"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
13-01-2024, 17:41
Magistral yolların buz bağlama ehtimalı var - DİN xəbərdarlıq etdi


Magistral yolların buz bağlama ehtimalı var - DİN xəbərdarlıq etdi

Yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sürücülər sürət həddini hava şəraitinə uyğun tənzim etməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.
Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.
“Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər”, - məlumatda deyilir.
13-01-2024, 17:19
Bütün məntəqələrdə veb-kameralar quraşdırılıb - Rövşən Qasımov


Bütün məntəqələrdə veb-kameralar quraşdırılıb - Rövşən Qasımov

Seçki prosesi ilə bağlı bütün məntəqələrdə veb-kameralar quraşdırılıb.
Bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılan müstəqil media mərkəzi sabahdan fəaliyyətə başlayacaq.
"Biz buraya peşəkar media nümayəndələrini cəlb etmişik”, - deyə Rövzət Qasımov bildirib.
13-01-2024, 16:29
Sabah Malik Məmmədovun anım günüdür

Sabah Malik Məmmədovun anım günüdür

1972-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olmuş Məmmədov Malik Bəhmən oğlu Azərbaycan torpaqlarını düşmən caynağından xilas etmək üçün 1992-ci ilin aprel ayında könüllü olaraq cəbhəyə yola düşüb. İlk döyüşə Füzuli bölgəsindən başlayıb. Füzulinin Qacar, Divanlılar və başqa kəndləri uğrunda gedən döyüşlərdə fəallıq göstərib düşmənə ağır zərbələr vurub.
1994-ci il yanvarın 13-ü Malikin son döyüş günü olub. Həmin gün Malikin qulluq etdiyi tabor Aşağı Əbdülrəhmanlı kəndini düşməndən azad etmək üçün hücuma keçib. Gecədən başlayan döyüş zamanı xeyli itki verən düşmən Əbdülrəhmanlı kəndini tərk edib. Malikin dəstəsi qaçan düşməni təqib edərək 8 kilometr geriyə qovub. Malik təkbaşına 12 düşməni və düşmənin 2 snayperini məhv edib. Elə həmin döyüşdə də şəhid olub.
Cəsur döyüşçü yanvarın 14-də Şəhidlər Xiyabanında dəfn olunub. Bakının Nərimanov rayonundakı küçələrdən biri Malik Məmmədovun adını daşıyır. O, Azərbaycan Prezidentinin 24 iyun 2010-cu il sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Sabah Malik Məmmədovun anım günüdür
P.S. 14 yanvar 2024 çü il tarixdə, saat 11-00 da Şəhidlər Xiyabanı ziyarət ediləcək. Hamı dəvətlidir. Getmək istəyənlər saat 11-00 da Xiyabanın girişinə toplaşsınlar.
13-01-2024, 16:13
Məzahir Pənahovun sədrliyi ilə MSK-nın növbəti iclası keçirilir


Məzahir Pənahovun sədrliyi ilə MSK-nın növbəti iclası keçirilir

Yanvarın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
İclası açan MSK sədri Məzahir Pənahov gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.
O, həmin məsələlərin aşağıdakılar olduğunu deyib:
1. Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi.
2. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması.
3. Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi.
4. Cari məsələlər.
Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin siyahısı 2024-cü il 18 yanvar tarixinədək dərc olunacaq.
Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 15-də start veriləcək və proses fevralın 6-sı saat səhər 8-də dayandırılacaq.
13-01-2024, 16:10
Yollar buz bağlayacaq - Nazirlikdən XƏBƏRDARLIQ


Yollar buz bağlayacaq - Nazirlikdən XƏBƏRDARLIQ

Yanvarın 14-15-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.
Qeyd edilib ki, yanvarın 14-16-da Azərbaycanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında magistral yolların buz bağlayacağı ehtimal edilir.
13-01-2024, 16:00
Türkiyə 23 terrorçusunu məhv etdi


