Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
7-11-2024, 13:29
Zəngan səmasında parlayan ulduz

Səhra Rezayi yazır

Zəngan səmasında parlayan ulduz

(Ustad aşıq dədə Müslüm Əsgərinin həyatına qısa bir baxış )

Zəngan şəhərinin Tarım mahalından şöhrəti ucalan aşıq dədə Müslüm Əsgərinin Sazı sözü bu şəhərin sərhədlərini aşıb, indi də bütün türk dünyasına yayılmaqdadır. Zənganın aşıq səmasında parlayan iki işıqlı ulduzdan biri olan dədə Müslüm Əsgəri ömrünün səksən ilini başa vurub. Müasir zamanəmizin dədə qorqudunu təmsil edən aşıq 1938-ci ilin iyul ayında türk şəhəri olan Zənganın Badamıstan kəndində dünyaya göz açmışdır. Müslüm 1955-ci ildə məktəbi bitirdikdən sonra dogma kəndini tərk edir. Dini mədrəsələrdə təhsil alan aşıq Tofiq və Şəriəti məktəblərində ədəbiyyat üzrə diplom alıb.
Uşaqlıqdan qulağına tanış olan aşıq dastanları onun ürəyində dərin izlər salıb, yarım əsrə yaxın bir müddətdə onu bu sənətə bağlamışdır. Aşıqlıq sənətini atasından öyrənib 20 yaşlarından bu sənətlə məşğul olan dahi sənətkar davamlı olaraq 50 ilə yaxın aşıqların tarixdə yadigar qoyan izlərini addımlayaraq onlardan toplanan inciləri bizə çatdırmışdır. Aşıq Müslüm ustadlarından fərqli olaraq ilk dəfə bildiyi dastanları özünəməxsus qırmızı dəftərində qeydə alib. Beləcə dastanlar aşiqi adını əzəmətli bir heykəl kimi tarixə salmışdı.

Böyük sənətkar atası Aşıq Zöhrabdan aşıqlıq sənətini öyrənib 1967-ci ildən rəsmi şəkildə “aşıqlıq” sənətilə məşğul olur. Uzun illər bu yolda çalışan ustad 40 ilə yaxın müxtəlif şəhər və kəndlərdə o cümlədən Tarım, Zəngan, Xalxal, Tehran, Qum və Urmu şəhərlərində toylar çalıb, el şənliklərində iştirak etmişdir. Qeyd etmək lazımdır ki, siyasi fəaliyyətinə görə dövlət işlərində işləməsinə qadağa qoyulan ustad aşıq, təhsili ilə yanaşı çörək pulu qazanmaq üçün dərzilik də öyrənir.
Atasından öyrəndiyi aşıq sənətinin əsas dərslərini klassik təhsil ilə birləşdirən istedadlı sənətkar ifaları ilə yanaşı, nitq qabiliyyəti olan aşıq musiqisinə tazə nəfəs gətirib.
Hər ayım, hər günüm söz ilə keçdi,
Oxudum sözlərim qaldı ellərdə,
Dastan nağıl oldu, söz belə keçdi,
Həm şeirim söhbətim qaldı dillərdə.

Müslüm Əsgəriyəm dosta bağlıyam,
Çaylar kimi şaqqıldayam, çağlayam,
Mahalım Tarımdı azər oğluyam,
Yaşılbaş sonalar qaldı göllərdə.

Musiqi sahəsində əfsanə kimi yaşayıb-yaradan Dədə Müslümün həyat xatirələrinə qısa bir baxış bizi çox uzaq keçmişlərə götürür...
Cavanlıqdan gözəl bir mənzərə
Payızın son günlərinin soyuq küləyi qırmızıya boyanan yarpaqları bəzəkli bir xalça kimi yerə sərmişdi. Cansız günəşin altına boyadan ağ dağları qar alıb ətrafına soyuq işıq saçırdı. Yerə-göyə lətafət bağışlayan bir hava Hindi kəndində çalınan aşıq havaları ilə birləşib bütün kəndi bürümüşdür. Cavan yaraşıqlı olan aşıq ilk toyunu çalmaq üçün dostları ilə birlikdə bu kəndə gəlmişdi. Kəndin ortasında balaban səsi aşığın çaldığı sazın səsinə qarışıb göylərə ucalmışdır. Aşıqların çaldığı şən havalar kəndliləri ağ otaqda olan şənlikə dəvət edirdi. 40 gün boyunca davam edən Əsgər kişinin oğlunun toyu havada gəzən soyuq sazağı camaata unutdurub, onları bir yerə gətirmişdi. Cavan aşıq sazı səsləndirib atasından öyrəndiyi dastanları böyük şövqlə ifa edirdi. Beynindəki dastanlar hər biri bir el obanın illər boyu yaşanan təcrübələr olub, onun saz sözündə bir daha canlanırdı. Sözlərinə qulaq asan insanları birlik, mehrabanlıq, duzlük ilə həqiqəti qanmaq və ən önəmlisi uca yaradana inanıb ona ürək bağlamağa dəvət edirdi.

