Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi .....                        Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ .....                        Ərdoğan Şəriflə regional məsələlərdən danışdı .....                        Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü .....                        Üçqat olimpiya çempionundan yeni dünya rekordu .....                        Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Ata və oğlunu maşın vurdu .....                        Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı .....                       
28-04-2025, 15:27
Günel Natiqin yeni kitabının təqdimatı

"Gözəl günlər naminə"Günel Natiqin yeni kitabının təqdimatı

26 aprel 2025-ci il tarixində "Qanun" nəşriyyatında yazıçı Günel Natiqin "Gözəl günlər naminə" kitabının təqdimatı və imza günü keçirildi. Tədbirdə tanınmış qələm adamları, tədqiqatçılar, jurnalistlər və sənətsevərlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə nəşriyyatın redaktoru, yazıçı Şərif Ağayar açdı. O, "Qanun" nəşriyyatının yazarların oxucularla birbaşa ünsiyyət qurması üçün təşkil etdiyi imza günlərinin əhəmiyyətindən danışdı, Günel Natiqin yeni kitabını müəllifin yaradıcılıq axtarışlarının davamı kimi dəyərləndirdi.

Tədbirin aparıcısı yazıçı Təranə Vahid çıxışında Günel Natiqin müasir ədəbiyyatda özünəməxsus dəst-xəttinin olduğunu, ədəbiyyata təsadüfən gəlmədiyini, dünya ədəbiyyatından ilham alaraq öz ədəbi üslubunu formalaşdırdığını qeyd etdi: "Günelin yazılarını oxuyanda sən ordakı insanların taleyini, psixoloji portretlərini görürsən," – deyə o bildirdi.
Yazıçı Azad Qaradərəli çıxîşında Günel Natiqlə uzun illər Dövlət Radiosunda birgə çalışdıqlarını xatırladaraq, onun fərqli səs tonu və söz duyumu ilə radio verilişlərində seçildiyini qeyd etdi. Günelin atasına, tanınmış tərcüməçi və yazıçı Natiq Səfərova həsr etdiyi "Ayı dərisi" povestinə toxunaraq, "Hər bir yazar özünü yazır, özünü yazmayan yazıçı yazıçı deyil," – fikrini səsləndirdi.
"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva da tədbirdə çıxış edərək, 2015-ci ildə Günel Natiqin "Kağız gəmilər" kitabını oxuduqdan sonra onu jurnal ilə əməkdaşlığa dəvət etdiyini qeyd etdi. O, müəllifin insan talelərini ustalıqla qələmə aldığını, tənhalığın müxtəlif çalarlarını əsərlərinə köçürə bildiyini vurğuladı. Südabə Ağabalayeva bildirdi ki, "Azərbaycan" jurnalında "Ədəbi talelər" rubrikasının yaranması və daha sonra eyniadlı kitabın nəşri də bu əməkdaşlığın uğurlu nəticələrindəndir.

Tərcüməçi Seyfəddin Hüseynli çıxışında Günel Natiqin fəaliyyət göstərdiyi müxtəlif sahələrdəki peşəkarlığından söz açdı. Naşir Şahbaz Xuduoğlu çıxışında görkəmli tərcüməçi Natiq Səfərovla uzun illər davam edən dostluq münasibətlərindən bəhs etdi, ondan bir ustad kimi çox şey öyrəndiyini vurğuladı. O, Günel Natiqin yeni kitabının nəşrini ədəbi irsin davamı kimi qiymətləndirdi.
Daha sonra yazıçı-publisist Qorxmaz Şıxalıoğlu, Azərbaycan Nyu-York Diaspor Cəmiyyətinin vitse-prezidenti Zəminə Mirhadiyeva, şair-tərcüməçi Rəfail Tağızadə, rəssam Sehran Allahverdi, yazıçı İlhamə Nasir, şair Mina Rəşid, şair Səfər Rzasoylu, şair, jurnalist Fuad Biləsuvarlı, tədqiqatçı- alim Elçin Qaliboğlu, Azərbaycan Radiosunun "Xüsusi layihələr" departamentinin rəhbəri Dilşad Tahirqızı və digər qələm adamları çıxış edərək Günel Natiqin yazıçı və jurnalist kimi məziyyətlərindən söz açdılar.Tədbirin yaddaqalan məqamlarından biri Dövlət Radiosunun tanınmış diktoru, Xalq artisti Eldost Bayramın