Türkiyə 23 terrorçusunu məhv etdi

Türkiyə Milli Müdafiə Nazirliyi “Pençe-Kilit” əməliyyatı bölgəsində törədilən terror aktından sonra İraqın şimalında həyata keçirilən antiterror tədbirlərini gücləndirib.
Nəticədə orada zərərsizləşdirilən terrorçuların sayı 23-ə yüksəlib.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilib ki, İraq və Suriyanın şimalındakı terror hədəfləri qurudan atəş dəstəyi maşınları ilə yanaşı, hava əməliyyatları ilə də vurulub.
13-01-2024, 15:17
Özəl televiziya kanallarının rəhbərləri Prezidentə birgə məktub yazdılar


Özəl televiziya kanallarının rəhbərləri Prezidentə birgə məktub yazdılar

Özəl televiziya kanallarının rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə birgə məktub yazıblar. Məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində gördüyünüz ardıcıl işlər, kütləvi informasiya vasitələrinin inkişafına verdiyiniz dəstək, media işçilərinə diqqət və qayğınız dünyada bənzəri olmayan bir təcrübədir.
Biz, rəhbərlik etdiyimiz Azərbaycan özəl televiziya kanallarının adından Sizə mediaya göstərdiyiniz daimi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi istiqamətində gördüyünüz işlər, yürütdüyünüz müdrik daxili və xarici siyasət torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi.
44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyiniz informasiya siyasəti qələbənin qazanılmasında mühüm mərhələ oldu. Fəxrlə deyə bilərik ki, mediamız da informasiya mübarizəsindən qalib ayrılmağımız üçün üzərinə düşən missiyanı layiqincə həyata keçirməyə çalışdı. Sizinlə birlikdə bu yolu getmək, bu işdə Sizinlə birgə çiyin-çiyinə irəliləmək qürurlu və şərəflidir.
Media sektoruna verdiyiniz dəstəyi hər zaman yüksək qiymətləndirir, diqqətiniz, tolerantlığınız, dostluğunuz üçün Sizə təşəkkür edirik.
Cənab Prezident, özəl ümumölkə teleradio yayımçılarına əlavə dəstək verilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanda medianın inkişafına, teleradio kanallarının maddi-texniki bazasının gücləndirilməsinə hər zaman diqqət və qayğı ilə yanaşırsınız. Mənəvi və maddi dəstəyiniz teleradio yayımı məkanı, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edir.
Sizə bir daha dərin hörmət və ehtiramımızı bildirir, Azərbaycanımızın davamlı inkişafı, parlaq gələcəyi naminə misilsiz dəyərə və önəmə malik fəaliyyətinizdə uğurlar arzu edirik!
Dərin hörmətlə,
“Space” Müstəqil Teleradio Şirkəti MMC-nin direktoru Vado Korovin
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının prezidenti Azər Xəlilov
“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov
“ARB 24” MMC-nin direktoru Radik İsmayılov
“Real Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev”.
13-01-2024, 14:27
Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi güllələndi


Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi güllələndi

Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqra bölgəsində güllələnib.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat yayıb.
"Təcili yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən həlak olub", - məlumatda deyilir.
Berha xəstəxanaya çatmamış dünyasını dəyişib.
Komitə həkimə kimin hücum etdiyini dəqiqləşdirə bilməyib.
O, 2024-cü ildə vəfat edən BQXK-nın 7-ci nümayəndəsidir.
13-01-2024, 14:07
Təbrik edirik!

Təbrik edirik!

