Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
4-04-2025, 14:56
Qarabağda uzaqmənzilli ballistik raket olmayıb - Manukyan


Qarabağda uzaqmənzilli ballistik raket olmayıb - Manukyan

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketi olmayıb.
O, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu hadisələrdən sonradan xəbər tutduğunu iddia edib.
D.Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
4-04-2025, 14:52
Ermənistana təzyiq göstərin! - Parlamentdən çağırış


Ermənistana təzyiq göstərin! - Parlamentdən çağırış

Milli Məclis beynəlxalq ictimaiyyəti səhih mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Qeyd edilib ki. BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur:
“Azərbaycan Respublikası Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir. Ermənistan 1.5 milyon mina və ondan az sayda olmayan partlamamış hərbi sursatlarla Azərbaycan ərazisinin 13%-dən çoxunu çirkləndirmişdir. Bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, sosial-iqtisadi inkişafa, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ciddi əngəl törədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi irimiqyaslı dağıntılar və mina probleminin aradan qaldırılması külli miqdarda vəsait tələb edir.
Ermənistanın qanunsuz hərbi işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minalar bir hərbi vasitə kimi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı gücdən istifadə olmaqla bərabər, beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusunu təşkil edir. Ermənistan minaları beynəlxalq normalarla nəzərdə tutulan işarələr olmadan və əksər halda heç bir hərbi zərurət olmadan basdırmışdır. Ermənistan hərbi əməliyyatlar başa çatdıqdan sonra səhih mina xəritələrini Azərbaycana tam şəkildə təqdim etmək öhdəliyinə əməl etməmiş və Azərbaycan ərazilərində mina basdırmaqda davam etmişdir. Bütün bunlar Ermənistanın minaları basdırmaqda əsas məqsədinin mülki əhali arasında itkilərə səbəb olmaq, yenidənqurma, bərpa işlərinə və öz evlərindən zorla çıxarılmış insanların qayıdışına maneə yaratmaq olduğunu sübut edir.
Xatırladılmalıdır ki, 2020-ci ildə müharibənin başa çatmasından sonra əksəriyyəti mülki şəxslər olmaqla 388 nəfər azərbaycanlı mina qurbanı olmuşdur.
Humanitar dəyərləri ali tutan Azərbaycan Respublikası minatəmizləmə sahəsinə böyük diqqət və resurslar ayrılır. Ölkəmiz bu sahədə müvafiq qanunvericilik aktları qəbul etmiş və güclü praktik qabiliyyətlər inkişaf etdirmişdir. Aparılmış məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin xeyli hissəsi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş və bu fəaliyyət sistemli şəkildə davam edir. Azərbaycan humanitar həmrəylik prinsiplərinə əsaslanaraq, öz təcrübəsini mina problemindən əziyyət çəkən digər dövlətlərlə bölüşür.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının üzləşdiyi bu böyük humanitar problemin aradan qaldırılması işində xarici yardımlar bu sahəyə sərf olunan resursların cüzi bir hissəsini təşkil edir. Milli Məclis Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmiş dövlətlərə və təşkilatlara öz təşəkkürünü ifadə etməklə bərabər, xarici yardımların yetərli səviyyədə olmadığını qeyd edir.
Xüsusilə təəssüf doğuran hal odur ki, beynəlxalq humanitar hüquq və minatəmizləmə sahəsində beynəlxalq fəaliyyətə böyük əhəmiyyət verdiyini iddia edən bəzi dövlətlər Azərbaycana minatəmizləmə sahəsində yardım göstərmir, əksinə, Ermənistanın silahlanmasına hərtərəfli dəstək verirlər.
Milli Məclis beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə məsuliyyətini etiraf etməsi və səhih mina xəritələrini Azərbaycana verməsi üçün bu dövlətə təzyiq göstərməyə və minatəmizləmə sahəsində Azərbaycana yardımlarını artırmağa çağırır”.
4-04-2025, 14:48
Bakıda 4 ölkə arasında Anlaşma Memorandumu imzalandı