"Gözəl günlər naminə" kitabından "Epidemiya" hekayəsini səsləndirməsi oldu. Onun ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Tədbirin sonunda müəllif Günel Natiq çıxış edərək tədbirə gələnlərə, oxuculara və onu dəstəkləyən dostlarına təşəkkürünü bildirdi. Daha sonra oxucular üçün kitablarını imzaladı.



28-04-2025, 15:18
Dövlətlərarası münasibətlərimiz inkişaf edir - İlham Əliyev


Dövlətlərarası münasibətlərimiz inkişaf edir - İlham Əliyev

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
28-04-2025, 15:13
Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər


Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.
Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.
Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək.
Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.
Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.
Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Mən yenə də Prezident Pezeşkiana “Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onunla birlikdə gələn bütün qonaqlarımıza da “Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq. Sağ olun.






28-04-2025, 08:07
Azərbaycanın hərb tarixinə dair kitab çapdan çıxıb

Azərbaycanın hərb tarixinə dair kitab çapdan çıxıb

Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın hərb tarixi. Xronoloji xülasə (1920-1991-ci illər)” kitabının III hissəsi çap olunub. Kitabın müəllifi universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Zəngin tarixi mənbələr əsasında dörd hissədən ibarət olan bu əsərdə Azərbaycan hərb tarixinin ən mühüm hərbi-siyasi hadisələrinin xronoloji xülasəsi (1920-1991-ci illər) verilib.

Kitabın üçüncü hissəsində 1920-1945-ci illərdə sovet Azərbaycanında mövcud olan hərbi-siyasi vəziyyət, yeni ordu quruculuğunun xüsusiyyətləri, onun məzmun və mahiyyəti, həmçinin Azərbaycanın 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsinə verdiyi töhfələr açıqlanır, azərbaycanlıların Qırmızı Ordu sıralarına səfərbər edilməsi, onların milli hərbi birləşmələrin tərkibində İkinci Dünya müharibəsi cəbhələrində iştirakı məsələlərinə mühüm yer ayrılır. Burada milli bölmələrin formalaşması prosesi və döyüş yolu, onların Qafqazın müdafiəsində ən mühüm rolu, Ukrayna, Belarus, Baltikyanı ölkələr və Sovet İttifaqının digər işğal olunmuş ərazilərinin, eləcə də Şərqi və Mərkəzi Avropanın azad edilməsində Sovet Silahlı Qüvvələrinin digər birlik və birləşmələri ilə sıx əməkdaşlığı göstərilir.
Eyni zamanda, vəsaitdə 1946-1991-ci illərdə sovet Azərbaycanında milli tərkibli ordu hissələrinin təşkili, milli hərbi kadrlar hazırlığı, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında XX əsrin 70-80-ci illərində Azərbaycanda aparılan böyük hərbi quruculuq işləri barədə faktlar yer alıb.
Kitab Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrində “Azərbaycan hərb tarixi” fənnini öyrənən kursantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
27-04-2025, 18:42
HƏMAS bəzi şərtlərlə məhbus mübadiləsinə hazırdır


