"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
15-01-2024, 16:30
Cənub bölgəsində elektrik xətlərində yaranmış problem aradan qaldırılıdı


Cənub bölgəsində elektrik xətlərində yaranmış problem aradan qaldırılıdı

Qarlı, küləkli hava şəraiti ilə əlaqədar Lənkəran, Masallı, Salyanda ağaclar elektrik xətlərinin üzərinə aşıb. Nəticədə bəzi kəndlərdə elektrik enerjisinin verilişində problem yaranıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə tam təmin olunub: "İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb".
“Azərişıq” ASC-nin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar. Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər.
Bildirilib ki, qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir. Buna baxmayaraq qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir: "Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində 0.4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən rayonlarda yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək".
15-01-2024, 15:41
Prezidentliyə namizədliyi təsdiqnənlərin seçki şüarları müəyyənləşdi


Prezidentliyə namizədliyi təsdiqnənlərin seçki şüarları müəyyənləşdi

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.
Prezidentliyə namizədliyi təsdiq edilən şəxslər artıq seçki şüarlarını müəyyən ediblər.
Seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir.

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev – “Qalib xalqın qalib lideri!”;

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – “Ən böyük sərvət insandır!”;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – “Sosial ədalət, sosial demokratiya”;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: rifat dövləti Azərbaycan!”;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev -“Hər şey qalib xalqımız üçün! Biz yeniliyi seçdik!”;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - “Ədalət, hüquq, demokratiya”;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - “Varlı vətəndaş, varlı ölkə!”.

Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.
15-01-2024, 15:35
Binəqədidə baş vermiş yanğın tam söndürüldü


Binəqədidə baş vermiş yanğın tam söndürüldü

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
15-01-2024, 14:51
“TARİXİ ŞƏXSİYYƏTLƏR” JURNALI - tarixi şəxsiyyətləndirir, şəxsiyyətləri tarixləşdirir


“TARİXİ ŞƏXSİYYƏTLƏR” JURNALI - tarixi şəxsiyyətləndirir, şəxsiyyətləri tarixləşdirir

Söz, oxu və yazı. Bəşər sivilizasiyası keçmişin dərin qatlarından, qaranlıq və dolanbac yollarından sıyrılıb bu günə çatdığına, müasir insana təqdimatına görə sadalanan məqamlara borcludur. “Hər şeydən öncə söz vardı” deyir bütün cəmavi dinlərin ali kitabları... “And olsun qələmə və onunla yazılanlara” buyurur müqəddəs Qurani-kərimimiz...
Tanınmış ictimai-siyasi xadim, söz, qələm adamı Hacı Xəlil Qarəhmədov da ömrünün böyük, məhsuldar bir hissəsini məhz belə bir savablı, qalarlı, məsul bir işə - tarixin şəxsiyyətlənməsinə və şəxsiyyətlərin tarixləşməsinə həsr edib.
Onun 2006-cı ildən nəşr edərək geniş oxucu auditoriyasının ixtiyarına verdiyi “Tarixi Şəxsiyyətlər”(«Исторические Личности») jurnalı ənənəvi şəkildə hər il dünya liderləri, öncül ictimai-siyasi xadimlər, həmçinin görkəmli mütəfəkkirlər arasından “İlin adamı”nı seçir. Və onlar haqqında “Xüsusi buraxılış” hazırlayır. Dərginin ilk sayları müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevə və cənab Prezident,

Ali Baş Komandan İlham Əliyevə həsr olunub. 2017-ci ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin yekdil səsverməsi nəticəsində “İlin adamı” adına layiq görülüb. 2018-ciildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin olmuşdur. Redaksiya heyətinin yekdil rəyi ilə Özbəkistanın inkişafında, ölkənin imicinin beynəlxalq aləmdə yaxşılaşmasında, Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin

möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlinadamı” olaraq Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyayev seçilib. “Tarixi Şəxsiyyətlər”in rus dilində işıq üzü görən həmin sayı bütünlüklə Özbəkistan Prezidentinə və Özbəkistan Respublikasından bəhs edir.
Jurnalın Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illiyinə həsr olunmuş xüsusi sayı da xeyli rəngarəng və oxunaqlıdır. Elə ilk materiallar da tanınmış din xadiminin həm yubileyi, həm də şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü ilə əlaqədar Prezident sərəncamı və Ümummilli liderin hələ 1999-cu ildəki təbrik məktubudur.
Peşəkar dizayna malik, diqqətçəkən materiallar, gözoxşayan fotoşəkillər və mötəbər sənədlər əsasında hazırlanmış dərgidə dünyanın söz, mövqe sahibləri – Vladimir Putin, II Abdullah, Ekmeleddin İhsanoğlu, Yusif bin Əhməd əl-Üseymin, II İlya, Talqat Tacuddin və digər siyasət, mədəniyyət, din xadimlərinin də hörmətli Şeyx barədə fikirləri yer alıb.
Amma “Tarixi Şəxsiyyətlər”in ideya və prinsipləri bununla məhdudlaşmır və əks təqdirdə, ölkəmizdə yaşam normalarına çevrilmiş tolerantlıq və multikulturalizm ənənələrinə sədaqət nümayişi bir qədər inamsız və qeyri-səmimi təsiri bağışlayardı.Sadalananları nəzərə alan yaradıcı kollektiv xeyli zəhmət hesabına paralel şəkildə digər nüfuzlu din xadiminə - Moskva və bütün Rusiya patriarxı II Aleksi barədə də xüsusi buraxılış hazırlamışlar. Bakı və Azərbaycan eparxiyasının Arxiyepiskopu Aleksandrın elmi məsləhətçiliyi, tarixçi Vyaçeslav Radionovun layihə rəhbərliyi ilə işıq üzü görən jurnal oxuculara pravoslav din xadiminin sülh, dialoq, mənəviyyat, dəyərlərə ehtiram ruhlu müraciəti ilə açılır. QafqazMüsəlmanları İdarəsi ilə Rus Pravoclav Kilsəsi arasında dostluq və əməkdaşlıq münasibətləri, Kiril Atanın istər ölkəmizə səfəri çərçivəsində, istərsə də müxtəlif beynəlxalq tədbirlərdə Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə görüşləri, rus və Azərbaycan xalqlarının əminamanlıq, anlaşma və əməkdaşlıq şəraitində yaşamasında dinlərin və din xadimlərinin rolu barədə fikir mübadilələri yaxın keçmişin sənədliliyi baxımından xeyli faydalıdır.
Müqəddəs Patriarxın 2009-cu ilin 6 noyabrı və 2010-cu ilin 24-26 aprelində respublikamıza səfəri çərçivəsində dövlətimizin başçısı, Heydər Əliyev Fondunun rəhbəri və Şeyxülislamla görüşləri, dinlərarası müzakirə mövzusunda tədbirlərə qatılması, rus dini-mədəni mərkəzlərini ziyarəti, sonakı dönəmlərdə Mehriban xanım Əliyevanı və Allahşükür Paşazadəni nüfuzlu
mükafatlarla təltifatı faktları xüsusi vurğulanır. Səmavi dinlərin sülh, inam və iman mesajlarını istedadlı tarixçi və Azərbaycanın yaxın dostu Vyaçeslav Aleksandroviçin “Odlar və tolerantlıq ölkəsi” sərlövhəli yazısı və insanların mehribanlıq, təhlükəsizlik şəraitində yaşayıb çalışdıqları Vətənimiz haqqında təkzibolunmaz faktların toplandığı digər məqalələr tamamlayır.Məcmuəni geniş oxucu kütləsi üçün maraqlı edən nüanslardan biri də qədim və zəngin pravoslav arxitekturası, bayramları və mətbəxi barədə geniş məlumatlardır.

