Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı .....                        Ukraynanın təyyarəsi qəzaya uğradı .....                        Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi .....                        Gürcüstanın sabiq müdafiə naziri tutuldu .....                        Sabah Hadruta ikk köç olacaq .....                        Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq .....                        Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO .....                        Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü .....                        Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü .....                       
2-11-2023, 17:42
ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib - XİN


ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib - XİN

Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı.
Bu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabında öz əksini tapıb.
Onun sözlərinə görə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.
“Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır”, - qeyd olunub.
Həmçinin vurğulanıb ki, sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir.
“Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək”.
2-11-2023, 17:37
Türkiyə və Qırğızıstan Prezidentləri görüşdü


Türkiyə və Qırğızıstan Prezidentləri görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, görüş Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçirilən 10-cu Zirvə toplantısı çərçivəsində baş tutub.
2-11-2023, 17:35
Ermənistan Azərbaycanın növbəti sülh təklifinə cavab verməyib


Ermənistan Azərbaycanın növbəti sülh təklifinə cavab verməyib

Ermənistan Azərbaycanın sülh sazişi üzrə növbəti təkliflərinə hələ ki cavab verməyib.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O deyib ki, Ermənistan sentyabr ayında Azərbaycanın təklif etdiyi sülh sazişi üzrə təkliflərə hələ də cavab verməyib.
2-11-2023, 17:25
Zelenski Rusiyanın Uqledar istiqamətində irəliləmə cəhdiylə bağlı məlumat verdi


Zelenski Rusiyanın Uqledar istiqamətində irəliləmə cəhdiylə bağlı məlumat verdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Uqledar istiqamətində irəliləmək cəhdi barədə məlumat verib.
Onun sözlərinə görə, Silahlı Qüvvələr bunu dayandırıb.
Zelenski bildirib ki, ordu Rusiya Federasiyasına ağır itkilər verdirib, o cümlədən onlarla texnika məhv edilib. Avdeyevka yaxınlığında müdafiə əməliyyatları, cənubda isə hücum əməliyyatları davam edir.
Eyni zamanda, Ukrayna dəniz dəhlizindən istifadəyə hazır olan gəmilərin sığortasının hazırlanması başa çatdırılır.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
2-11-2023, 17:10
“Qızıl Xaç” bir ay ərzində 48 erməninin köçürülməsinə kömək oldu


“Qızıl Xaç” bir ay ərzində 48 erməninin köçürülməsinə kömək oldu

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin əməkdaşları sentyabrın sonundan etibarən Qarabağdan 48 erməni sakinin Ermənistana köçməsinə kömək ediblər.
Bunu “Sputnik Ermənistan”a müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin kommunikasiya proqramlarına cavabdeh Zara Amatuni bildirib.
"Köçürmə onların xahişi ilə, o cümlədən qohumlarına qovuşmaq məqsədilə təşkil edilib", - Amatuni deyib.
O, həmçinin vurğulayıb ki, söhbət sentyabrın sonundan oktyabrın sonuna qədər olan müddətdən gedir.
Xatırladaq ki, Azərbaycan Ordusu sentyabrın 19-30-də Qarabağda antiterror tədbirləri keçirməklə separatizmi məhv edib. Bundan sonra Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək, kütləvi şəkildə könüllü olaraq Ermənistana köçüblər.
2-11-2023, 16:57
Naxçıvan Televiziyasına yeni sədr müavini təyinatı oldu


Naxçıvan Televiziyasına yeni sədr müavini təyinatı oldu

Naxçıvan Televiziyasına yeni sədr müavini təyinatı olub.
Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov İlhamə Tofiq qızı Novruzovanın “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, ölkənin bir sıra aparıcı media qurumlarında işləyən İlhamə Novruzova bu təyinatdan əvvəl “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər departamentinin direktoru vəzifəsində çalışıb.
2-11-2023, 16:29
DSX gizirinin ölümüylə bağlı başlanmış cinayət işinin istintaqı tamamlandı


DSX gizirinin ölümüylə bağlı başlanmış cinayət işinin istintaqı tamamlandı

Bu il martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, Camal Həsənovu isə eyni niyyətlə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri olub. Hadisə xidmətdən kənar vaxtı saat 00:30 radələrində metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilibmiş.
Xatırladaq ki, hadisədən sonra 1 nəfərin - Orxan Zeynalovun həbs edilməsi barədə rəsmi məlumat verilmişdi.
2-11-2023, 16:12
Ukrayna “Nestle” şirkətini “qara siyahı”ya saldı


Ukrayna “Nestle” şirkətini “qara siyahı”ya saldı

Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi (NAPC) İsveçrənin "Nestle" şirkətini beynəlxalq “müharibənin sponsorları” siyahısına daxil edib.
Bu barədə yerli mətbuat yazıb.
Məlumata görə, qərar "Nestle"nin Rusiyada fəaliyyətini davam etdirməsi, ölkəyə mal tədarük etməsi və istehsalı genişləndirməsi ilə izah edilib.
2-11-2023, 15:44
Rusiya Ermənistanla Azərbaycan arasında gərginliyi azaldan təmasları alqışlayır


Rusiya Ermənistanla Azərbaycan arasında gərginliyi azaldan təmasları alqışlayır

Moskva Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına gətirib çıxara biləcək təmasları alqışlayır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Tbilisidəki Paşinyan-Qaribaşvili-Əsədov görüşünü şərh edərkən bildirib.
Xatırladaq ki, oktyabrın 26-da Tbilisidə üç ölkənin baş nazirlərinin üçtərəfli görüşü keçirilib. Nikol Paşinyan, İrakli Qaribaşvili və Əli Əsədov arasında danışıqlar bir neçə saat davam edib.
Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır.
"Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və s. daxildir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Onun sözlərinə görə, Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazıerdır.
2-11-2023, 15:23
Zaxarova Ermənistanın Ukraynayla bağlı konfransda iştirakına rəy bildirdi


Zaxarova Ermənistanın Ukraynayla bağlı konfransda iştirakına rəy bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakına münasibət bildirib.
O, Ermənistanın konfransda iştirakının anti-Rusiya olduğunu bildirib.
“Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb, Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”, - Zaxarova deyib.
O, Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən pozmasının təəssüf hissi doğurduğunu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!