10-11-2024, 17:48
Şimali Makedoniya Prezidenti Bakıya gəldiŞimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
10-11-2024, 17:25
Livandan İsrailə raket hücumu - Yaralılar varLivan İsrailin şimalına raket hücumu həyata keçirib, yaralılar var.
Bu barədə "Ynet" portalı məlumat yayıb.
Raket hücumu nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Nahariya Tibb Mərkəzinə aparılıb.
Onlar hücum zamanı Qərbi Qaliley bölgəsindəki tarlalarda avokado yığan fermerlər olub.
Bundan əvvəl ordunun mətbuat xidməti Livandan İsrailin şimalını növbəti dəfə atəşə tutulduğunu, bu müddət ərzində Qərbi Qalileyaya 10 raket atıldığını açıqlamışdı.
10-11-2024, 17:08
Jurnalistlər üçün COP29-la bağlı mediaturBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mediatur təşkil olunub.
Bu barədə AYNA-dan məlumat verilib.
Jurnalistlərə, AYNA-nın COP29 konfransına hazırlığı və rolu, eləcə də tədbir zamanı yarana biləcək halların operativ həlli, səmərəli məlumat mübadiləsi məqsədilə fasiləsiz fəaliyyət göstərəcək Qərargahın yaradıldığı barədə məlumat verilib.
10-11-2024, 16:51
Azərbaycan lideri Qvineya-Bisau Prezidenti ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verir.
10-11-2024, 16:43
Prezident İlham Əliyev zimbabveli həmkarı ilə görüşdüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verir.
10-11-2024, 16:10
Kobaxidze COP29-da iştirak edəcəkGürcüstanın Baş naziri İrakli Kobaxidze COP29-da iştirak edəcək.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Baş nazirin səfər çərçivəsində bir sıra rəsmi görüşləri nəzərdə tutulub.
10-11-2024, 16:00
Azərbaycan lideri Surinam Prezidenti ilə görüşdüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verir.
10-11-2024, 15:25
Bu küçədə mikromobillik zolaqları çəkilir - FOTODaha bir küçədə mikromobillik imkanları genişləndirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, görülən işlər çərçivəsində Kövkəb Səfərəliyeva küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.
Şəhərimizi daha təhlükəsiz və rahat etmək üçün fəaliyyətimiz davam edir!
10-11-2024, 14:13
Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısı alındıDaxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.
DİN "X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.
Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.
“Yolun kənarında aşkarlanan bağlama qida təchizatı ilə məşğul olan şirkətlərdən birinə aiddir”, - DİN-dən bildirilib.
10-11-2024, 14:01
Rusiya Ukraynanın 70 pilotsuz təyyarəsini vurduRusiyanın hava hücumundan müdafiə sistemləri səhər saatlarında ölkənin regionları üzərində Ukraynanın 70 pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 34 PUA Moskva vilayəti, 14-ü Bryansk, hər biri 7 olmaqla Oryol və Kaluqa, 6-sı Kursk, ikisi isə Tula vilayətləri üzərində məhv edilib.