Mən olmasaydım, dünyada altı böyük müharibə gedirdi - Tramp .....                        Ərdoğan Tokayevi hava limanında qarşıladı .....                        Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK, Azərbaycan evində - FOTO .....                        Dənizdə meyit tapıldı .....                        Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edib .....                        Sahibə Qafarova Baş katiblə görüşdü .....                        Putin Netanyahu ilə danışıqlar apardı .....                        Şəkidə ağır qəza - Ölən var .....                        Şəkidə ağır qəza - Ölən var .....                       
7-06-2025, 14:26
3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında...


3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi

Beyləqanda 28 yaşlı qadın xəstəxanada vəfat edib.
Ötən gün rayonun Birinci Aşıqlı kənd sakini Lütviyyə Rübail qızı Paşayevanın şəkəri və təzyiqi qalxıb.
Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin apardığı müayinə və müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, L. Paşayeva ailəli və 4 uşaq anası olub. Lakin onun 2 övladı azyaşlı olarkən eyni xəstəlikdən həyatını itirib, digər bir övladı isə doğulduqdan sonra dünyasını dəyişib.
Mərhumun bir övladı qalıb, hazırda ikinci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
7-06-2025, 14:19
Çətənə kolları yetişdirən 4 nəfər saxlanıldı


Çətənə kolları yetişdirən 4 nəfər saxlanıldı

Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
7-06-2025, 14:01
“Mersedes” aşdı - 12 yaşlı yeniyetmə öldü


“Mersedes” aşdı - 12 yaşlı yeniyetmə öldü

Sumqayıtda “Mersedes” markalı minik avtomobili aşıb.
Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Məlumata görə, maşın idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb və aşıb.
Qəza nəticəsində avtomobildə olan 2013-cü il təvəllüdlü Hüseyn Canəliyev hadisə yerində ölüb.
7-06-2025, 13:51
Paşinyan arvadı ilə Zəngəzurda


Paşinyan arvadı ilə Zəngəzurda

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakopyanla birlikdə Zəngəzura (Sünik) gediblər.
Bu barədə Paşinyan sosial şəbəkədə video yayımlayıb.
Səfərin məqsədi açıqlanmayıb.
7-06-2025, 13:46
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK


Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimata dəyişiklik edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyi qərar verib.
Qərara əsasən, sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim olunmasına bərabər tutulur.
Qərar qəbul edildiyi gündən 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə tapşırılıb ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
Qərar respublika daxili işlər orqanlarında elan ediləcək.
7-06-2025, 13:40
Ukrayna ilk ballistik raketi sınaqdan keçirdi


Ukrayna ilk ballistik raketi sınaqdan keçirdi

Ukraynanın ballistik raketi son dərəcə uğurla sınaqdan keçirilib. Demək olar ki, raket 300 km məsafə qət edərək Rusiya komandanlığını məhv edib.
Bunu “Espreso”nun efirində hərbi ekspert, Ordu, Konversiya və Silahsızlanma Araşdırmaları Mərkəzinin direktoru Valentin Badrak deyib.
"2022-ci ilin mayında yeni raket proqramı işə salındı, lakin bunların prioritet olmasına baxmayaraq, Strateji Sənaye Nazirliyi onu kifayət qədər zəif həyata keçirdi. Sonda iyulda ilk uğurlu sınaqlar keçirildi. Bundan sonra Prezident Zelenski konkret olaraq ballistik raket - onun yaradılması və tamamlanma ehtimalı haqqında danışmağa başladı", - deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, Ukrayna 2024-cü ilin iyul ayından bu raket proqramını lazımi qaydada idarə edir. Layihənin həyata keçirilməsinə müdafiə nazirinin müavini general Anatoli Kloçko cavabdehdir. Müdafiə Nazirliyində Raket Proqramlarına Dəstək Baş İdarəsi yaradılıb.
"Hesab edirəm ki, kurator yaxşı seçilib və proqram digər proqramlardan ayrılıb, hər bir raket sisteminin və raket nomenklaturasının öz kuratoru və öz meneceri var - bu müsbət haldır. Bildiyimə görə, sınaqlar mayın ortalarında keçirilib, onlar son dərəcə uğurlu hesab olunurlar”, - deyə Badrak əlavə edib.
O qeyd edib ki, bundan sonra raket istehsala buraxılır. Müdafiə Nazirliyi ilə Strateji Sənaye Nazirliyinin işi sinxronlaşdırılıb.
7-06-2025, 13:11
Paşinyan üçün daha bir rəqib - Ermənistanda nə baş verir?


Paşinyan üçün daha bir rəqib - Ermənistanda nə baş verir?

Xəbər verdiyimiz kimi, Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment ehtimalı ilə bağlı siyasi proseslər yeni mərhələyə qədəm qoyub.
Müxalifətdə olan və keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası Paşinyana qarşı impiçment təşəbbüsünü gündəmdə saxlayır və artıq yeni baş nazir postuna öz namizədini də müəyyənləşdirib. Məlumata görə, partiya yaxın günlərdə rəsmi olaraq Armen Aşotyanın namizədliyini irəli sürəcək.
Ermənistan müxalifətinin digər qanadı - sabiq prezident Rober Köçəryana yaxın olan "Şərəfim var" fraksiyası impiçment prosesi çərçivəsində Masis (Uluxanlı) şəhərinin rəhbəri David Hambardzumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.
Bu barədə fraksiya rəhbəri Hayk Mamicanyan məlumat verib.
Hambardzumyan 39 yaşındadır. O, 2003-2007-ci illərdə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. 2011-ci ildən Ermənistan Respublikasının Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb.
2016-cı il noyabrın 14-dən icma rəhbəri vəzifəsini icra edir. Ailəlidir, 1 qızı, 2 oğlu var.
7-06-2025, 12:49
Bakıda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır - VİDEO


Bakıda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır - VİDEO

Yasamalda zirzəmidən çıxarılan su “bulaq suyu” adı altında satılır.
İddia olunur ki, müxtəlif adlar və markalarda olan su qabları rayonun Ağa Yusif Dadaşov ünvanında beşmərtəbəli binanın zirzəmisində doldurulur. Lakin qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var. Görüntülərdən də aydın olur ki, su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Ətrafı da məişət tullantıları bürüyüb.
Çəkiliş aparılan müddətdə zirzəminin qarşısında 4 maşına su yüklənib. Sürücülərin sözlərinə görə, onlar suyu sifarişlə aparırlar.
Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir.
Agentlikdən, həmçinin bildirilib ki, Bakı Regional bölməsi “Araz su” əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq. Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.

7-06-2025, 12:13
Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR


Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR

Bakıda bir sıra mollarda parklanma bahalaşıb.
Bir müddətdir "28 Mall", "Gənclik Mall"da parklanma 0-1 saat üçün 2 AZN təşkil edir.
Bu vaxta qədər həmin məbləğ 1 AZN idi.
Molların parkinqində yeni parklanma qiymətləri belədir:

0 saat - 1 saat 2 AZN

1 saat - 2 saat 3 AZN

2 saat - 3 saat 6 AZN

3 saat - 5 saat 8 AZN

5 saat - 7 saat 12 AZN

7 saat - 24 saat 20 AZN
7-06-2025, 12:04
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəçək. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!