İsrailin silah zavodu yandırıldı .....                        Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                       
31-01-2026, 17:53
"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM


"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.
"Qarabağ" Futbol Klubu özünün Facebook səhifəsində Rəsulzadəninin doğum günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"
"Neftçi" klubunun da Facebook hesabında anoloji paylaşım edilib:
"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.
31-01-2026, 17:48
Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır


Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır

ABŞ Ədliyyə Nazirliyi tərəfindən pedofiliya və seks alverində ittiham olunan məşhur maliyyəçi Ceffri Epşteyn haqqında açıqlanan dosyedə Prezident Donald Trampı 13 yaşlı qıza təcavüz etməkdə ittiham edən ifadələr də yer alır.
Açıqlanan sənədə görə, zərərçəkmiş ifadə verərək, Trampın ona 13 yaşında ikən təcavüz etdiyini iddia edib.
İddiaçı deyib ki, Trampa qarşı oral seks etməyə məcbur edilib. İfadəyə görə, zərərçəkmiş Trampı dişləyib və vəziyyətə gülüb, Tramp isə onun üzünə yumruq vurub.
Bu arada, “The Independent” qəzeti hesablayıb ki, Epşteyn dosyesinin son nəşrində Trampdan 3000 dəfədən çox bəhs olunub.
Ümumilikdə, cümə günü 2000-dən çox video və 180.000 şəkil daxil olmaqla üç milyon səhifədən çox sənəd yayımlanıb. Bunların sonuncu olması gözlənilir.
31-01-2026, 17:09
"Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO


"Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti qarşılaşmaya hazırlaşır.
Yüngül çəki dərəcəsində çıxış edən idmançı Bakı UFC 325 turnirində oktaqona çıxacaq.
O, bu döyüşdə braziliyalı Mauricio Ruffy ilə üz-üzə gələcək. Qarşılaşma Avstraliyanın Sidney şəhərində baş tutacaq və turnirin əsas kartına daxil edilib. Döyüşün fevralın 1-i, Bakı vaxtı ilə saat 06:00-da başlanması nəzərdə tutulub.
Döyüşdən öncə idmançılar son dəfə üzləşiblər. Fiziyev rəqibinə məğrurcasına deyib:
“Mən Rafaeləm, Salmanın oğlu! Əli Abbasın nəvəsiyəm. Mən azərbaycanlıyam və mən sənə əllərimlə zərbə endirəcəm - dirsəklərimlə, dizlərimlə və ayaqlarımla. Sabahdan sonra sən bunu hiss edəcəksən. Və mən hazıram. Mən döyüşə gedəndə gülümsəyirəm, bilirsən? Başlayaq!”
Həmin anın videosu:

31-01-2026, 16:40
“Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian


“Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian

"Bugünkü cəmiyyətdəki problemlər İmam Xomeyninin tövsiyələrinə düzgün əməl etməməyimizdən və xalqı görməməyimizdən irəli gəlir".
Bunu İran Prezidenti Məsud Pezeşkian hökumət üzvləri ilə birlikdə İmam Xomeyninin məzarını ziyarət etdikdən sonrakı çıxışında bildirib.
"Çıxışlar edərkən həmişə mərhum İmama istinad edirəm və xarici mənbələrə istinad edə bilmirəm, çünki deyirlər ki, o, Qərbdən təsirlənib...
Əgər davranışımızı əmr edilənlərə və tətbiq etməli olduğumuz şeylərə uyğunlaşdırsaydıq və xalqı bu cəmiyyətin sütunları kimi görsəydik, baş verməməli olan şeyin baş verib acılaşdığı bu nöqtəyə çatmazdıq....
Əgər doğru yolu tutmaq istəyiriksə, xalqla və xalq üçün çalışmalı və xalqa mümkün qədər xidmət etməliyik. Geniş ictimaiyyət bizdən razı qalmadıqda, bir neçə elitanın məmnuniyyəti faydalı olmayacaq. İnsanlar davranışımıza və ədalətimizə baxır...
İnsanların bizdən gözlədiyi şey ədalətə əsaslanaraq hərəkət etməkdir. Heç bir insanın hüquqlarını görməzdən gəlməyə haqqımız yoxdur”.
Prezident bütün vəzifədəkilərin xalqla birlikdə olmağı, xalqa qarşı davranışı dəyişdirməyin vacibliyin vurğulayıb:
“Ədalətli baxış baxımından etnik qruplar, cinslər, irqlər, dillər və inanclar hərəkətlərimizə və qərarlarımıza təsir etməməli və əsas meyar həqiqət və ədalət olmalıdır. Heç bir etnik qrupa qarşı düşmənçilik bizi və müsəlman olduğunu iddia edənləri ədalətli münasibət yolundan yayındırmamalı və ədalətsiz hərəkətlərə sövq etməməlidir”.
31-01-2026, 16:38
Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü


Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü

Pakistanda separatçı Bəlucistan Azadlıq Təşkilatının silahlı üzvləri əyalətin müxtlif yerlərində koordinasiyalı terror aktları törədiblər.
Vilayətin paytaxtı Kvetta şəhərində yerli vaxtla saat 06:00 radələrində güclü partlayış səsi eşidildikdən sonra təxminən iki saat ərzində intensiv atışma olub.
Dalbandin və Nuşki bölgələrinin sakinləri də partlayışlar və silah səsləri eşitdiklərini bildiriblər. Eyni zamanda Mastung, Qvadar, Pasni və Turbat şəhərlərində də oxşar hücumların həyata keçirildiyi qeyd olunur. Rəsmi qurumların məlumatına görə, 12 ayrı nöqtədə təşkil edilən terror aktları nəticəsində azı 10 polis və təhlükəsizlik əməkdaşı həlak olub, 58 silahlı şəxs zərərsizləşdirilib.
Belucistan vilayətinin baş naziri Sərfraz Bugti açıqlamasında bildirib ki, vilayətin müxtəlif bölgələrində əməliyyatlar aparılır və terrorçular hələ də təqib olunur. O, hücumların arxasında Hindistanın dayandığını iddia edib.
“Səhər saatlarında son dövrlərdə yaşadıqları mənəvi sarsıntını kompensasiya etmək məqsədilə Hindistanın dəstəklədiyi terrorçular bir neçə nöqtədə hücumlar təşkil etməyə cəhd göstəriblər. Lakin Belucistan polisi və sərhəd qoşunlarının qəhrəman şəxsi heyəti bu hücumları birgə dəf edərək bu günə qədər daha 58 terrorçunu zərərsizləşdirib. Bu hücumlar terrorizmə qarşı qətiyyətimizi sarsıda bilməz -son terrorçuyadək onların ardınca gedəcəyik”,-Bugti deyib.
Vilayət baş naziri əlavə edib ki, təhlükəsizlik qüvvələri son iki gün ərzində Bəlucistan ərazisində keçirilən əməliyyatlar zamanı ümumilikdə 70 terrorçunu zərərsizləşdirib.
31-01-2026, 16:15
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır


Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır

2 Fevral - Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, həyata keçirilən məqsədyönlü dövlət siyasətinin bariz ifadəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün geniş imkanlar açıb və bu strategiya ölkənin uğurlu gələcəyinin əsas təminatına çevrilib.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın strateji inkişaf resursu kimi qiymətləndirərək bildirib ki, xalqın gələcəyi gənclərdir və onlar həm fiziki cəhətdən sağlam, həm də yüksək bilik və əxlaqa malik olmalıdırlar. Bu baxışın məntiqi davamı olaraq Prezident İlham Əliyev gənclərin potensialının reallaşdırılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün gənclər azad, sabit və özünə güvənən ölkədə yaşayır və bu imkanlardan düzgün istifadə etməklə həm öz gələcəklərini, həm də dövlətin inkişafını təmin etməlidirlər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, “Yüksəliş” müsabiqəsi, “Gənclər üçün Prezident Mükafatı” kimi layihələr gənclərin ictimai-siyasi, sosial və peşəkar inkişafına güclü stimul verib. Bu təşəbbüslər gənclərin yalnız fəal vətəndaş kimi formalaşmasına deyil, eyni zamanda gələcəyin idarəçi kadrlarının yetişdirilməsinə xidmət edir.
Xaricdə təhsil proqramları gənclər siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətin maliyyə dəstəyi ilə minlərlə azərbaycanlı gəncin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması insan kapitalının güclənməsinə, müasir bilik və bacarıqların ölkəyə gətirilməsinə şərait yaradıb. Bu gün həmin gənclər müxtəlif sahələrdə ölkənin inkişafına töhfə verən aparıcı mütəxəssislər kimi fəaliyyət göstərirlər.
Vətən müharibəsi zamanı Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə tarix yazdı. Ordumuzun sıralarında döyüşən minlərlə gənc torpaqlarımızın azad olunmasında həlledici rol oynadı, informasiya müharibəsində isə sosial şəbəkələrdə fəal mövqe tutaraq Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Bu faktlar bir daha sübut etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər strategiyası yalnız sosial inkişaf deyil, eyni zamanda milli təhlükəsizlik və dövlətçilik baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu gün gənclər ölkənin sosial-iqtisadi, mədəni və idman həyatında aparıcı qüvvəyə çevrilib. Beynəlxalq idman yarışlarında əldə olunan nailiyyətlər, könüllülər hərəkatının genişlənməsi, “Gənclər evi” şəbəkəsinin fəaliyyəti, innovasiya və startap layihələri gənclərin potensialının real nəticələrə çevrildiyini göstərir. Dördüncü Sənaye İnqilabı dövründə texnologiya və innovasiyaların əsas daşıyıcısı da məhz gənclərdir və bu prosesdə Azərbaycan gəncliyi fəal iştirak edir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi olaraq biz də Abşeron rayonunda gənclərin maarifləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi, onların sosiallaşması və karyera inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçiririk. Gənclərin potensialının üzə çıxarılmasına və cəmiyyətə inteqrasiyasına dəstək oluruq.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər strategiyası nəticəsində bu gün Azərbaycan gəncliyi ölkənin ən böyük gücünə çevrilib. Savadlı, vətənpərvər, yaradıcı və təşəbbüskar gənclərimiz Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirəcək, dövlətimizin gələcək uğurlarının əsas təminatçısı olacaqlar.