Eşit sözümü sən, yaxşılıq elə,
Dolaşma kasıba ay adam oğlu!
Tut əlindən xətirinə dəymə,
Naymut qaytarma ay adam oğlu!

Müslüm Əsgərinin çoxdu günahı,
Yaxşı dostun olsun Allah pənahı,
Yetişsin dadına şahların şahı,
Sönər nari -neyran ay adam oğlu…


Aşıqlar ocağı olan Zəngan şəhərində ulduz kimi parlayan aşıq Müslüm Əsgəri hər zaman aşıqlıq sənəti ilə fəxr edir və sazı bir müqəddəs varlıq olaraq sinəsinə basıb köksündə əzizləmişdi. Onun sözlərinə görə aşıq iştirak etdiyi məclislərdə birinci öz sənətinə dəyər verib orada əyləşənlərin qədrini bilməlidir. Ona görə aşıq elinin qanadı olub sazı silahdan daha güclü olmalıdır.
Ədəbli ərkanlı olan sənətkarın yaşayış və məşğul olduğu incəsənəti onun sənət dostlarının sözlərində hər zaman öz əksini tapmışdır. Müqəddəs sayılan sazdan süzülən incilər duyanların ruhların oxşayıb.
Aşıq olub tərki vətən olanın,
Əzəl başdan pür kamalı gərəkdir.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir…
Böyük ustadın sözlərinə görə aşıq gözəllikləri təbliğ edən müəllimdir. Aşığın sazında olan söz xəzinəsini xalqa yetirmək lazımdır. Onun danışdığı hər bir sözündə bir həyat fəlsəfəsi gizlənib. Bu dərin mənalı sözləri ancaq musiqinin məlahətli səsiylə insanlara yetirmək olar. Uzun illər aşıq məktəbində aldığı dərslərə görə bu sənətin daşıdığı ən böyük dərs, haqqı ilə həqiqəti tanımaq ona inanmaq və ondan dərs almaqdır. Sazı bağrına basıb özün aşıq adlandıran kişi oxuyub məclisləri şənləndirməklə kifayətlənmir. O, üzərində böyük bir məsuliyyət daşıyır.
Zildən bəmə keçən müqəddəs sazın tellərində dolaşan xoş nəğmələr insanların ruhunu oxşayıb onda gəzən mənalı sözləri dərs olaraq vurğulayır. Aşığın sazından süzülən incilər haqdan danışıb, həqiqət yolunu göstərən kəlmələrdir. Ona görə müqəddəs kitab Quranda vurğulandığı kimi hər bir gözəllik kəlmədən yaranmışdır. kəlmədən yaranan sözlər isə aşıqların dilində dolanan gözəlliklərə çevrilib.
Şəriətlə irfanın işıqlı yollarının yolçusu olan aşıq Müslüm Əsgəri aşıqlıq sənətini təkcə şənliklərlə məhdudlaşdırmayıb. Ona görə aşıq tarix, məzhəb habelə keçmiş ilə bu günün məsələlərindən xəbərdar olmalıdır. Ona verilən suallara cavab verməyə qadir olmalıdır. Xalqı güldürən yerdə ağlatmağa qadir olan sənətkar aşıq bu sənətin nə qədər ulvi və ilahi olmağından xəbər verir.
Zənganda aşıqlar karvanının önündə gedən Müslüm Əsgəri bu şəhərin özünəməxsus on iki vizual dastanlar oxuyub və yadigar saxlanıbdır.
Aşıq Müslüm Əsgəri epik və aşıq dastanları silsiləsindən dünya xalqlarının mədəniyyətindən 30-dan çox dastanı 138-dən çox tamaşa şəklində ifa etməklə İran, Azərbaycan respublikası və Türkiyə aşıqları arasında yüksək yer tutmuşdur. 40 -a yaxın dastan danışıb səsləndirən ustadın əsərləri kaset üzərində lentə alınmışdır.
Aşıq Müslüm bir çox xarici festivallarda eləcə də bir neçə milli və beynəlxalq seminarlarda iştirak etmişdir.
“Aşıq Müslüm Əsgəri epik və romantik türk dastanlari silsiləsindən 27 dastanı 130-dan çox kasetə yazdırıb. Onun 50-ci illərdə ifa etdiyi əsərlər arasında “Əsli ilə Kərəm ” , “Xəstə Qasım ” , “Yetim seydı ”, “Şah İsmayil”, “Şirin ilə Birçək ”, “Kəlbi dastanı” və s. qeyd etmək olar”. Uzun illər Azərbaycan, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Yaponiya və Çin kimi ölkələrə səfər edən ustad Azərbaycanda, Türkiyədə fəxri diplomlar alib. Müslüm Əsgəri İranda birinci sənətkar olaraq 2007-ci ildə UNESKO- nun fəxri medalına layiq görülüb.
Ustad aşıq 2021-ci ildə şeirlərini kitab şəklində çap etdirib.