HƏMAS bəzi şərtlərlə məhbus mübadiləsinə hazırdır

HƏMAS nümayəndə heyəti Misirdəki vasitəçilərlə Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə edərək birdəfəlik girov mübadiləsinə və beş illik atəşkəsə hazır olduqlarını açıqlayıb.
Bunu adının açıqlamasını istəməyən HƏMAS rəsmisi Fransa mətbuatına verdiyi açıqlamada deyib.
Məlumatda bildirilir ki, HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs və girovların mübadiləsi ilə bağlı danışıqların bir hissəsi olaraq Misirin paytaxtı Qahirəyə gəlib. Heyət burada beş illik atəşkəs şərtilə girovları azad etməyə hazır olduğunu deyib.
Həmas rəsmisi Mahmud Mərdəvi isə Qahirədə aparılan danışıqlarla bağlı açıqlamasında belə deyib: "Bu dəfə biz müharibənin bitdiyinə dair zəmanət tələb edəcəyik. İşğalçı qismən razılaşdıqdan sonra müharibəyə qayıda bilər. Lakin hərtərəfli razılaşma və beynəlxalq zəmanətlə bunu edə bilməyəcək".
27-04-2025, 18:28
Amerikalıların əksəriyyəti Trampı dəstəkləyir


Amerikalıların əksəriyyəti Trampı dəstəkləyir

Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi çıxışı amerikalıların əksəriyyəti tərəfindən dəstəklənib.
Bu barədə “NORC” tədqiqat mərkəzinin “Associated Press” üçün keçirdiyi sorğuda göstərilib.
Araşdırma nəticəsində məlum olub ki, 10 amerikalıdan 7-si Trampın fəaliyyətini gözləntilərinə uyğun olaraq qiymətləndirib.
Lakin agentliyin qeyd etdiyi kimi, bu o demək deyil ki, amerikalıların əksəriyyəti prezidentin siyasətindən razıdır. Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır, 62% isə ABŞ-nin Tramp dövründə yanlış istiqamətdə getdiyini düşünür.
Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir. Sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib.
27-04-2025, 18:13
Husilər ABŞ-nin 7 PUA-sını vurdu


Husilər ABŞ-nin 7 PUA-sını vurdu

Yəməndəki husilər 6 həftə ərzində ABŞ-nin 7 ədəd “MQ-9 Reaper” PUA-sını vurublar.
Adı açıqlanmayan ABŞ rəsmiləri, 6 həftədə vurulan PAU -ların ümumi sayının 7-yə yüksəldiyini və vurulan PUA-ların dəyərinin 200 milyon dolları ötdüyünü deyiblər.
Dünən Pentaqon rəsmilərinin paylaşdığı məlumata görə, husilərin PUA-lara qarşı hücum imkanlarında nəzərəçarpacaq dərəcədə irəliləyiş var.
Qeyd edək ki, “General Atomics” tərəfindən istehsal edilən və təxminən 30 milyon dollar dəyərində olan “MQ-9 Reaper” PUA-ları 40 min futa qədər yüksəklikdə (təxminən 12.100 metr) uça bilir.
27-04-2025, 17:52
İranda güclü partlayış - 36 ölü, 1139 yaralı


İranda güclü partlayış - 36 ölü, 1139 yaralı

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Bunu ILNA-ya müsahibəsində İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.
Bundan əvvəl ölü sayı 28 nəfər təşkil edirdi.

***

16:25

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.
Bu barədə İRNA məlumat yayıb.
Qeyd edək ki, 6 nəfər itkin düşüb.

***

12:10

İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.
“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o söyləyib.
İranın daxili işlər naziri İskəndər Momeni öz növbəsində qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.

***

10:40

İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.
Bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.
“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.

***

09:05

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.
Hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.
Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
27-04-2025, 17:48
Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ


Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
27-04-2025, 17:33
Ərdoğan müəlliminin dəfn mərasimində


Ərdoğan müəlliminin dəfn mərasimində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəllimi Ahmet Karamanın dəfn mərasiminə qatılıb.
Bununla bağlı “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Ahmet Karaman Ərdoğanın İstanbul İmam Hatip Liseyində ərəb dili müəllimi olub.
Türkiyə Prezidenti öz müəllimi üçün başsağlığı mesajı paylaşıb: “Bu gün vəfatını kədərlə qarşıladığımız İstanbul İmam Hatip Liseyində ərəbcə müəllimlərimizdən olan dəyərli pedaqoq Ahmet Karamanla vidalaşırıq. Allahdan müəllimimizə rəhmət diləyirik. Onun dəyərli ailəsinə, tələbələrinə və İmam Hatip camaatına başsağlığı verirəm. Məkanı cənnət olsun”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!