Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                       
30-10-2025, 20:41
Ərdoğandan Azərbaycana təşəkkür


Ərdoğandan Azərbaycana təşəkkür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkürünü bildirib.
Türkiyə lideri müvafiq mesajı "X" sosial şəbəkəsində paylaşıb.
Ərdoğan orada təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da yerləşdirib.
"Cümhuriyyətimizin 102-ci yaşını təbrik edən, ölkəmizə xoş arzularını bildirən bütün ölkələrə və beynəlxalq təşkilatlara millətim adına təşəkkür edirəm. Kiprin türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporunun nümayəndələrinə, qardaşlarımıza, dostlarımıza və müttəfiqlərimizə salamlarımı və sevgimi çatdırıram", - o yazıb.
30-10-2025, 20:30
Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”


Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin tənzimlənməsi prosesinə dair kəskin bəyanatla çıxış edib. O bildirib ki, əgər beynəlxalq qüvvələr HƏMAS-ı silahsızlaşdıra bilməsə, İsrail bunu özü həyata keçirəcək.
“Axır-əvvəl HƏMAS silahlarından məhrum ediləcək, Qəzza isə demilitarizasiya olunacaq. Əgər bunu beynəlxalq qüvvələr həyata keçirəcəksə, yaxşı. Əgər yox, onda biz özümüz edəcəyik”, - o deyib.
Baş nazir əlavə edib ki, HƏMAS atəşkəs razılaşmasını pozmaqda davam edərsə, İsrail buna cavab olaraq zərbələr endirəcək. Onun sözlərinə görə, bu, artıq iki dəfə baş verib və zərurət yaranarsa, yenidən təkrarlana bilər.
Xatırladaq ki, oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Vaşinqtonun təklif etdiyi Qəzza planının birinci mərhələsini qəbul etdiyini edib. Plana əsasən, HƏMAS nə birbaşa, nə dolayı yolla Qəzzanın idarə olunmasında iştirak etməyəcək. Bütün hərbi və hücum infrastrukturu, o cümlədən tunellər və silah istehsal obyektləri məhv ediləcək.
30-10-2025, 20:18
Arvadını keçəl edən kişi həbs edildi


Arvadını keçəl edən kişi həbs edildi

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda kişinin həyat yoldaşının saçını keçəl etməklə ona əzab verdiyi əks olunub. Həmin kadrlar əməli törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.
T.Məmmədov polis tərəfindən saxlanılaraq əzab vermə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
30-10-2025, 20:00
Rusiyada azərbaycanlı İlqarı kim öldürüb?


Rusiyada azərbaycanlı İlqarı kim öldürüb?

Rusiyanın Sverdlovsk vilayətində azərbaycanlı sahibkar İlqar Xanadanovun qətlində şübhəli şəxs saxlanılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, hadisə oktyabrın 25-də baş verib. Yerli kafelərdən birində aşpaz işləyən şəxslə tanışı, 49 yaşlı İlqar Xanadanov arasında köhnə maliyyə məsələləri ilə bağlı mübahisə yaranıb.
Hər iki şəxs içkili olub. Mübahisə zamanı aşpaz əlindəki baltayla sahibkara baş nahiyəsindən ağır zərbə endirib, nəticədə o hadisə yerində ölüb.
Cinayətdən sonra şübhəli şəxs izləri itirmək üçün iş adamının avtomobilini başqa yerə aparıb, cəsədini isə yol kənarında gizlədib. İlqar Xanadanovun itkin düşməsi barədə məlumat yayıldıqdan sonra onu polis və könüllülər bir neçə gün ərzində axtarıb. İlqarın meyiti oktyabrın 30-da meşəlik ərazidə tapılıb.
Daxili İşlər Nazirliyinin vilayət üzrə rəsmi nümayəndəsi Valeri Qorelıx bildirib ki, saxlanılan şəxs əvvəlcə günahını inkar edib. Lakin poliqraf (yalan detektoru) vasitəsilə dindirmə zamanı hər şeyi etiraf edib və hadisənin təfərrüatlarını danışarkən göz yaşlarını saxlaya bilməyib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
30-10-2025, 19:47
Şəkidə maşın ağaca çırpıldı - Yaralı var


Şəkidə maşın ağaca çırpıldı - Yaralı var

Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücünü sükan arxasından çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, mikroavtobusda sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.
30-10-2025, 19:32
Çingiz Mustafayevin yaşadığı ev sökülməyəcək


Çingiz Mustafayevin yaşadığı ev sökülməyəcək

Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin 33 yeni aşkar edilmiş abidələr siyahsısındadır.
Bu barədə Dövlət xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən mənzil sökülməyəcək.
Qeyd edək ki, Murtuza Muxtarov 23 ünvanında yerləşən, üzərinə Çingiz Mustafayevin barelyefi vurulmuş mənzilin yanında yerləşən tikilinin söküldüyü, sözügedən mənzilin isə təhlükəli vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
30-10-2025, 19:16
Azərbaycanda çipli maşın nömrələr ləğv olundu


Azərbaycanda çipli maşın nömrələr ləğv olundu

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.
Çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.
Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.
Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.
30-10-2025, 18:33
Sahibə Qafarova həmkarı ilə görüşdü


Sahibə Qafarova həmkarı ilə görüşdü

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş arasında görüş keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərinin oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında yüksək səviyyədə təmsil olunmasına və Saqr Qobaşın məzmunlu çıxışına görə təşəkkür edib.
Parlamentin spikeri BƏƏ Federal Milli Şurasının sədrinin ölkəmizə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və parlamentlərarası münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Sahibə Qafarova cari ilin may ayında Birləşmiş Ərəb Əmirliklərinə etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin, aparılan danışıqların və parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.
Azərbaycana ilk rəsmi səfərindən və Beynəlxalq Parlament Konfransında iştirakından məmnunluğunu bildirən BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, ölkə rəhbərləri arasında qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslanan münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Qonaq yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirib, həmçinin mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
30-10-2025, 18:14
Gəncədə təcili yardım avtomobili qəzaya düşdü


Gəncədə təcili yardım avtomobili qəzaya düşdü

Gəncədə qəza olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı təcili yardım avtomobili ilə minik maşını toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
30-10-2025, 18:01
Nazir Rəşad Nəbiyev Hao Zhichen ilə görüşdü


Nazir Rəşad Nəbiyev Hao Zhichen ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Enterprise Business Group”un Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə prezidenti Hao Zhichen ilə görüş keçirib.
Görüşdə Azərbaycanın süni intellekt strategiyası, süni intellekt həllərinin tətbiqi istiqamətində müvafiq infrastrukturun formalaşdırılması və bu sahədə “Huawei” şirkətinin beynəlxalq təcrübəyə əsaslanan həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda elektron hökumət platformalarında süni intellekt texnologiyalarının tətbiqi imkanları, “Huawei”in təcrübəsindən irəli gələrək “Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması, insan kapitalının inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!