Tarix : 24-08-2025, 12:28
“Sədərək”də yanğın - Polislər hadisə yerində
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti