Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
27-09-2024, 13:10
Polad Həşimovun bacısı: "Heç kimə arzu etmirəm ki, qardaşının məzarını qucaqlasın"


Polad Həşimovun bacısı: "Heç kimə arzu etmirəm ki, qardaşının məzarını qucaqlasın"

27 sentyabr ölkəmizdə Anım günüdür. Bu məqsədlə ölkənin müxtəlif yerlərindən insanlar ll Fəxri Xiyabana toplaşmışdılar.
Fəxri Xiyabana gələn insanlar içərisində Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə xanım da var idi.
“Bu gün biz bura şəhidlərimizin anım mərasiminə yığışmışıq və bu gün mən bir daha əmin oldum ki, şəhidlərimiz heç vaxt unudulmayacaq, çünki bizim xalqımız vəfalı xalqdır. Səhərdən axın-axın gələn insanları müşahidə edirəm. Uşağı ilə, yaşlısı ilə bütün insanlar gəlir, şəhidlərimizi ziyarət edir, vəfa borclarını yerinə yetirir. Allah canlarını sağ etsin. Ayın 27-i buradakı şəhidlərimizin öz yaxınlarına sarıldığı sonuncu gün idi. Birlikdə işğalda olan torpaqlarımızı azad etmək üçün döyüşə atıldılar", - o, jurnalistlərə açıqlamasında deyib.
Kəmalə Həşimova bildirib ki, 44 günlük Vətən Müharibəsi dövründə vətənimizin bütövlüyünə qovuşduq, amma bu bütövlüyü burada yatan şəhidlərimizə və sağlığını itirmiş qazilərimizə borcluyuq:
"Allah qazilərimizin canını sağ etsin, şəhidlərimizin ruhu şad olsun. Çox qürurlu gündür, eyni zamanda çox ağrılı gündür. Ağrılıdır ona görə ki, öz yaxınını, öz əzizinin gedib soyuq daşına sarılmaq çox acı bir şeydir, qürurludur ona görə ki, bayraqlarımız ölkənin hər yerində dalğalanır, qürurludur ona görə ki, torpaqlarımız azaddır və bu əslində insanlarımızın seçildiyi gün idi, bu gün insanlarımız nəyə layiq olduğunu göstərdi. Mən inanıram ki, Azərbaycan yaşadıqca şəhidlərimiz də yaşayacaq, onların məzarı bu gün olduğu kimi həmişə yad ediləcək.
Polad şəhid olduqdan sonra bütün xalq onun necə bir qəhrəman olduğunu, ordu üçün, vətəni, əsgəri üçün nələr etdiyinin şahidi oldu. Biz qardaşımızla qürur duyuruq, bu həm vətən üçün, həm də bizim üçün ağır itkidir. Kaş Polad sağ olardı, onun hərbi savadı, təcrübəsi bugünkü gündə də bizə lazım idi. Biz onunla sonuncu dəfə ayın 10-da danışmışdıq, demək olar ki, hər gün zəng edirdi. Bəzən düşünürəm ki, o, hiss edirdi şəhid olacağını, başqa duyğuda idi, son zamanlar əvvəlki kimi nəşəli deyiliydi. Anamla 11-i günü danışdı, bu onun səsini eşitdiyimiz son gün idi. Çox ağır bir şeydir, mən heç bir bacıya arzu etmirəm ki, qardaşının məzarının daşını qucaqlasın. Allah xalqımızın canını sağ etsin, qazilərimizə can sağlığı versin. Vətənimiz sağ olsun, biz hamımız köçüb gedəcəyik bu dünyada, amma Vətənimiz qalacaq. Bu gün bu vətəni də yaradan torpağın altındakı şəhidlərimizdir. Mən həmişə deyirəm, bizim ən böyük sərvətimiz torpağın altındadır - şəhidlərimizdir”
27-09-2024, 12:55
Trampın imzası olan qol saatları - 100 min dollara


