Tramp İranda bu obyektin məhv edilməli olduğunu düşünür .....                        Zelenski yeni komandan təyin etdi .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        Kanalda batan var .....                        Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın! .....                        Prezidentlər Maraş dondurması yedilər - FOTO .....                        Müharibədə mülki infrastruktura vurulan ziyanla bağlı sənədlər tədqiq olundu .....                        İran sərhədini keçən vətəndaşların sayı açıqlandı .....                       
13-05-2024, 19:48
Paşinyan Danimarkaya işgüzar səfərə getdi


Paşinyan Danimarkaya işgüzar səfərə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfərə gedib.
Bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
O, Kopenhagen Demokratiya Sammitində iştirak edəcək.
Paşinyan danimarkalı həmkarı Mette Frederiksen, ölkə parlamentinin spikeri Syoren Qade, eləcə də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə danışıqlar aparacaq.
13-05-2024, 17:50
Coratda 10 aylıq körpə boğularaq öldü


Coratda 10 aylıq körpə boğularaq öldü

Coratda 10 aylıq körpə qız uşağı yatdığı yerdə boğularaq ölüb.
2023-cü ilin iyul ayında anadan olan Zenfira Seyfi qızı Məmmədovanın yatdığı yerdə boğularaq öldüyü bildirilir.
Fakt araşdırılır.
13-05-2024, 17:38
Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş


Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 13-də Avropa Parlamentinin deputatı Xaviyer Nart ilə görüşüblər.
Parlamentdən verilən məlumata görə, tərəflər arasında Cənubi Qafqazda və Avropa məkanında gedən proseslər, regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolu və əhəmiyyəti barədə söhbət aparılıb.
Söhbətdə Azərbaycanla Ermənistan arasında delimitasiya sahəsində görülən işlər, bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb, eləcə də Qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının regionda sülh prosesinə vurduğu ciddi ziyan qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb.
13-05-2024, 17:24
Azərbaycan deputatları Ersin Tatarın qəbulunda oldular


Azərbaycan deputatları Ersin Tatarın qəbulunda oldu

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan, Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərlərini və üzvlərini qəbul edib.
Prezident Ersin Tatar çıxışında üç parlamentin dostluq qruplarının Şimali Kipr Türk Cümhuriyyətində bir araya gəlməsini tarixi hadisə adlandıraraq işçi qrupların üzvləri ilə görüşdən məmnunluq duyduğunu, ölkəsinin mübarizəsində “Tək millət, üç dövlət” arzusu ilə yaşadıqlarını vurğulayıb. Şimali Kipr türklərinin çətin anlarında Türkiyənin 1960-cı ildə əldə edilmiş razılaşmada yer alan qarantiya hüququndan istifadə edərək hadisələrə müdaxilə etdiyini xatırladan Prezident Ersin Tatar hazırda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olduğunu vurğulayıb. Şimali Kipr xalqının apardığı mübarizəni Türkiyənin, Azərbaycanın və bütün Türk dünyasının haqlı mübarizəsi adlandıran Prezident parlamentləarası dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr türklərinin yaşadıqları hadisələri sovet dönəmində Azərbaycanın da yaşadığını xatırladaraq o zamanlar Türkiyənin ölkəmizə dəstək olduğunu və qələbəni birlikdə əldə etdiklərini bildirib, hər bir azərbaycanlının Şimali Kipr türklərinin yanında olduğunu vurğulayıb.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında ölkələrimiz arasında dostluğun yaradılmasında Ulu Öndər Heydər Əliyevin çox böyük rolunun olduğunu diqqətə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım hər üç ölkənin yaxınlaşmasına göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib, parlamentlərarası əlaqələr üzrə işçi qrupların yaradılmasının ölkələrimizin bir-birini daha yaxından tanımasına xidmət etdiyini deyib.
13-05-2024, 17:08
Arvadını öldürən eks-nazirə 24 il həbs cəzası kəsildi


Arvadını öldürən eks-nazirə 24 il həbs cəzası kəsildi

Qazaxıstanda məhkəmə keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevi həyat yoldaşının qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edib.
Bişimbayev hədsiz amansızlıqla və işgəncə ilə adam öldürmə maddələri ilə təqsirli bilinib.
Bişimbayevin əmisi oğlu Bakıtjan Bayjanov cinayəti gizlətmək və xəbər verməmək ittihamı ilə 4 il həbs cəzası alıb.
Bişimbayevin işi Qazaxıstanda məişət zorakılığına məruz qalan insanların qanunvericiliklə müdafiəsinin təmin edilməsi zərurəti ilə bağlı ictimai müzakirələri gücləndirib.
Bişimbayev 2016-cı ildə bir neçə ay Qazaxıstanın İqtisadiyyat Nazirliyinə rəhbərlik edib. 2018-ci ildə o, korrupsiya ittihamı ilə 10 il həbs cəzası alıb, lakin bir il yarımdan sonra şərti azadlığa buraxılıb.
13-05-2024, 16:42
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək


Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
"Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır. Yaxın günlərdə şəhərdə bərpa edilmiş və yenidən tikilmiş fərdi yaşayış evlərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur", - İ.Mirzəyev qeyd edib.
13-05-2024, 16:39
“Qarabağ”ın mükafatlandırılacağı stadion məlum oldu


“Qarabağ”ın mükafatlandırılacağı stadion məlum oldu

Azərbaycan Premyer Liqasının 34-cü turunun “Araz-Naxçıvan” - “Qarabağ” oyunu “Azersun Arena”da keçiriləcək. Bunun iki səbəbi var.
Birincisi, Azərbaycan Kubokunun final oyunu ilə bağlı hazırda “Liv Bona Dea Arena”da işlər aparılır. Bununla və ölkə çempionatının 2023/24 mövsümünün mükafatlandırma mərasimi ilə əlaqədar olaraq, görüşə “Azersun Arena”nın ev sahibliyi etməsi məqsədəuyğun sayılıb.
Mayın 26-da baş tutacaq qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçiriləcək. “Azersun Arena”da reallaşacaq tədbirdə qızıl medalçı “Qarabağ”a medallar və çempionluq kuboku təqdim olunacaq. Mərasimdə turnirin bombardiri də öz mükafatını alacaq.
13-05-2024, 16:27
Rusiya sərhədçiləri Azərbaycanla sərhəddən geri çəkilir


Rusiya sərhədçiləri Azərbaycanla sərhəddən geri çəkilir

Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması prosesi davam edir.
Bu barədə "Bagramyan" kanalı məlumat yayıb.
Bu gündən etibarən Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Syünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıblar.
Qeyd edək ki, ötən gün Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxmağa başlayıb.
Xatırladaq ki, mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər.
13-05-2024, 16:06
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür itkindir


Sumqayıtda ana və azyaşlı övladları 11 gündür itkindir

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb.
Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova ŞPİ-nin 3-cü PB-ə müraciət edərək bildirib ki, mayın 2-də 1991-ci il təvəllüdlü gəlini Şəbnəm Alıyeva azyaşlı 2 övladı - 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı və 2013-cü il təvəllüdlü Ayxanı 4-cü mikrorayonda yaşadıqları evdən götürərərək gedib və bir daha geri qayıtamayıb.
Hər 3 şəxsin axtarışları davam etdirilir.
13-05-2024, 15:59
Bu ixtisasların məzunları da müəllim ola biləcək - SİYAHI


Bu ixtisasların məzunları da müəllim ola biləcək - SİYAHI

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslı şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcək.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!