Globalinfo.az saytının təsisçisi və baş redaktoru Azər Ayxanın qızı Ayan Abbaslı London Queen Mary Universitetinin magistraturasından məzun olaraq diplomunu alıb. Həmkarımızı bu münasibətlə təbrik edirik. Onun balasının timsalında təhsildə uğur qazanan, ölkəmizi dünyada layiqincə təmsil edən bütün gənclərə uğur diləyirik. Gənclər dövlətimizin və gələcəyimizin sahibləridir.
13-01-2024, 13:52
İlham Əliyevə daha 3 təşkilatdan dəstək bəyanatı yayıldı


İlham Əliyevə daha 3 təşkilatdan dəstək bəyanatı yayıldı

Audit, maliyyə menecmenti, qiymətləndirmə sahəsində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat yayıb. Bəyanatda deyilir:
"Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dövləti hazırda inkişafının yeni tarixi mərhələsinə qədəm qoyub. 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 1 gün ərzində 200 ildir Cənubi Qafqazı təhdid altında saxlayan, neçə-neçə faciələrin başlıca səbəbi olan “erməni məsələsi” həll olundu. Azərbaycanda separatizmin kökü kəsildi. Bu, Azərbaycan xalqının həyatında müasir tariximizin yeni dövrünün başlanmasıdır.
Bu mərhələyə çatmaq asan başa gəlməyib. Ötən 20 ildə Prezident İlham Əliyev gündəlik fəaliyyəti, yürütdüyü məqsədyönlü siyasətlə bu mərhələni anbaan yaxınlaşdırıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bu siyasətin təntənəsidir.
Bu gün ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etmiş Azərbaycan dünyada həm beynəlxalq, həm regional, həm daxili siyasət prioritetlərinin düzgün seçilməsinə görə nümunəvi ölkə kimi qəbul olunur.
Azərbaycan xalqı ötən 20 ildə bütün Prezident seçkilərində öz gələcəyini yalnız İlham Əliyevə etibar etməklə, növbəti dəfə müdrikliyini nümayiş etdirib. İlham Əliyev haqlı olaraq, milli lider kimi qəbul olunur.
Son 20 ildə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlılığının güclənməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin reallaşmasını, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini, insan kapitalının davamlı inkişafını təmin etməkdədir.
Ötən dövrdə aparılan ardıcıl dövlət siyasətinə uyğun olaraq, müstəqil hesabatlılıq, audit və qiymətləndiricilər institutu böyük inkişaf yolu keçib, onun təsirliliyi artıb, bu sahələrdə rəqəmsallaşma, beynəlxalq aləmə inteqrasiya güclənib.
Ötən dövr ərzində Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb, hazırda 157 auditor təşkilatı və 68 sərbəst auditor bu sahədə xidmət göstərir.
Beynəlxalq standartlara uyğun şəffaflığın, hesabatlılığın, maliyyə nəzarətinin və intizamın yaradılması, audit, mühasibat-maliyyə və qiymətləndirmə sektorunda davamlı təkmilləşdirmə işləri Prezident İlham Əliyevin yürütdüyü iqtisadi islahatların əsas tərkib hissəsi kimi çıxış edir.
Yeni dövrdə qlobal və regional müstəvidə Azərbaycanın hədəfləri qarşıda dayanan məqsədlərə nail olunması üçün bizlərdən – mühasiblərdən, auditorlardan, maliyyəçilərdən, qiymətləndiricilərdən öz işimizə daha məsuliyyətlə yanaşmağı tələb edir.
Biz - “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” adlı Forumun iştirakçıları olaraq bəyan edirik ki, Azərbaycan Respublikasının tərəqqisi naminə bundan sonra da var gücümüzlə çalışacağıq.
Azərbaycanı inkişaf etmiş dövlətə çevirməyi hədəfləyən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik! İlham Əliyev qalib xalqın qalib lideridir! Bu siyasət davam etməlidir. Bu, hər bir azərbaycanlı kimi bizim də ümumi arzumuz, qəti və yekdil mövqeyimizdir.
Milli lider İlham Əliyev siyasəti Azərbaycanı yeni qələbələrə aparacaq!
İmzalar:
Azərbaycan Respublikasının Auditorlar Palatası
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!