Nəzrinin atası infarkt keçirib .....                        Ərdoğan Azərbaycan səfirini təltif etdi .....                        Moskvada təyyarə qəzası .....                        Ağdərədə sakinlərlə görüş keçirilib .....                        Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi .....                        Zaxarova Bakıdakı “Rus Evi”ndən danışdı: "Hazırıq" .....                        Nazir sertifikasiyadan danışdı: "İndi deyirlər ki..." .....                        Həmin məzunlara diplomların verilməməsi səbəbi AÇIQLANDI .....                        Bakıda piyada zonalarının sayı artırılacaq .....                       
Tarix : Bu gün, 17:36
Xocalı və Ağdamın bu kəndlərinə KÖÇ OLACAQ


Xocalı və Ağdamın bu kəndlərinə KÖÇ OLACAQ

Böyük Qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərimizə köç prosesi sürətlə davam edir. Xocalıya da köç prosesi ötən ilin mayında başlayıb.
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, qarşıdakı müddətdə Xocalının bir sıra kəndlərinə köç nəzərdə tutulur:
“Xocalıya ilk köç 2024-cü ilin may ayında baş tutdu. Xocalı şəhərinə, Xocalı rayonunun Ballıca kəndinə köç olub. Ümumilikdə götürdükdə 100-dən çox ailə köçürmüşük. Proses mütəmadi, dayanmadan davam edir. Bu aylar ərzində Xocalı şəhərinin özünə, yenə Ballıca kəndinə, Xanyurduna, Əsgəran qəsəbəsinə, Naxçıvanlı kəndinə, Şuşakəndə, Badarakəndə və bir neçə əlavə kəndlərimizə köç olacaq. Getdikcə bu proses daha geniş vüsət alacaq. Köçənlərin sayı da təbii ki, artacaq. Hamı həsrətlə gözləyir ki, ev-eşik hazır olsun və köçək. Biraz səbirli olmaq lazımdır. Cənab Prezident öz çıxışlarında, görüşlərdə də deyir ki, bu gün dövlət büdcəsində də ən çox vəsaiti müdafiəmizə, təhlükəsizliyimizə ayırırıq. Yəni qələbəmiz əbədi olsun. Kifayət qədər-4 milyard manatdan artıq da qayıdışla bağlı ayrılıb. Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərdə də işlər aparılır. Mən həm də 118 saylı Ağdam-Xocalı Seçki dairəsindən seçilmişəm. Ağdam haqda da sizə məlumat vermək istəyirəm. Ağdam rayon mərkəzinə yox, ancaq Xıdırlı, Kəngərli, Saraclı kəndlərinə də köç gözlənilir”.
Elman Məmmədov söyləyib ki, sakinlərin köç mərasimlərində iştirak edir:
“Sakinlərin köçündə, əlbəttə, iştirak edirik. Məsələ buarasındadır ki, hər bir tədbirlə, hər bir proseslə müvafiq qurumlar məşğul olur. "Qaçqınkom", cənab Prezidentimizin Xankəndi, Xocalı, Ağdərə rayonları üzrə səlahiyyətli nümayəndəsi İlkin Yusubov öz əməkdaşları ilə birlikdə iştirak edir. Eyni zamanda Xocalı icra hakimiyyətinin əməkdaşlarından iştirak edirlər. 26 fevral zamanı vəziyyətlə əlaqədar olaraq, müəyyən hələ bizim bilmədiyimiz tədbir nəzərdə tutularsa,əlbəttə, böyük sevinclə iştirak etməliyik və edəcəyik də”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!