Trampın imzası olan qol saatları - 100 min dollara

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın seçki kampaniyası sabiq prezidentin imzası və şəkli olan qol saatlarının satışına başlayıb.
Bu barədə məlumat saatın satıldığı “Trump Watches” saytında yer alıb.
Saatın iki modeli təqdim olunur. Qiyməti 100 min dollar olan “Tourbillon” modeli 122 brilyantla bəzədilib. “Fight Fight Fight” adlanan digər model isə dizayndan asılı olaraq alıcılara 499-799 dollara təklif edilir. Saatların arxasında sui-qəsd cəhdində sonra yumruğunu yuxarı qaldıran Trampın şəkili və imzası həkk olunub. Hər iki model 18 karatlıq qızıldan hazırlanıb.
“Trump Watches” saat satışından əldə edilən gəlirin Donald Trampın seçki kampaniyasına xərcləməyəcəyini bildirib.
Bundan öncə Donald Trampın seçki kampaniyası çərçivəsində uğursuz sui-qəsd cəhdindən sonra sabiq dövlət başçısının sifəti qanlı şəklinin əks olunduğu idman ayaqqabılarını satışa çıxarılıb. ABŞ-ın sabiq prezidenti, həmçinin “Müqəddəs həftə” zamanı 60 dollara “Tövrat” sataraq təxminən 300 min dollar qazanıb.
27-09-2024, 12:04
Şəhidlərimizin xatirəsini ehtiramla anırıq! - Prezidentin köməkçisi


Şəhidlərimizin xatirəsini ehtiramla anırıq! - Prezidentin köməkçisi

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
PA rəsmisi "X" hesabındakı paylaşımında qeyd edib:
"27 sentyabr - Anım günü! Şəhidlərimizin xatirəsini ehtiramla anırıq!".
27-09-2024, 12:03
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi


Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
27-09-2024, 12:02
Şuşada şəhidlərin xatirəsi ehtiramla yad edildi


Şuşada şəhidlərin xatirəsi ehtiramla yad edildi

44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Şuşa şəhərində də ehtiramla yad olunub. Anım tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər, doğma yurdlarına qayıtmış Şuşa sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları Şuşa şəhərindəki Şəhidlər xiyabanında xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Ölkəmizin bütün ərazisində olduğu kimi, Şuşa şəhərində də saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




27-09-2024, 11:57
DİN-in rəhbərliyi Zəfər parkında - VİDEO


DİN-in rəhbərliyi Zəfər parkında - VİDEO

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib. Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.

27-09-2024, 11:53
Rayonlara yağış və qar yağacaq


Rayonlara yağış və qar yağacaq

Sentyabrın 28-də Bakıda havanın yağmursuz keçəcəyi gözlənilsə də, rayonların bəzi yerlərində arabir yağış və qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
27-09-2024, 11:44
Naxçıvanda İmtahan Mərkəzi yaradıldı


Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Naxçıvan Muxtar Respublikasında (MR) İmtahan Mərkəzi yaradılıb.
Mərkəzi MR-in Təhsil Nazirliyi Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradıb.
Mərkəzdə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında olmaqla tədris ili ərzində 6 dəfə olmaqla ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.
Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.
Qeyd edək ki, imtahan mərkəzinə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri tender yolu ilə alınaraq quraşdırılıb.
27-09-2024, 11:30
Qadınlar bölgəyə sülhün gəlməsini istəyir