Ürəyimdə neçə sözlər dolanır,
Hər sözü, hər siri gəl açma dilim!
Allah çəkib çox işlərə pərdəni,
Allahın sözündən gəl qaçma dilim!


Aşıq Müslümün dəyərli işlərindən biri də Xəstə Qasımın məzar daşıni tapmaq olubdur. Onun rəvayət etdiyi dastanların birində apardığı işlər nəticəsində tədqiqatçı Pro-Dr Huseyn Siyami Bakı səfərində Xəstə Qasımın məzar daşını Azərbaycanın Tikmə daş kəndində tapıb. Sənətkar üçün orda bir abidə tikilmişdir.
Bakı səfərindən söhbət açan aşıq dahi sənətkar Ədalət Nəsibovla görüşdüyünü, ona sayqı duydugunu bildirmişdirşdir.
Aşıq Müslüm Əsgəri həm də güclü yaddaşa malik bir sənətkar olub. Onun repertuarındakı 40 dastanın bəziləri kasetlərdə, bəziləri də qırmızı dəftərinin 500 səhifəsində qorunub saxlanmışdır. Getdiyi kənd və şəhər toylarında oxunan dastanlardan savayı, bəy-gəlinin adını adı çəkilən qırmızı dəftərdə qeydə almışdır. İndi həmən dəftərin səhifələrini 1404 gəlinin, bəyin gözəl adları bəzəmişdi.
2015-ci ilin yayında Azərbaycan respublikasının tanınmış musiqişünası professor Rafiq İmranın dəvətilə Bakıdakı Dədə Qorqud danışgahının qonağı olub. Bu dəvətin məqsədi aşıq ədəbiyyatı, Zənganın xas mahnıları və şəhrimizin aşıq dastanları haqqında fikir mübadiləsi aparmaq olmuşdur. Türkiyənin Ərzurumdakı Atatürk danışgahının türk ədəbiyyatı profesoru, doktor Qafqazialı “İran Türk Aşıqları və Milli Kimlik” kitabında Müslüm Əsgərinin 4 şerindən tam şəkildə istifadə etmiş hər dəfə ona ustad deyə müraciət etmişdir.
Dahi ustad öz zəngin dil və ədəbiyyatından istifadə edərək insanların sevgisini qazanib, illər boyu onların ürəyində taxt qürmuşdur.

Öz türkü dilimin can qurbanıyam,
Anamdan örgəşdim dili məndədir.
Günəş kimi işıq salır aləmə,
Ətir səpən güllər gülü məndədir.

