Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
7-09-2023, 18:24
Borrel Gürcüstana səfər etdi


Borrel Gürcüstana səfər etdi

Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrel Gürcüstana səfər edib.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Sentyabrın 8-dək davam edəcək səfər çərçivəsində Borrel Gürcüstan Prezidenti və baş naziri ilə görüşəcək.
Görüşlərdı Gürcüstanın Avrointeqrasiya yolu, həmçinin daha geniş xarici siyasət və regional məsələlərə dair fikir mübadiləsi aparılıcaq.
7-09-2023, 17:55
Həbs müddəti başa çatmış erməni əsilli futbolçular azadlığa buraxıldı


Həbs müddəti başa çatmış erməni əsilli futbolçular azadlığa buraxıldı

İnzibati həbs müddəti başa çatmış 3 nəfər erməni əsilli futbolçu azadlığa buraxılıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.
Azad olunan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.
7-09-2023, 17:04
MİQ üzrə vakansiya seçimləri yekunlaşdı


MİQ üzrə vakansiya seçimləri yekunlaşdı

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimləri bu gün yekunlaşıb.
Bu barədəTəhdil İnstitundan məlumat verilib.
Belə ki, sentyabrın 5-də başlayan vakansiya seçimi 7 sentyabr saat 12:00-da yekunlaşıb.
Namizədlərə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilmək imkanı yaradılıb.
7-09-2023, 16:48
Laçında qəza - Yaralanan 3 nəfər helikopterlə Bakıya gətirildi


Laçında qəza - Yaralanan 3 nəfər helikopterlə Bakıya gətirildi

Sentyabrın 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “AbCon" QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.

7-09-2023, 16:39
Normallaşma prosesində İran tərəfdən müsbət siqnallar alırıq - Hikmət Hacıyev


Normallaşma prosesində İran tərəfdən müsbət siqnallar alırıq - Hikmət Hacıyev

Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət siqnallar alır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycanın bütün qonşularla yaxşı münasibət qurması çox vacibdir.
"Ölkənin yürütdüyü siyasət Azərbaycanın həmsərhəd olduğu bütün ölkələrlə sabit və qarşılıqlı faydalı əlaqələr saxlamaqdan ibarətdir. İranla Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar olub. Amma biz diplomatik kanallardan və dialoqdan istifadə edərək bunu həll etməyə çalışırıq və İran tərəfdən də müsbət siqnallar alırıq”, - Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan bu səhifəni çevirmək və bütövlükdə regionda, həmçinin iki ölkə arasında əməkdaşlıq və dialoq üçün daha əlverişli mühit yaratmaq üçün iranlı həmkarları ilə diplomatik təmasları davam etdirir.
7-09-2023, 16:06
Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik edildi


Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik edildi

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B
növü üzrə 13 avqust 2023-cü ildə keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub.
DİM-dən verilən məlumata görə, aparılan araşdırmalar zamanı Qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının tərtibatı ilə əlaqədar fikir ayrılığı yarandığı üçün ekspertlərin yekun rəyinə əsasən etalonda götürülmüş cavabların düzgün hesab olunması şərti ilə digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib. Beləliklə, BA vəzifə qrupu A variantı üzrə 55 saylı və B variantı üzrə eyni məzmunlu 49 saylı tapşırığın cavabını “1, 2, 4” qeyd edən namizədlər də həmin sualı düzgün cavablandırmış hesab ediliblər.
İmtahanda istifadə olunan digər test tapşırıqlarının məzmununda heç bir elmi-metodiki qüsur aşkar olunmayıb.
Qeyd: Namizədlər müvafiq dəyişikliklə DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.
7-09-2023, 15:39
Prezident Şimali Kiprin nümayəndələrinə xüsusi olaraq müraciət etdi


Prezident Şimali Kiprin nümayəndələrinə xüsusi olaraq müraciət etdi

“Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm”.
Bu sözləri Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.
“Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”, - deyə dövlət başçısı əlavə edib.
Qeyd edək ki, bu gün İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşüb. Onlar arasında Şimali Kiprin daxili işlər naziri Dursun Oğuz da olub.
7-09-2023, 15:23
Azərbaycanımızın uzatdığı yardımı minnətdarlıqla yad etmək istəyirəm - Nazir


Azərbaycanımızın uzatdığı yardımı minnətdarlıqla yad etmək istəyirəm - Nazir

"Azərbaycanımızın uzatdığı yardım əlini hüzurunuzda bir daha minnətdarlıqla yad etmək istəyirəm. Məlum olduğu kimi, çox böyük bir acını geridə qoymağa çalışırıq. Bu dövrdə Zati-alinizin liderliyi ilə Azərbaycanın qardaş köməyi nəcib millətimiz tərəfindən heç vaxt unudulmayacaq".
Bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
"Yardımımıza ilk gələn Azərbaycan olduğu kimi, ən son ayrılan axtarış-xilasetmə heyətləri də yenə Azərbaycanın heyətləri olmuşdur. Bütün maddi və mənəvi dəstəklərini bizə çatdırmaq üçün səfərbər olan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı nə qədər ifadə etsək azdır", - türkiyəli nazir söyləyib.
Türkiyənin daxili işlər naziri təbii fəlakət və fövqəladə halların idarə edilməsi sahəsində həyata keçirdikləri fəaliyyət barədə məlumat verib, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıqdan danışıb və bu əməkdaşlığı hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinə əsaslanaraq daha da gücləndirəcəklərini bildirib.
7-09-2023, 15:10
Ermənilərin Xocavənd və Ağdam istiqamətində törətdikləri təxribatın qarşısı alındı


Ermənilərin Xocavənd və Ağdam istiqamətində törətdikləri təxribatın qarşısı alındı

Sentyabrın 7-si saat 12:35-dən 14:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
7-09-2023, 14:38
Prezidentin oğlu şəhərdə insanlara hücum etdi


Prezidentin oğlu şəhərdə insanlara hücum etdi

Mərkəzi Afrika Respublikası prezidentinin oğlu Rusiyanın Kislovodsk şəhərində insanlara hücum edib.
Bu barədə "Strana" yazıb.
Evariste Touadera bir kişinin üzünə yumruq atıb, daha sonra onu müşayiət edən qadın həkimə hücum edib.
Hadisə avqustun 28-də baş verib. Bildirilir ki, oğlan reabilitasiya üçün Kislovodsk kurortuna gəlib, lakin bir anda mühafizəçilərdən qaçmağa çalışıb.
Onun barəsində şikayət yazmayıblar. Tuadera Moskvaya yola düşüb və orada səfirlik əməkdaşlarına təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!