3-11-2025, 20:23
Həbs edilən icra başçısı apellyasiya vermədiBalakənin həbs edilən keçmiş icra başçısı İslam Rzayev apellyasiya şikayəti verməkdən imtina edib.
Bu barədə keçmiş icra başçısının hüquqlarını müdafiə edən vəkil Elvin Əliyev məlumat verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.
Ona 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
3-11-2025, 19:53
Simonyan da namizəd oldu
Ermənistanın parlamentinin sədri Alen Simonyan 2026-cı il parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
O, "Vətəndaş müqaviləsi" partiyasından namizədliyini irəli sürüb.
3-11-2025, 19:29
Ermənistan Türkiyəni gözləyir
Ermənistan hökumətinin prioritet istiqamətlərindən biri Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən konfransda bildirib.
Qriqoryanın sözlərinə görə, Ermənistan artıq Türkiyə ilə sərhədin açılması üçün bütün zəruri hazırlıqları başa çatdırıb.
O qeyd edib ki, sərhədin açılması həm Ermənistan, həm də Türkiyə iqtisadiyyatına qarşılıqlı fayda gətirə bilər.
3-11-2025, 19:22
Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş
Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilib.
Mərhum Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
Fərqanə Abbasova infarktdan vəfat etsə də, Türkiyə mətbuatı gənc həkimin intihar etməsi ilə bağlı iddialar irəli sürüb. Abbasovanın yaxınları intihar xəbərlərini yalanlayıblar.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Fərqanə Abbasova təhsilini Türkiyədə davam etdirib. O, təhsilini başa vurduqdan sonra bu ölkədə ixtisası üzrə çalışıb.
Fərqanə Abbasova Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bacısı qızıdır.
3-11-2025, 19:17
"Neftçi"də dəyişiklik"Neftçi" İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.
Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.
3-11-2025, 18:50
Ərdoğan parada onlarla birlikdə gələcək
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Zəfər paradında iştirak edəcək.
Ərdoğanla birlikdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidanın da paradda iştirak edənlər arasında olacağı gözlənilir.
Qeyd edək ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. Bu tarix Zəfərin 5-ci ildönümünə təsadüf edir.
3-11-2025, 18:17
Bakıda mənzildən meyit tapıldıBakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
3-11-2025, 18:04
Qar uçqununda 15 nəfər itkin düşdü
Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb.
Bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb. “Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər saat 9 radələrində qar uçqunu baş vermiş əraziyə gəlib. Onların vəziyyəti naməlum olaraq qalır”, - deyə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.
Polisin məlumatına görə, axtarış-xilasetmə işləri davam edir. İtkin düşən alpinistlərin və bələdçilərin axtarışı üçün əraziyə helikopterlər göndərilib.
Hakimiyyət orqanları itkin düşən əcnəbi alpinistlərin milliyyətini hələlik açıqlamayıb.
3-11-2025, 17:28
İsa Həbibbəyli Akif Əlizadəni təltif etdi
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə təltif edilib.
O, “AMEA-nın döş nişanı”na layiq görülüb.
Mükafatı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.
3-11-2025, 17:18
Misir Mərdanov təltif olunduNoyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkəmizin və dünyanın aparıcı akademik qurumlarının nüfuzlu alimləri AMEA-nın 80 illik yubileyi münasibətilə hazırlanmış “AMEA-nın döş nişanı”, “Əziz Səncər”, “Yusif Məmmədəliyev”, “Üzeyir Hacıbəyli” və “Lev Landau” döş nişanları ilə təltif olunublar.
Təltif olunanlar içərisində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov da var. O, “Lev landau” döş nişanı ilə təltif olunub.
Ona mükafatı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.