2020-ci ildə - İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin 75 illiyitəntənəli şəkildə qeyd olundu. İgid xalqımız ön vəarxa cəbhələrdə canını, qanını əsirgəmədən çalışdı, vuruşdu, Bakı “Qəhrəman şəhər” statusunalayiq görülməsə belə, qələbədə böyük rol oynayan nefti, bütün ölkə ərzaq məhsullarını verdi, buərazilərə köçürülən xəstələrə, yetimlərə sahib çıxdı, alimlərimiz hərbi texnikanın yanacağınıdonmağa qoymayan kəşflərə imza atdılar...Müharibənin ilk günündən silaha sarılan 600 min Vətən övladı – şücaətli oğul və qızların tən yarısıgeri qayıtmadı. 123 nəfər ən yüksək mükafat – Sovet İttifaqı Qəhrəmanı fəxri adı (general-mayorHəzi Aslanov iki dəfə), 178 min döyüşçümüz müxtəlif orden və medallarla təltifləndilər.
Doğrudur, ötən əsrin doxsanıncı illərininəvvəllərində 9 may – Qələbə Gününün ləğvi azsayda qalan və ömürlərinin ixtiyar çağlarını yaşayan veteranlara böyük mənəvi-psixoloji zərbəvurdu. Lakin Ümummilli lider Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Böyük Vətən müharibəsi iştirakçılarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı.Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş veteranlarımız və ailələrinin sosial-tibbiproblemləri cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanımın daimdiqqət mərkəzindədir - elə Qələbə bayramı ərəfəsində də onlara maddi yardım göstərildi.

Bütün sadalanan mətləblər barədə isə “Tarixi Şəxsiyyətlər” jurnalının qələbənin 75-ci ildönümünəhəsr olunmuş 49-cu sayında geniş məlumat verilib. Maraqlı material və şəkillərlə nəfis şəkildə tərtiblənmiş dərgi Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsi ilə açılır. Dahasonra Rusiya prezidenti Vladimir Putinin Qələbə münasibətilə Naməlum Əsgərin Məzarı önünəgüllər qoyması, fəxri qaravulun keçidi, hava paradını seyr etməsi, veteranları, Rusiyavətəndaşlarını və bu savaşdakı qalibiyyətdə payı olan bütün xalqları təbrik nitqi verilib.
“Dahi sərkərdələr” rubrikasındakı marşallar Jukov, Konev, Vasilyevski barədə bilgilər və110 yaşlı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor rütbəli görkəmli soydaşımızdan bəhsedən “General Həzi Aslanov – Azərbaycan vətənpərvərliyinin güzgüsü”, Sovet İttifaqı Qəhrəmanı,akademik Ziya Bünyadovun portret cizgilərinin canlandırıldığı “Böyük əfsanənin izi” məqalələrinində oxucuların marağına səbəb olacağı şübhəsizdir.
“Azərbaycan Böyük Vətən Müharibəsi illərində...”, “Soydaşlarımızın qələbə töhfələri”,“Azərbaycanın qəhrəman təyyarəçiləri” və digər yazılarda, eləcə də Azərbaycan Respublikası Müharibə, əmək, silahlı qüvvələr veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun, həmin qurumun sədr müavini polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru CəlilXəlilovun qeydlərində dünyanı bürüyən fazizm kabusuna qarşı xalqımızın qəhrəmanlıq
salnamələrindən söhbət açılır.

“Tarixi Şəxsiyyətlər”in Vaslav Klaus (Çexiya),Nursultan Nazarbayev (Qazaxıstan), Boris Tadiç (Serbiya ), Məhəmməd Əşrəf Qəni (Əfqanıstan), Aleksandr Lukaşenko (Belarus), Niderland kraliçası Beatriks, Çin Kommunist partiyasının 100 illiyi, futbol ulduzu Pele, ölkəmizdə fəaliyyət göztərən Alban-Udi Xristian İcmasının sədri Robert Mobiliyə həsr olunan və digər sayları da oxucular tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq ictimai-siyasi jurnalın təsisçisi və Baş redaktoru Hacı XəlilQarəhmədov məhz Vətən savaşımızdakı tarixi Zəfərdən sonrakı fəaliyyətlərini daha əlamətdar sayır: “30 illik işğal dövründə dünya birliyinin ədalətsizliyinə, ikili standartlarına qarşı etirazımızı, haqq səsimizi qaldırsaq da, məğlub tərəf olduğumuzdan bir növ, nitqimiz qısıq, boynumuz bükük idi. Allaha şükürlər olsun ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, igid oğullarımızın canı-qanı bahasına həmin xəcalət yükündən qurtulduq, torpaqlarımız erməni tapdağından azad oldu.İndi qaibiyyətimizdən, o ərazilərdəki bərpa işlərindənyazdığımıza görə çox xoşbəxtik! 7 fevral – növbədənkənar Prezident seçkiləri isə xalqın Ümummilli liderimizin yolunu böyük bacarıq və sədaqətlə davam etdirən cənab İlham Əliyevə minnətdarlığını çatdırması üçün bir fürsətdir.“Tarixi Şəxsiyyətlər”(«Исторические Личности») jurnalının redaksiya heyəti və çoxsaylı oxucuları olaraq həmin gün seçki məntəqələrinə gedərək öz vəfa borcumuzdan çıxacağıq”.
Ağsaqqal və təcrübəli qələm adamı əsas məramlarının daim cəmiyyətdə barış, vətəndaş həmrəyliyi, sivilizasiyalararası dialoq, müşküllərin fikir mübadiləsi və qarşılıqlı anlaşma əsasında həllinin təbliğinəçalışmaq, eləcə də bu istiqamətdə fəaliyyət göstərən, Azərbaycanımızın qlobal problemləri,xüsusən də Qarabağ düyününün açılmasında səmimi rol oynayan liderlərə geniş tribuna imkanı yaratmaq, din mədəniyyətinə töhfə vermək istəklərinin olduğunu bildirib.
Hamımızın masaüstü oxu mənbəyi haqqına layiq dəyərli nəşrə gələcək təqdimatlarında da uğurlar arzulayırıq!