Qadınlar bölgəyə sülhün gəlməsini istəyir

"Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri" adlı beynəlxalq konfransda Ermənistanın sülh prosessinə süni maneəsi vurğulanıb.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Qadın İslahatçıları və İnnovasiyalar" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Konfransda bölgədə qadınların sülh və təhlükəsizliyin təmin olunmasında oynadıqları mühüm rol və bu istiqamətdə aparılan işlər müzakirə edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçikada, Lüksenburq Krallığında və Avropa İttifaqı yanında Nümayəndəliyinin müşaviri Tünzalə xanım Aydəmirova konfrans iştirakçılarına Azərbaycanda gender bərabərliyi, qadınların ictimai, siyasi həyatda aktivliyindən müəyyən nümunələr təqdim edərək, qadınlarımızın Ermənistanın işğalı nəticəsində qadınlarımızın ciddi zərər görməsindən də söz açıb. Diplomat xanım buna baxmayaraq, bu gün 30 ildən sonra azad olmuş ərazilərdə yeni dövrün başçalndığını və xanımlarımızın istər mina təmizlənməsində, istər sərhəddəki yeni şəraitə uyğunlaşmasın vurğulayıb. Ukraynalı ekspert Sofii Şevçuk bu gün Ukrayna ərazisində gedən müharibənin açı nəticələrindən danışaraq, dünyanın bu haqsızlığa reaksiya verməsinə rəğmən hələdə problemin aktiv qalmasından bəhs edib.
Tədbir zaman Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, konfransda Azərbaycanı təmsil edən beynəlxalq səviyyəli ekspert Şəhla İsmayıl 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qadınların və uşaqların daha çox zərər görmələrindən danışıb və anım günü ərəfəsində dünyasını dəyişmiş bütün şəhidlərimizə allahdan rəhməıt diləyib. Şəhla İsmayıl bu günlərdə Azərbaycanda keçiriləcək COP 29 BMT-nin İqlim Dəyişikliyi Konfransının əhəmiyyətindən, təşkilat komitəsində qadın iştirakçılığının yetərli səviyyədə təmsilçiliyini də qeyd edib.
Qara dəniz regionu ölkələrinin nümayəndələri, beynəlxalq ekspertlər , BMT-nin Brüsseldəki əlaqə offisinin nümayəndəliyinin rəhbəri xanım Florence Roes və NATO-nun təhlükəsizlik və müdafiə platformasının rəhbəri Elena Marzak , Sarbone Universitetnin araşdırmaçısı Saida Ounissi, yerli QHT-lərin təmsilçiləri iştirak edərək, sülhə nail olmaq üçün qadın liderliyinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda çıxış edən Vüsalə Hüseynli bildirib ki, Qara Dəniz Ərazisində bu gün müxtəlif konflikli problemlər var: “ Azərbaycan öz ərazi bütövlüyünü 30 ildən sonra təmin etsədə hələdə sülhün nail olmasına, sülh müqaviləsinin bağlanmasına süni maneələr yaradanlar mövcuddur. Ukraynada hələdə müharibə gedir. Gürcüstanın ərazisi hələdə işğalda qalır. Biz bu konfrans çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinə, dövlət başçılarına müraciət qəbul etdik. Müraciətə əsasən artıq qadınlar bölgəyə sülhün gəlməsini istəyir. Öz evlərindən çıxarılmış Qərbi Azərbaycanlılar da öz evlərinə qayıtmaq istəyir. İnanırıq ki, bu müraciətə qoşulan region qadınlarının səsi beynəlxalq təşkilatlar tərəfindən eşidiləcək və bölgəyə sülh və əminamanlıq gələcək ”.
Tədbirin məqsədi regionda sülh və təhlükəsizliyin təşviqində qadınların rolunu gücləndirmək və onların birgə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Konfrans zamanı sülh təşəbbüsləri, regional təhlükəsizlik məsələləri və gender bərabərliyi mövzularında panel müzakirələri təşkil edilib.
Qara dəniz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında qadınların rolu xüsusi vurğulanaraq, bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiq edilməsinin vacibliyi qeyd olunub.
27-09-2024, 08:51
Lazizbek Raximov yazır: "Şairi kiçiltməyin!"

Lazizbek Raximov
Buxoro Dövlət Universitetinin tələbəsi


Şairi kiçiltməyin

Şairi kiçiltməyin!
Şair də insandır!
Ürəyində həsrət, ürəyində acı var,
Məhəbbət var.

Şairi kiçiltməyin!
Ürəyi nazik, amma səbrlidir.
Sizin bir iliniz var,
Onun bir günü ilə bərabərdir.

Şairi kiçiltməyin!
Şair - binakardır.
Həqiqi memar.
O, qura bilər ən böyük bina,
Ona "Ürək binası" deyirlər.
Orada şair siması canlanır.

Şairi kiçiltməyin!
Şair - müəllimdir.
Beyni bütün biliklərin cəmləşdiyi yerdir,
Hiss edərsən, anlayarsan
Şeirlərini oxuduqca.

Şairi kiçiltməyin!
Şair - bu oğrudur;
Gerçək oğru;
"Ürək" oğrusu;
Amma ədalətli oğru.

Şairi kiçiltməyin!
Şair - həkimdir.
Hər hansı bir ağrıya dərman verir,
Onun şeirləri,
Onun sözləri,
Ruhunu sağaldan dərmandır.

Şairi kiçiltməyin!
Göyə qaldırın.
Quş kimi uçsun
Yazmağa qələmini yenidən hazırlasın,
Tamaşaçıların ürəyini abad etsin.
Şairi kiçiltməyin!
Göyə qaldırın!



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!