Müslüm Əsgəriyəm Zəngan vətənim,
Iran göz işığım bəbəyim mənim.
Öz ana dilimdi çiçək çəmənim,
Sazı da məndədir, teli məndədir

Duza, çörəyə hörmət qoyan aşıq sazla, sözlə kifayətlənməyib, insanlarla bağlı olan münasibətlərində də düşüncəli ve el dərdi çəkən bir insan olmağını hər zaman nümayiş etdiribdir. Müslüm Əsgəri hər zaman olduğu kimi birinci ustadı- atası aşıq Zöhrabı yad edərək gəlmiş keçmiş ustadları hörmətlə anir. Ustad Müslüm Əsgəri qocalıq vaxtına çatsa da insanların ürəyində qurduğu taxtdan eləcə də onların yaddaşlarında buraxdığı dərin izlərdən heç nə əskik olmayıb, əksinə onu sevənlər arasında hörməti daha da artmışdır. Böyük sənətkarın dədəlik dərəcəsi almasi münasibətilə onun doğma şəhəri Zənganda anım mərasimi keçirilibdir. Türk ellərinin aşıqları iranın dord bir yanından bu möhtəşəm mərasimə toplaşdı, dahi sənətkar bir ömür zəhmətlərinə görə ağırlandı.
Atam da, anamda adımda gedib,
Ağzımda ləzzətim dadımm da gedib,
Huşum da dağılıb, yadım da gedib,
Vətən həsrətinə yandım, qocaldım.

Müslüm, əsgəriyəm elə bağlıyam,
Elin qardaşıyan elin oğluyam,
Qəmimi bilən yox sinə dağlıyam,
O qədər sazımı çaldım qocaldım…
6-11-2024, 23:10
3 uşaq atası özünü asdı


3 uşaq atası özünü asdı

Qubada intihar baş verib. Hadisə səhər saat 7 radələrində Mirzəməmmədkənd kəndində qeydə alınıb.
65 yaşlı İslam Hacəhməd oğlu Məmmədov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb.
Məlumata görə, mərhumun 3 övladı var.
İntiharın səbəbləri məlum deyil.
6-11-2024, 22:30
COP29-da bağçalar işləməyəcək? - Rəsmi


COP29-da bağçalar işləməyəcək? - Rəsmi

COP29-un keçiriləcəyi dövrdə məktəbəqədər təhsil müəssisələri fəaliyyətini davam etdirəcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.
Qeyd edək ki, bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün – 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək.
6-11-2024, 21:51
Donald Trampa ilk o zəng etdi


Donald Trampa ilk o zəng etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezident seçkilərində qalib gələn Donald Trampa zəng edib.
Onlar İsrailin təhlükəsizliyi və İrandan gələ biləcək potensial təhlükə məsələlərini müzakirə ediblər.
Netanyahu prezident seçkilərindən sonra Trampa zəng edən ilk liderlərdən biri olub. Söhbət 20 dəqiqəyə yaxın davam edib.
6-11-2024, 21:33
İsrailin mərkəzi bombalandı


İsrailin mərkəzi bombalandı

İsrailin bir neçə mərkəzi bölgəsində raket təhlükəsi ilə bağlı hava həyəcanı elan edilib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bunun Livandan İsrail ərazisinə növbəti raket buraxılışından sonra baş verdiyi bildirilir.
Bu, bir gün ərzində İsrailin mərkəzinə edilən ikinci hava hücumudur.
6-11-2024, 21:10
COP29-da kimlər qatarlardan pulsuz istifadə edəcək?


COP29-da kimlər qatarlardan pulsuz istifadə edəcək?

9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.
Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq. Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir", - məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan da istifadə pulsuzdur.
"Bu tarixlərdə COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməklə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər", - AYNA-dan bildirilib.
6-11-2024, 20:33
Hərbçimiz özünü öldürdü


Hərbçimiz özünü öldürdü

Azərbaycan Ordusunun əsgəri intihar edib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov özünü öldürüb.
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib:
"Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır".
6-11-2024, 19:43
Lənkəran "gənclər paytaxtı" oldu


Lənkəran "gənclər paytaxtı" oldu

Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.
Bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.
6-11-2024, 19:30
Türk dünyasının liderləri Azərbaycana gəlir


Türk dünyasının liderləri Azərbaycana gəlir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
Bu barədə Bişkek Bəyannaməsində qeyd olunub.
Qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda və qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.
6-11-2024, 18:40
"28 May"ın qarşısında daha bir YENİLİK


"28 May"ın qarşısında daha bir YENİLİK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.
AYNA-dan verilən xəbərə görə, noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.
Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib. //www.youtube.com/watch?v=RQVogFQ8fII
Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubda tərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirməyə imkan verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!