Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                        Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                       
Tarix : 23-08-2025, 16:03
Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ


Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ

Kəlbəcər sakinləri artıq öz dədə-baba yurdlarına qovuşub. Bu həftə sakinlərin ilk qrupu 30 ildən artıq müddətdən sonra geri qayıdıblar.
Prezident İlham Əliyev və Birinci vitse-president Mehriban Əliyeva Kəlbəcərə köçən sakinlərlə görüşüb, söhbət ediblər.
Milli Məclisin Kəlbəcərdən olan sabiq deputatı, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bu münasibətlə danışıb.
O, özü və şəhər sakinlərinin adından Prezidentə təşəkkür edib:
“Kəlbəcər işğaldan azad olunandan sonra bura gəliş-gediş olub, eləcə də təsərrüfatla məşğul olan, müvəqqəti olsa da,mal-heyvanlarını saxlayanlar var. Amma bugünkü köç daimi yaşayış üçün ilkin addımdır. Kəlbəcər işğaldan azad olunandan bu yana ərazidə infrastruktur yenilənir, su və qaz çəkilişlərində, yaşayış binaların tikilməsində çox uğurlu layihələr icra olunub. Kəlbəcərlilər qayıdışı çox səbirlə gözləyirdilər. Biz bilirdik ki, cənab Prezident ilk qayıdış zamanı kəlbəcərlilərlə görüşəcək, onlara öz xeyir duasını verəcək. Bunu alqışlayırıq, sevinirik. Bu günə görə şükürlər olsun. Cənab Prezidentin fəaliyyəti dövründə uğurlarını saymaqla bitirmək olar. Kəlbəcərə ilk qayıdış növbəti bir uğur və inkişafla bağlı atılan addımdır. Bütün dünyaya mesajdır ki, hansı söhbətlər, proseslər gedirsə-getsin Azərbaycanda işğaldan azad olunmuş ərazilərlə bağlı dövlət proqramları gecikmədən öz həllini tapır. Mən cənab Prezidentə öz camaatımız adından minnətdaram. İlk köç Kəlbəcər şəhərinə oldu. Burada 3,4 və 5 mərtəbəli binalar tikilir. Bu binalarda camaatımız yaşayacaq. Çox enli, böyük prospekt salınıb. İnşallah o prospekti "Heydər Əliyev" prospekti qoyacağıq. Mən buna əminəm. İnsanlar artıq bu günü gözləyirlər. Yerdə qalan camaatımızın qonaq qismində Kəlbəcərə gediş-gəlişi artıq asanlaşacaq. Uğurlar arzulayıram. İnşallah, ikinci qayıdış planı uzun zaman almayacaq. Artıq bu gün Zar kəndində tikinti-quruculuq işləri gedir. Əminəm ki, yaxın vaxtlarda Zar kəndinə də köç başlayacaq. Kəlbəcərliləri təbrik edirəm".
A. Məmmədov vurğulayıb ki, Kəlbəcərə yerləşdirilən insanların işlə təmini məsələsi aidiyyəti qurumların nəzərindədir:
"Kəlbəcərə köçənlər arasında gənc ailələr də var. Eyni zamanda qayıdışın olduğu yerlərə seçib salmırlar. Köçürülməsi nəzərdə tutulan məntəqələrdə istər gənc, istərsə də Kəlbəcərdən məcburi köçkün düşmüş köhnə ailələr olsun, hər kəs siyahıya alınıb. Orada neçə nəfər yaşlı və ya gənc ailə var onu konkret olaraq deyə bilmərəm. Lakin burada gənclər üçün iş imkanları var. Burada "İstisu" zavodu fəaliyyət göstərir. Orada artıq sanatoriya tikilib təhvil verilib. Sosial obyektlər, məktəb, bağça, eyni zamanda xəstəxana fəaliyyət göstərir. Ora yerləşdirilən insanların işlə təmini məsələsi aidiyyəti qurumların nəzərindədir. Onların hər birinin işlə təmin olunması ilə bağlı lazımi addımlar atılacaq".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!