27-11-2024, 17:03
Avropa Komissiyasının yeni tərkibi təsdiqləndiAvropa Parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyiblər.
Bu, səsvermənin nəticələrindən məlum olub.
Estoniyanın keçmiş Baş naziri Kaya Kallas Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə təsdiq edilib.
Avropa Komissiyasının yeni tərkibini 688 deputatdan 370-i dəstəkləyib, 282 nəfər əleyhinə səs verib, 36 nəfər bitərəf qalıb.
27-11-2024, 16:54
Seçkilərlə əlaqədar MSK-nın nəzdində ekspert qrupu yaradıldıBələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu yaradılıb.
Məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
27-11-2024, 16:53
Emin Əmrullayev 1500 məktəbin bağlanacağını təkzib etdiElm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nin bağlanacağı barədə yayılan xəbəri təkzib edib.
Nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib:
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.
Xatırladaq ki, 1500 məktəbin bağlanacağı barədə məsələni Milli Məclisdə deputat Ceyhun Məmmədov gündəmə gətirmişdi. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.
27-11-2024, 16:41
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayırSabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.
Bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlayır.
27-11-2024, 16:38
Məzahir Pənahov çağırış etdi - Gənclər və qadınlar namizədliyini irəli sürsünlərAzərbaycan ictimaiyyətini bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırırıq.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, vətəndaşlarımız bələdiyyə seçkilərinə ciddi yanaşsınlar: “Namizədliklərini irəli sürmək istəyən vətəndaşlarımız namizəd kimi, səs vermək istəyən vətəndaşlarımız seçici kimi səsvermənin keçirilməsini çox fəal həyata keçirsinlər. Çox arzu edərdik ki, gənclər və qadınlar bu seçkilərdə namizəd kimi iştirak etsinlər. Nə qədər xanım bələdiyyə üzvü olsa, o bələdiyyələr daha yüksək səviyyədə olar. Azərbaycan xanımlarının seçkili orqanlarda sayının üstünlük təşkil etməsi bizim çoxdankı gözləntimizdir. Ötən parlament seçkilərində əvvəlki seçkilərlə müqayisədə xeyli sayda qadınlar seçildi. Qadınları və gəncləri həm də seçici kimi fəal iştirak etməyə çağırıram”.

26-11-2024, 23:43
Qazaxın azad edilən 4 kəndi bərpa ediləcəkQazaxın işğaldan azad olunan 4 kəndi yüksək səviyyədə bərpa olunacaq.
Bunu Milli Məclisin Komitə sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Xarici siyasət həmişə daxili siyasətin məntiqi davamıdır. Bu gün Qazaxın 4 kəndi işğaldan azad edilib. Bilirəm ki, hökumət bu istiqamətdə işlər görür. Bu kəndlər də yüksək səviyyədə bərpa olunacaqlar.
26-11-2024, 22:36
İsrail atəşkəsə razılaşdıİsrailin baş naziri Benyamin Netanyahu Livanla atəşkəsə razılaşıb.
O, ölkənin hərbi kabinetinə Livanla atəşkəs razılaşmasını qəbul etməyi tövsiyə etdiyini bildirib.
Netanyahu əlavə edib ki, Hizbullah hərəkatı razılaşmanı pozarsa, İsrail hücuma keçəcək.
“Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edəcəyəm. Atəşkəsin müddəti Livandakı hərəkətlərdən asılıdır”, - İsrailin baş naziri jurnalistlərə bildirib. O əlavə edib ki, İsrail Hizbullaha ciddi zərbə vurub və onu “onilliklərlə geriyə atmağı” bacarıb.
Netanyahunun sözlərinə görə, İsrail əsgərləri qruplaşmanın əksər rəhbərliyini və infrastrukturunu məhv edib.

26-11-2024, 22:06
Güclü qar yağdı: Rusiyaya gedən yol bağlandıGürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu bütün növ avtomobillər üçün bağlanıb.
Yolun bağlanmasına əlverişsiz hava şəraiti səbəb olub. Əraziyə intensiv qar yağıb, yollar buz bağlayıb.
Hazırda yolda 3000-dən çox yük və minik avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur. Sərhəd-keçid məntəqəsində Türkiyə, Ukrayna, Rusiya, Azərbaycan və Gürcüstana məxsus avtomobillər də var.
Qeyd edək ki, bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Yolun nə vaxt açılacağı hələlik məlum deyil.