Qurban Cəbrayıl
“Mədəniyyət/Culture” jurnalının redaktoru
15-01-2024, 14:47
Yanğından üç nəfər sağ çıxarıldı


Yanğından üç nəfər sağ çıxarıldı

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.
15-01-2024, 14:44
Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirildi


Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirildi

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 21:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai Radioda debatlar keçiriləcək və saat 21:00-da başlayacaq. Püşkatmanın nəticələri aşağıdakı kimidir:
1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
15-01-2024, 14:32
Sexdəki partlayış zamanı 24 nəfər xəsarət alıb - RƏSMİ


Sexdəki partlayış zamanı 24 nəfər xəsarət alıb - RƏSMİ

15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Son məlumata görə, 24 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.
Əlavə məlumat veriləcək.
15-01-2024, 14:19
Rusiya və İranın XİN Başçıları danışıqlar apardılar


Rusiya və İranın XİN Başçıları danışıqlar apardılar

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlər yeni dövlətlərarası sazişin hazırlanmasının gedişatını və ticarət-iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələlərini müzakirə ediblər.
"Yaxın Şərqdə gərginliyin artmasına xüsusi diqqət yetirilib. XİN rəhbərləri ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmən ərazisində törətdiyi kütləvi zərbələri qətiyyətlə pisləyiblər. Nazirlər Qəzza zolağında dərhal atəşkəs əldə etməyə və zərər çəkmiş mülki əhaliyə təcili yardım göstərmək üçün anklava maneəsiz humanitar çıxışın təmin edilməsinə çağırıblar", - məlumatda deyilir.
Nazirlər bütün səviyyələrdə təmasların və koordinasiyanın daha da inkişaf etdirilməsi vəzifələrini müzakirə edərək, Rusiya-İran münasibətlərinin əsas prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və BMT Nizamnaməsinin təsdiqlənəcək digər prinsiplərinə qeyd-şərtsiz hörmətlə bağlı daimi qarşılıqlı sadiqliyi vurğulayıblar.
15-01-2024, 14:03
İranda bir gündə 11 məhbus dağ ağacından asılıb


İranda bir gündə 11 məhbus dağ ağacından asılıb

İranın Kərəc şəhərinin mərkəzi həbsxanasında bir gündə 11 məhbus dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına (HRANA) istinadla məlumat yayıb.
Bildirilir ki, edam edilən məhbuslardan beşi narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilib, qalanlarının ittihamları isə hələlik bəlli deyil.
Bununla yanaşı, Xürrəmabadın Parsilun həbsxanasında daha bir məhbusun edam hökmü icra edilib.
Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və ikisi yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.
15-01-2024, 13:46
Binəqədidə yerləşən təmir sexində güclü partlayış baş verdi


Binəqədidə yerləşən
təmir sexində güclü partlayış baş verdi


Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğının söndürülməsi işləri davam edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, partlayış nəticəsində yaralanlar olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!