Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
30-10-2025, 22:06
Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim"


Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim"

Astarada toydan sonra ölən 17 yaşlı hamilə gəlin Əfsanə İmanovanın atası danışıb.
Əfsanənin atası Maqsud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib:
"Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik".
"Qızınızı niyə erkən yaşda nişanlamısınız?" sualına cavab olaraq isə ata bildirib ki, 18 yaşına 3 ay qalmışdı.
Əfsanənin qayınatası Aqil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib:
"Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik".
Cevziyevin sözlərinə görə, Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhhət problemi müşahidə edilməyib:
"Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım".
O həmçinin mediada yayılan "cütlüyün Bakıda istixanalarda işləməsi" barədə məlumatların həqiqətəuyğun olmadığını da vurğulayıb:
"Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdılar".
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma davam edir.
30-10-2025, 22:02
Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi?


Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti ilə görüşüb.
Görüş PKK-nın silahlarını Türkiyə ərazisindən tamamilə çıxardığını elan etdikdən sonra baş tutub.
Mətbuata qapalı keçirilən görüşdə partiyanın həmsədrləri Mithat Sancar və Pervin Buldan, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Efkan Ala, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.
Təxminən bir saat davam edən görüşdə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində mövcud vəziyyət, bunun yerlərdə vəziyyətə təsiri və lazımi hüquqi tədbirlər müzakirə edilib.
Danışıqlar başlamazdan əvvəl Pərvin Buldan jurnalistlərə bildirib ki, "bu, proses başlayandan bəri prezidentlə üçüncü görüş olacaq: "Hamımız başa düşürük ki, tarixi bir dövr yaşayırıq. Ona görə də bugünkü görüş çox mühüm və əlamətdardır. Biz prezidentlə görüşüb prosesin hazırkı mərhələləri, yaranan problemlər və lazımi addımlar barədə müzakirələr aparıb fikir mübadiləsi aparacağıq".
30-10-2025, 21:53
Həbs edilən icra başçısı bu məmurun dayısı imiş


Həbs edilən icra başçısı bu məmurun dayısı imiş

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.
Sabiq icra başçısı İslam Rzayev maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır.
E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır.
Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, İ.Rzayev 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.
30-10-2025, 21:47
“Yuevntus”un yeni baş məşqçisi məlum oldu


“Yuevntus”un yeni baş məşqçisi məlum oldu

İtaliyanın “Yuevntus” komandasının yeni baş məşqçisi məlum olub.
Bu vəzifəyə təcrübəli mütəxəssis Luçano Spaletti gətirilib.
Turin klubunun rəhbərliyi italiyalı məşqçi ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, bundan əvvəl İqor Tüdor “Yuventus”un baş məşqçisi olub.
30-10-2025, 21:15
TİKA sədri Hikmət Hacıyevlə görüşdü


TİKA sədri Hikmət Hacıyevlə görüşdü

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.
Bu barədə TİKA sədri sosial şəbəkələrdə paylaşım edib.
Onun sözlərinə görə, görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb:
"Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyimizin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik".
30-10-2025, 20:45
Məktəb dərslikləri ilə bağlı YENİLİK


Məktəb dərslikləri ilə bağlı YENİLİK

“Dərslik məsələsi hər zaman müzakirə olunur. Bizim ən böyük hədəflərimizdən biri dərsliklərin təkmilləşdirilməsi, kurikulum və standartların yenilənməsi və onların şagirdlər üçün daha maraqlı olmasıdır. Biz aşağı siniflər üçün riyaziyyat dərsliklərində kifayət qədər böyük dəyişikliklər etmişik. Şagirdlər üçün kitablar daha cazibədar, maraqlı, oxunaqlı hala gətirilib”.
Bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O bildirib ki, riyaziyyat fənninin sevdirilərək öyrədilməsində dərsliklərin rolu çox böyükdür:
“Bizim oxuduğumuz dövrdə dərsliklərdə, ümumiyyətlə, şəkillər, təsvirlər, tətbiqi məsələlər və s. çox az olurdu. Riyaziyyatı daha maraqlı etmək üçün dərsliklərin mövzularının həyata tətbiqi ilə bağlı daha çox məsələlər və tapşırıqlar olmalıdır. Bu tip tapşırıqların daha çox olmasına xüsusi diqqət yetirilir”.
30-10-2025, 20:41
Ərdoğandan Azərbaycana təşəkkür


