda döyüş əməliyyatlarında iştirak edirlər.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qeyd edilib ki, ABŞ bütün bombardmançı ailəsini səhnəyə çıxardıqda, vəziyyətin həqiqətən də dramatik olacağı aydındır.
ABŞ bombardmançıları artıq İranda, o cümlədən Tehran ətrafında 200-dən çox hədəfi vurub. B‑2-lər yeraltı raket sığınacaqlarına qarşı 2,000 funtluq nüfuzedici bombalar atır və hələ də daha böyük, 30,000 funtluq GBU‑57 sığınacaq qırıcısı bombalar ehtiyatda gözləyir - eyni bombalar “Operation Midnight Hammer” zamanı İranın nüvə obyektlərinə dəymişdi.
B‑1-lər kamuflyajla gizlənməyə çalışmırlar - sadəcə sürətlə və qəzəbli şəkildə görünür, 75,000 funtluq sursat və ya 24 gəzici raket daşıya bilirlər. Onlar eyni platformalardır ki, ABŞ Venesuela hava hücum sistemlərini sıradan çıxarmışdı.
B‑52 isə hələ də 1968-dək olduğu kimi dağıdıcı qüvvəyə malikdir. Onlar bombalar ata, gəmiləri aşkarlaya və uzun müddət hədəflərin üstündə qala bilirlər.
Bu üç bombardmançı birlikdə olduqda, İranın raket anbarları, buraxılış qurğuları, silo sistemi və hücumlarını davam etdirməsinə imkan verən digər infrastruktura qarşı demək olar ki, fasiləsiz zərbələr həyata keçirilir.
7-03-2026, 17:00
İrandan İsrailə yeni raket dalğası yönəldi


İrandan İsrailə yeni raket dalğası yönəldi

İrandan İsrail hədəflərinə doğru yeni raket dalğası aşkarlanıb.
İsrailin mərkəzi hissəsində geniş xəbərdarlıqlar yayılıb.
Zərbələrə məruz qalan ərazilər: Şimal vadiləri, Şaron və Mərkəzi Sahil, Böyük Tel-Əviv, Qərb sahili, Laqiş və Şefela (271 məkan), Şeron və Mərkəzi Sahil, Qərb Sahilidir.
İnsanlara müraciət edilərək qeyd edilib ki, mühafizə olunan məkanlara daxil olun və Komandanlıqdan “təhlükəsizlik keçdi” siqnalını gözləyin.
7-03-2026, 16:56
Daha bir ölkə Azərbaycana dəstək verdi


Daha bir ölkə Azərbaycana dəstək verdi

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.
Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
7-03-2026, 16:44
5 türk dövləti İrana görə təcili toplaşır


5 türk dövləti İrana görə təcili toplaşır

TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası İstanbulda keçiriləcək.
Türkiyə və Azerbaycanın yanında, üzv ölkələr Qazaxıstan, Qırğızıstan və Özbəkistan da tədbirdə təmsil olunacaq. Toplantıda, təşkilat daxilində son inkişaflar və gələcəkdə atılacaq addımlar dəyərləndiriləcək, eləcə də qlobal və regional aktual məsələlər barədə geniş məsləhətləşmələr aparılacaq.
Toplantı çərçivəsində, Fidanın həmkarları ilə ikitərəfli görüşlər keçirməsi və qonaq heyət başçılarının Prezident Rəcəp Tayyib Ərdoğan tərəfindən toplu şəkildə qəbul olunması planlaşdırılır.
Xarici işlər naziri Fidanın toplantıda səsləndirəcəyi çıxışında, bölgədə və beynəlxalq sistemdə barış, sabitlik və ədalət təmin etməyin çətin olduğu bir dövrdə, TDT ölkələrinin regional məsuliyyət anlayışı ilə aralarındakı əməkdaşlığı genişləndirmələrinin əhəmiyyətini vurğulaması gözlənilir. Həmçinin, ABŞ və İsrail ilə İran arasında davam edən qarşıdurmaların, üçüncü ölkələri hədəf alan hücumların dərhal dayandırılması və diplomatiya üçün şərait yaradılması məsələlərində Türk dünyasının ortaq mövqeyinin önəmi diqqətə çatdırılacaq.
Fidanın, Pakistan ilə Əfqanıstan arasındakı gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoq kanallarının və sülh yolu ilə həll yollarının təşviq edilməsinin vacib olduğunu bildirməsi, Kipr türk əhalisi və Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) qarşısında tətbiq olunan haqsız və qeyri-insani təcrid tədbirlərinin sona çatdırılmasının vacibliyini vurğulaması, bütün TDT üzvlərinin KKTC ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri inkişaf etdirmələrinin faydalı olduğunu qeyd etməsi, habelə Türk dövlətlərinin üçüncü tərəflərlə təşkilat çərçivəsində əməkdaşlığını artırmaq məqsədilə təsis edilən "TDT+" formatı ilə bağlı Türkiyənin mövqeyini və prioritetlərini paylaşması gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!