"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
7-07-2025, 11:00
Magistraturaya ixtisas seçimi başladı


Magistraturaya ixtisas seçimi başladı

Bu gündən ali məktəblərin magistratura pilləsinəö ixtisas seçimi başlayır. İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7-13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.
Dövlət İmthan Mərkəzindən bildirilib ki, ixtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar 2025-ci il iyulun 7-dən 13-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçə bilərlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).
«Magistr» jurnalının 4-cü nömrəsini DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A , həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür. //shorturl.at/B4g0M
Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.
7-07-2025, 10:49
Qarabağda daha 16 tank, 43 piyada minası zərərsizləşdirildi


Qarabağda daha 16 tank, 43 piyada minası zərərsizləşdirildi

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məluma dərc edilib.
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, azad olunan ərazilərdə 30.06.2025 – 06.07.2025 tarixlrində 16 tank əleyhinə mina, 43 piyada əleyhinə mina, 382 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 2 331.8 hektar ərazi minalardan təmizlənib.

7-07-2025, 10:36
Müdafiə Nazirliyi əhaliyə çağırış etdi - Təşvişə düşməyin!


[b]Müdafiə Nazirliyi əhaliyə çağırış etdi - Təşvişə düşməyin![/b]

Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
6-07-2025, 15:30
Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO


Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Eminova Nazilə Balaxan qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

6-07-2025, 15:11
İsrail Qəzzada 130 hədəfi vurdu


İsrail Qəzzada 130 hədəfi vurdu

İsrail Ordusu Qəzza zolağına sistemli şəkildə zərbələr endirməkdə davam edir.
Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunları ilə birgə təxminən 130 hədəfə hücum edib. Vurulan hədəflər arasında qarşı tərəfin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən komanda məntəqələri, silah anbarları və reaktiv yaylım atəşi qurğuları olub. Ayrı-ayrı silahlı qruplara qarşı da hücumlar həyata keçirilib.
Qeyd olunub ki, quru bölmələri bütün zolaqda - həm cənubda, həm Xan Yunis və Rəfah bölgəsində, həm də şimal hissədə, o cümlədən Qəzza şəhəri yaxınlığında reydlər keçirir.
6-07-2025, 14:55
Şərur yollarında selin fəsadları aradan qaldırılır


Şərur yollarında selin fəsadları aradan qaldırılır

Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda avtomobil yolunda selin fəsadları aradan qaldırılır.
Rayona yağan güclü yağış nəticəsində Havuş kənd avtomobil yoluna sel gəlib.
Sel sularının yolları yuması nəticəsində bəzi hissələr yararsız hala düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub. Yolun bərpası və hərəkətin normal şəkildə təmin olunması istiqamətində işlər davam etdirilir.


6-07-2025, 14:23
Şəhid atası qəzada öldü


Şəhid atası qəzada öldü

İyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Fərid Nəbiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
6-07-2025, 14:09
19 uşaq qurğuşundan zəhərləndi


19 uşaq qurğuşundan zəhərləndi

Çinin Qansu əyalətindəki özəl bağçada 19 uşaq zəhərlənib.
Bu barədə “Shanghai Zhebao” nəşri məlumat yayıb.
Məlumata görə, uşaq bağçasının müdiri cinayət məsuliyyətinə cəlb edilib.
Xəsarət alan 19 uşaq xəstəxanaya yerləşdirilib. Onların qanında qurğuşun səviyyəsi 379 mkq/l-ə çatıb, halbuki norma 250 mkq/l hesab olunur. Valideynlərin dediyinə görə, uşaqlarda bir neçə ay ərzində ürəkbulanma, ishal, qarın və ayaq ağrısı kimi simptomlar müşahidə olunub.
Yerli hökumət çirklənmənin mənbəyini tapmaq üçün işçi qrupu yaradıb. Rəsmilər istifadə edilən qida əlavəsi ilə bağlı hələlik məlumat açıqlamayıblar.
6-07-2025, 13:57
Təl-Əvivdə hava limanına hücum


Təl-Əvivdə hava limanına hücum

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri İsrailin Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə vurduğunu açıqlayıb.
Bu barədə hərəkatın mətbuat katibi Yəhya Səriyyə teleqram kanalında məlumat yayıb.
Hava limanının 2 hipersəs ballistik raketi ilə hücuma məruz qaldığı bildirilir.
6-07-2025, 13:26
DİM səhvini etiraf etdi


DİM səhvini etiraf etdi

Jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.
Bakalavarların nəzərinə çatdırırıq ki, magistraturaya ixtisaslaşma seçimi 7 – 13 iyul tarixlərində həyata keçiriləcək.
«Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!