Ərdoğandan Azərbaycana təşəkkür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkürünü bildirib.
Türkiyə lideri müvafiq mesajı "X" sosial şəbəkəsində paylaşıb.
Ərdoğan orada təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da yerləşdirib.
"Cümhuriyyətimizin 102-ci yaşını təbrik edən, ölkəmizə xoş arzularını bildirən bütün ölkələrə və beynəlxalq təşkilatlara millətim adına təşəkkür edirəm. Kiprin türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporunun nümayəndələrinə, qardaşlarımıza, dostlarımıza və müttəfiqlərimizə salamlarımı və sevgimi çatdırıram", - o yazıb.
30-10-2025, 20:30
Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”


Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin tənzimlənməsi prosesinə dair kəskin bəyanatla çıxış edib. O bildirib ki, əgər beynəlxalq qüvvələr HƏMAS-ı silahsızlaşdıra bilməsə, İsrail bunu özü həyata keçirəcək.
“Axır-əvvəl HƏMAS silahlarından məhrum ediləcək, Qəzza isə demilitarizasiya olunacaq. Əgər bunu beynəlxalq qüvvələr həyata keçirəcəksə, yaxşı. Əgər yox, onda biz özümüz edəcəyik”, - o deyib.
Baş nazir əlavə edib ki, HƏMAS atəşkəs razılaşmasını pozmaqda davam edərsə, İsrail buna cavab olaraq zərbələr endirəcək. Onun sözlərinə görə, bu, artıq iki dəfə baş verib və zərurət yaranarsa, yenidən təkrarlana bilər.
Xatırladaq ki, oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Vaşinqtonun təklif etdiyi Qəzza planının birinci mərhələsini qəbul etdiyini edib. Plana əsasən, HƏMAS nə birbaşa, nə dolayı yolla Qəzzanın idarə olunmasında iştirak etməyəcək. Bütün hərbi və hücum infrastrukturu, o cümlədən tunellər və silah istehsal obyektləri məhv ediləcək.
30-10-2025, 20:18
Arvadını keçəl edən kişi həbs edildi


Arvadını keçəl edən kişi həbs edildi

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda kişinin həyat yoldaşının saçını keçəl etməklə ona əzab verdiyi əks olunub. Həmin kadrlar əməli törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.
T.Məmmədov polis tərəfindən saxlanılaraq əzab vermə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
30-10-2025, 20:00
Rusiyada azərbaycanlı İlqarı kim öldürüb?


Rusiyada azərbaycanlı İlqarı kim öldürüb?

Rusiyanın Sverdlovsk vilayətində azərbaycanlı sahibkar İlqar Xanadanovun qətlində şübhəli şəxs saxlanılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, hadisə oktyabrın 25-də baş verib. Yerli kafelərdən birində aşpaz işləyən şəxslə tanışı, 49 yaşlı İlqar Xanadanov arasında köhnə maliyyə məsələləri ilə bağlı mübahisə yaranıb.
Hər iki şəxs içkili olub. Mübahisə zamanı aşpaz əlindəki baltayla sahibkara baş nahiyəsindən ağır zərbə endirib, nəticədə o hadisə yerində ölüb.
Cinayətdən sonra şübhəli şəxs izləri itirmək üçün iş adamının avtomobilini başqa yerə aparıb, cəsədini isə yol kənarında gizlədib. İlqar Xanadanovun itkin düşməsi barədə məlumat yayıldıqdan sonra onu polis və könüllülər bir neçə gün ərzində axtarıb. İlqarın meyiti oktyabrın 30-da meşəlik ərazidə tapılıb.
Daxili İşlər Nazirliyinin vilayət üzrə rəsmi nümayəndəsi Valeri Qorelıx bildirib ki, saxlanılan şəxs əvvəlcə günahını inkar edib. Lakin poliqraf (yalan detektoru) vasitəsilə dindirmə zamanı hər şeyi etiraf edib və hadisənin təfərrüatlarını danışarkən göz yaşlarını saxlaya bilməyib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!