Bakıda 4 ölkə arasında Anlaşma Memorandumu imzalandı

Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 2-ci iclası keçirilib.
İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası yaşıl enerji infrastrukturunun qurulmasının vacibliyi və Azərbaycanın zəngin bərpa olunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlığı təşviq edən layihələrin rolu vurğulanıb. Yeni yaşıl interkonnektorun əhəmiyyəti və layihənin həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib ki, bu gün bu sənədi imzalamaqla, mənbəyi Azərbaycan olan daha bir yaşıl enerji dəhlizinin yaradılmasına başlanıldığını elan etmiş olduq: "Azərbaycanın zəngin “yaşıl enerji” potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır. Yaşıl interkonnektorlar vasitəsilə bərpa olunan enerji resurslarının ötürülməsi və ticarəti sahəsində irəliləyişlər əldə edərək, dörd ölkə arasında enerji inteqrasiyasını gücləndirəcək və regional enerji təhlükəsizliyinə yeni töhfə verəcəyik.”
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bildirib ki, bu gün Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə Respublikaları arasında imzalanmış Anlaşma Memorandumu transsərhəd elektrik infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradır: "Birlikdə çalışaraq enerji təhlükəsizliyini yaxşılaşdırmaq, bərpa olunan enerjidən istifadəni artırmaq və növbəti nəsillər üçün daha təmiz və davamlı gələcək yaratmaq istiqamətlərində əhəmiyyətli irəliləyişlər əldə edirik.”
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, transsərhəd elektrik enerjisi birləşmələri texniki, iqtisadi və strateji cəhəddən çox vacibdir: "Bu təşəbbüs regionumuza enerji təhlükəsizliyinin artırılmasından infrastrukturun daha səmərəli istifadəsinə, eləcə də iqtisadi faydadan dayanıqlılığa kimi bir sıra strateji faydalar gətirəcək. Lakin bu təkcə başlanğıcdır. Gələcəkdə isə icra, tənzimləyici bazanın uyğunlaşdırılması və bazarın sinxronlaşdırılması sahələrində sıx əməkdaşlığa ehtiyacımız olacaq.”
Bolqarıstanın energetika naziri Jeço Stankov isə qeyd edib ki, enerji sektorunun transformasiyası etibarlı, təmiz və əlverişli enerji təchizatı tələb edən iqtisadi dəyişikliklərin bir hissəsidir: "Bunlar ümumi çağırışlardır, lakin güclü və etibarlı əməkdaşlıq və tərəfdaşlıqlara əsaslanan həllər tapmalıyıq. Bu gün Memorandumun imzalanması ilə biz bu istiqamətdə böyük addım atırıq.”
Sənəd dörd ölkə arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti potensialının artırılması məqsədilə birgə investisiya layihələrinin hazırlanması, elektrik enerjisi infrastrukturunun inkişafı, o cümlədən ENTSO-E sisteminə inteqrasiya prosesi üzrə əməkdaşlığı ehtiva edir.
4-04-2025, 14:40
Hava yenidən soyuyacaq - Leysan, dolu, sulu qar yağacaq


Hava yenidən soyuyacaq - Leysan, dolu, sulu qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
4-04-2025, 14:33
Manukyandan etiraf - Silahlar Ermənistandan gətirilirdi


Manukyandan etiraf - Silahlar Ermənistandan gətirilirdi

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən vaxtilə işğal edilmiş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib.
Təqsirləndirilən şəxs Ermənistandan vaxtilə işğal edilmiş ərazilərə hərbi xidmət üçün zabitlər və digər hərbi qulluqçuların göndərildiyini də bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
4-04-2025, 14:20
Gürcüstan Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təsdiqləndi


Gürcüstan Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təsdiqləndi

Anri Oxanaşvilini Gürcüstan Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə seçilib.
Gürcüstan parlamenti 79 səslə Anri Oxanaşvilini Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiq edib.
Anri Oxanaşvili altı il bu vəzifəni icra edəcək.
Oxanaşvili üç çağırış parlamentin deputatı olub, bundan əvvəl isə parlament Aparatının rəhbəri işləyib.
2024-cü ilin noyabrında Oxanaşvili ədliyyə naziri təyin edilib.
Oxanaşvilinin 39 yaşı var. O, əvvəlcə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, sonra isə Almaniyanın Yena Fridrix Şiller Universitetində təhsil alıb. O, Almaniyada da doktorluq dissertasiyası müdafiə edib.
4-04-2025, 14:16
Azərbaycanda bu qəzetin çapı dayandırıldı


Azərbaycanda bu qəzetin çapı dayandırıldı

"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.
Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.
4-04-2025, 14:11
Xarici işlər nazirinin müavini işdən çıxarıldı


Xarici işlər nazirinin müavini işdən çıxarıldı

Paruyr Hovhannisyan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu haqda müvafiq qərar imzalayıb.
4-04-2025, 14:07
”Bank hesabınıza müdaxilə” zəngləri dələduzluqdur


”Bank hesabınıza müdaxilə” zəngləri dələduzluqdur

”Bank hesabınıza müdaxilə” zəngləri dələduzluqdur.
Bu barədə DİN-in vətəndaşlara müraciətində deyilir.
"Bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər bankların adından hərəkət edirlər. Xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyacan yaradırlar: “Hesabda itki riski yaranıb, kartınıza müdaxilə var”.
Əsasən özünü bank əməkdaşı kimi təqdim edilmə hallarında bank kart sahibi heç bir halda şəxsi məlumatları naməlum şəxsə verməməlidir. Bank kart sahibi bilməlidir ki, bank kartının üzərində olan 16 rəqəmi, CVV nömrəsini, bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodu istənirsə dələduzluqdur. Onlar cinayətkar niyətlərini xaricdən həyata keçirməklə oğurlanan pulu saxta ofşor hesablara köçürüb izi itirəcəklər.
Bir daha çağırış, bir daha diqqətə çatdırırıq ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim edərək zəng edən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır, bank kartı məlumatlarını verməməlidir.
Əgər həmin zəngi, mesajı yoxlamaq istəyirsinizsə, ona cavab olaraq deyil, kartdakı nömrədən istifadə edərək banka zəng edin. Unutmayın ki, sizin kart məlumatlarınız kartınızın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur".
4-04-2025, 13:51
Sahibə Qafarova Özbəkistana getdi


Sahibə Qafarova Özbəkistana getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 4-də Özbəkistan Respublikasına işgüzar səfərə gedib.
İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Milli Məclisin spikerini Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sadıq Safayev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova PAİ-nın 150-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü Konfransında və APA-nın Koordinasiya iclasında iştirak edəcək.
Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin parlament sədrləri, nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin Özbəkistanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!