Xannənə Həsənova

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin
Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri
31-01-2026, 15:27
Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI


Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI

İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində bəzi tanınmış simalar saxlanılıb.
Keçirilən genişmiqyaslı əməliyyat zamanı tanınmış komediyaçı Hasan Can Kaya, rep ifaçısı Emirhan Çakal və sosial media fenomeni Reynmen də daxil olmaqla ümumilikdə 26 şübhəli saxlanılıb. Hazırda onların barəsində polis idarəsində istintaq tədbirləri davam etdirilir.
İstintaq materiallarında adı keçən, lakin əməliyyat zamanı xaricdə olduqları müəyyən edilən şübhəlilər barəsində prokurorluq tərəfindən saxlanma qərarı çıxarılıb. Saxlanma qərarı verilən şəxslər arasında "YouTuber" Enes Batur, sosial media fenomeni Çağrı Taner, eləcə də Survivor yarışmasının iştirakçıları Nisa Bölükbaşı və Barış Murat Yağcı kimi ictimaiyyətə yaxşı tanış olan simalar da var.
Xaricdə olduqları üçün barələrində saxlanma qərarı çıxarılan 9 nəfərlik siyahı aşağıdakılardır:

- Enes Batur Sungurtekin

- Barış Murat Yağcı

- Ecenaz Üçer

- Kemal Can Parlak

- Çağrı Taner

- Turgut Ekim

- Barbaros Dikmen

- Yaren Alaca

- Nisa Bölükbaşı
31-01-2026, 15:21
Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu


Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu

Suriya hökuməti cümə günü kürd qruplaşmalarınə birləşdirən Suriya Demokratik Qüvvələri (SDQ) ilə hərtərəfli razılaşmaya nail olunduğunu elan edib.
SANA agentliyinin yaydığı məlumata əsasən, razılaşma atəşkəsin elan olunmasını, eləcə də SDQ-nin mərhələli şəkildə hərbi və inzibati strukturlara inteqrasiyasını nəzərdə tutur.
Hökumətə yaxın mənbə Suriya dövlət televiziyasına bildirib ki, sazişə əsasən, kürd silahlılıları təmas xəttindən geri çəkiləcək, Suriya Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri isə Həsəkə və Qamışlı şəhərlərinin mərkəzlərinə yerləşdiriləcək.
Mənbənin sözlərinə görə, razılaşma həmçinin SDQ tərkibində üç briqadadan ibarət hərbi birləşmənin, eləcə də Kobani (Ayn əl-Ərəb) qüvvələrindən formalaşdırılan briqadanın Hələb vilayəti ilə əlaqəli hərbi struktur çərçivəsində fəaliyyətini nəzərdə tutur. Bildirilib ki, SDQ-nin hərbi və təhlükəsizlik qüvvələrinin inteqrasiyası briqadalar daxilində fərdi əsasda həyata keçiriləcək.
Eyni zamanda dövlət ölkə ərazisindəki bütün mülki və hökumət qurumları, eləcə də sərhəd-keçid məntəqələri və giriş nöqtələri üzərində tam nəzarəti öz üzərinə götürəcək və ölkənin heç bir hissəsinin mərkəzi hakimiyyətdən kənarda qalmamasına təminat verəcək.
Razılaşma çərçivəsində muxtar inzibati strukturların dövlət institutlarına inteqrasiyası, mülki qulluqçuların isə öz vəzifələrində saxlanılması nəzərdə tutulur. Saziş eyni zamanda kürd icmasının vətəndaş hüquqlarının və təhsil hüquqlarının təmin edilməsini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaradılmasını ehtiva edir.
Mənbə vurğulayıb ki, bu razılaşmanın əsas məqsədi “Suriya ərazisinin birliyini təmin etmək, qanunun aliliyini möhkəmləndirmək və müvafiq tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin bərpası istiqamətində əlaqələndirilmiş səylər vasitəsilə regionda tam inteqrasiyaya nail olmaqdır”.
Qeyd edək ki, yanvarın 20-də Suriya Müdafiə Nazirliyi SDQ ilə əldə olunan razılaşma əsasında dörd günlük atəşkəs elan etmiş, bu atəşkəs yanvarın 24-də daha 15 gün müddətinə uzadılmışdı.
Yanvarın 18-də isə Suriya Prezidenti Əhməd əş-Şəraa SDQ-nin dövlət institutlarına tam inteqrasiyasını nəzərdə tutan atəşkəs sazişini imzalamışdı. Bundan əvvəl, yanvarın 16-da Prezident əş-Şəraa sərəncam imzalayaraq suriyalı kürdlərin “Suriya xalqının ayrılmaz hissəsi” olduğunu və onların “mədəni və dil kimliyinin Suriyanın vahid milli kimliyinin tərkib hissəsi” sayıldığını bəyan etmişdi.
31-01-2026, 15:14
Keçmiş nazirə 4,5 illik həbs cəzası kəsildi və əfv olundu


Keçmiş nazirə 4,5 illik həbs cəzası kəsildi və əfv olundu

Ermənistanın keçmiş mədəniyyət naziri Hasmik Poqosyan İrəvanda torpaq sahəsinin mənimsənilməsinə görə 4,5 il həbs cəzasına məhkum edilib.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, məhkəmə onun amnistiyasını da təmin edib.
Məhkəmə nazirliyin keçmiş rəhbərinin İrəvan Çaykovski Musiqi Məktəbinə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün cinayət sxemində iştirak etdiyini müəyyənləşdirib.
Əvvəllər Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da bu işdə iştirak ediblər. Sonradan onlara qarşı cinayət təqibi dayandırılıb.
İş materiallarına görə, 2012-ci ildə təqsirləndirilən şəxslər hökumətə 800 milyon dram (təxminən 2 milyon dollar) dəyərində "Kitab Dünyası" çoxfunksiyalı kompleksinin tikintisi üçün uydurma investisiya proqramı təqdim ediblər. Müstəntiqlərin fikrincə, bu, Çaykovski Musiqi Məktəbinə məxsus 300 kvadratmetrlik torpaq sahəsinin saxtakarlıqla ələ keçirilməsinə imkan verib.
31-01-2026, 14:22
II Qareginin Ermənistandan çıxışı yasaqlanır


II Qareginin Ermənistandan çıxışı yasaqlanır

Fevral ayında Avstriyada keçirilməsi planlaşdırılan Yepiskoplar Şurasının toplantısında Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin də iştirakı gözlənilir. Lakin bütün ermənilərin katalikosunun Avstriyaya səfəri baş tutmaya da bilər.
Hökumətin II Qareginə “sürpriz” edə biləcəyi gözlənilir.
Katolikosa qarşı cinayət işi başlanıb: o, vəzifə səlahiyyətlərindən istifadə edərək məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunur.
Cinayət işi Masyatsotn yeparxiyasının keçmiş rəhbəri yepiskop Gevorqun (Saroyan) vəzifəsindən azad edilməsi əsasında açılıb. Vəkillərin yeparxiya rəhbərinin katolikosa əmək müqaviləsi ilə deyil, andla bağlı olduğuna dair israrları hüquq-mühafizə orqanları tərəfindən ciddi qarşılanmayıb.
Katolikosu Gevorq Saroyanı yeparxiya rəhbəri vəzifəsinə bərpa etməyə məcbur edən məhkəmə qərarı olsa da, o icra olunmadığı üçün cinayət işi başlanıb.
Hakimiyyət orqanları bildirirlər ki, bu iş katolikosa səyahət qadağası üçün yol açır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!