Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı .....                        Ukraynanın təyyarəsi qəzaya uğradı .....                        Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi .....                        Gürcüstanın sabiq müdafiə naziri tutuldu .....                        Sabah Hadruta ikk köç olacaq .....                        Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq .....                        Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO .....                        Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü .....                        Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü .....                       
2-11-2023, 13:06
ABŞ-dan Rusiyaya xəbərdarlıq


ABŞ-dan Rusiyaya xəbərdarlıq

"ABŞ qitələrarası ballistik raketinin buraxılması barədə Rusiyanı xəbərdar edib".
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"Kreml Avropanın Qazaxıstanla əməkdaşlığa marağına təəccüblənmir, bu, tamamilə normal prosesdir. Qərb ideya qıtlığı yaşayır, lakin Rusiya Federasiyasına qarşı sanksiyalar təzyiqini davam etdirəcək", - o əlavə edib.
2-11-2023, 12:45
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda dağlarda gecə 4-9° isti, gündüz 11-16° olacaq.
1-11-2023, 23:33
İsrail hərbiçiləri HƏMAS-ın daha bir komandirini öldürdü


İsrail hərbiçiləri HƏMAS-ın daha bir komandirini öldürdü

İsrail hərbçilərinin Qəzza zolağında HƏMAS-ın daha bir komandirini zərərsizləşdirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail ordusunun döyüş təyyarələri HƏMAS-ın tank əleyhinə bölməsinin rəhbəri Məhəmməd Asarın olduğu ərazini bombalayıb.
Ordu onun öldüyünü qeyd edib.
1-11-2023, 23:17
Polad Həşimovun xatirəsinə həsr olunan şahmat əsəri FİDE-nin Qızıl Fonduna daxil edildi


Polad Həşimovun xatirəsinə həsr olunan şahmat əsəri FİDE-nin Qızıl Fonduna daxil edildi

Şahmat kompozisiyası üzrə dəfələrlə FİDE kubokunun qalibi, FİDE olimpiya turnirlərinin qızıl və bürünc medalçısı, beynalxalq dərəcəli hakim, idman ustası Kənan Vəlixanov daha bir uğura imza atıb.
Onun general Polad Həşimovun xatirəsinə həsr etdiyi şahmat əsəri yüksək qiymətləndirilib.
“Şəhid general Polad Həşimovla bağlı şahmat kompozisiyam əvvəlcə Bolqarstanda təşkil olunan beynalxalq turnirin qalibi oldu, sonra isə FİDE-nin Qızıl Fonduna - FİDE ALBOMa daxil edildi”, - K.Vəlixanov saytımıza bildirib.
1-11-2023, 22:54
“Google” bu funksiyalarında yenilənmələr təqdim etdi


“Google” bu funksiyalarında yenilənmələr təqdim etdi

“Google” şirkəti “Search” (Axtarış) və “Lens” (Obyektiv) funksiyalarında əhəmiyyətli yenilənmələr təqdim edib. Bunlar STEAM (Science, Technology, Engineering and Mathematics) fənləri üzrə mürəkkəb məsələlərin həllində şagird-tələbələrə köməyə istiqamətlənib.
“Google” axtarış sistemi indi riyazi məsələlərin həllində geniş kömək təklif edir. İstifadəçilərə axtarış xanasına tənliyi yazmaq və ya “Google Lens”in köməyi ilə məsələnin şəklini çəkmək kifayətdir. Nəticədə onlar addım-addım həlli tapacaqlar. Bundan başqa, “riyazi hesablama” funksiyası personal kompüterlərdə əlçatandır və tezliklə mobil cihazlarda da yaradılacaq.
“Google”, həmçinin “Search”da STEM konsepsiyasının vizual şəkildə öyrənilməsi imkanını tətbiq edib. Bu funksiya istifadəçilərə biologiya, kimya, fizika, astronomiya və s. ilə bağlı mindən çox mövzu üzrə 3D modelli və interaktiv diaqramlarla qarşılıqlı əlaqədə olmaq imkanı verir.
“Google” nümayəndələri ümidvardırlar ki, insanlar yeni və təkmilləşdirilmiş funksiyalar sayəsində öz maraqlarını təmin edəcək və xeyli yeni məlumat öyrənəcəklər.
1-11-2023, 22:16
Fransa prezidenti Özbəkistana rəsmi səfər etdi


Fransa prezidenti Özbəkistana rəsmi səfər etdi

Fransa prezidenti Emmanuel Makron Özbəkistana rəsmi səfər edib.
Bu barədə Özbəkistan Milli İnformasiya Agentliyi məlumat yayıb.
Səmərqənd beynəlxalq hava limanında onu Baş nazir Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Səmərqənddə keçiriləcək yüksək səviyyəli danışıqlarda Özbəkistan və Fransa arasında çoxtərəfli münasibətlərin gələcək inkişafı məsələləri müzakirə olunacaq.
Məlumata görə, ticarət-iqtisadi, innovativ, investisiya və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Makronun birgə biznes forumda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Makron bu gün Qazaxıstanda olub.
1-11-2023, 22:08
Azərbaycan–Türkiyə Birgə Universitetinə ayrılacaq vəsait açıqlandı


Azərbaycan–Türkiyə Birgə Universitetinə ayrılacaq vəsait açıqlandı

Gələn il Azərbaycan–Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılacaq vəsaitin həcmi məlum olub.
Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Mühəndislik və tibb ixtisasları üzrə olmaqla 240 nəfər tələbənin təhsil alacağı yeni yaradılacaq “Azərbaycan–Türkiyə birgə Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə 10,0 milyon manat vəsait proqnozlaşdırılıb.
1-11-2023, 20:23
Keçmiş erməni nazirə qarşı cinayət işi başladıldı


Keçmiş erməni nazirə qarşı cinayət işi başladıldı

Ermənistanın sabiq Baş naziri Hrant Baqratyana qarşı cinayət işi başlanıb.
Bu barədə Baqratyan özünün sosial şəbəkə hesabında yazıb.
“Ermənistan hakimiyyəti mənə qarşı cinayət işi açıb. İlk məhkəmə iclası noyabrın 10-da olacaq”, - o qeyd edib.
Xatırladaq ki, Baqratyan 1993-1996-cı illərdə Ermənistanın Baş naziri olub.
1-11-2023, 19:50
Ərdoğan səfirin uşaqlarını belə qarşıladı


Ərdoğan səfirin uşaqlarını belə qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sloveniyanın səfirini qəbul edib.
Qəbul zamanı Ərdoğanın hərəkəti diqqət çəkib.
Ərdoğan qəbul zamanı səfirin uşaqlarını əllərindən öpərək qarşılayıb.
1-11-2023, 18:42
XİN-dən Əlcəzairlə bağlı paylaşım


XİN-dən Əlcəzairlə bağlı paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibəti ilə təbrik edib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Dost Əlcəzair hökumətini və xalqını Milli Günü münasibəti ilə təbrik edirik. Biz Azərbaycan və Əlcəzair arasında əlaqələrin genişləndirilməsini səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!", - paylaşımda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!