2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
19-08-2023, 13:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
19-08-2023, 12:43
Zelenski İsveçə işgüzar səfərə getdi


Zelenski İsveçə işgüzar səfərə getdi

Ukrayna prezidenti Volodimir Zelenski İsveçə işgüzar səfər edib.
Bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
Zelenski baş nazir Ulf Kristersson, kral XVI Çarlz və kraliça Silviya, spiker Andreas Norlen və parlament partiyalarının sədrləri ilə görüşlər keçirəcək.
"Mən şəxsən İsveçə azadlıq və müstəqillik uğrunda mübarizəmizi dəstəklədiyinə görə təşəkkür edirəm", - prezident deyib.
19-08-2023, 12:21
Ukrayna ordusu İran istehsalı 15 PUA-nı məhv etdi


Ukrayna ordusu İran istehsalı 15 PUA-nı məhv etdi

Ukrayna hərbçiləri bu gecə Rusiya ərazisindən atılan 17 kamikadze tipli pilotsuz uçuş aparatından 15-ni məhv edib.
u barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Bu gecə Rusiya Federasiyası İran istehsalı "Şahed-136/131" pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynaya növbəti hava zərbəsi endirib. Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir”, - məlumatda deyilir.
Gecə saatlarında Ukraynanın mərkəzi və qərb bölgələrində hava xəbərdarlığı elan edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, son sutka ərzində Rusiya ordusu Ukrayna ərazisinə 3 raket və 41 hava zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananların olduğu bildirilir.
19-08-2023, 00:45
Niderlanddakı diplomatik nümayəndiliyin qarşısında Quran cırıldı


Niderlanddakı diplomatik nümayəndiliyin qarşısında Quran cırıldı

Türkiyənin Niderlandakı diplomatik nümayəndəliyi qarşısında Qurani-Kərimə qarşı hörmətsizlik edilib.
Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar Təşkilatının (Pegida) lideri Edvin Vaqensveld cümə günü Türkiyənin Haaqadakı səfirliyi qarşısında Quranı cırıb.
Niderlandda türk və mərakeş əsilli seçicilərin dəstəklədiyi DENK Partiyası və bəzi türk əsilli İslam təşkilatları etiraz aksiyasına icazə verilməməsi tələbi ilə Haaqa şəhərinin merinə müraciət ediblər.
“Bu, ifadə azadlığı deyil, açıq şəkildə nifrət ifadəsidir”, - partiya bildirib.
Haaqa şəhərinin meri Yan van Zanen hadisəni dəstəkləmədiyini, lakin ifadə azadlığına görə Quranın cırılmasına icazə verdiyini açıqlayıb.
18-08-2023, 23:52
Qadın voleybolçulardan ibarət komandamız ilk qələbəsini qazandı


Qadın voleybolçulardan ibarət komandamız ilk qələbəsini qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.
Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşıb.
Almaniyanın Düsseldorf şəhərində oynanılan qarşılaşma millimizin 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi eyni hesabla məğlub edib.
Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparırlar. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.
18-08-2023, 23:33
Fransanın XİN Başçısı çinli həmkarı ilə Qarabağı müzakirə etdi


Fransanın XİN Başçısı çinli həmkarı ilə Qarabağı müzakirə etdi

Fransanın xarici işlər naziri Ketrin Kolonna bu gün çinli həmkarı Vanq Yi ilə telefon danışığı aparıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.
Nazirlər Qarabağdakı vəziyyətə də toxunublar. Qarabağla bağlı danışıqların təfərrüatları açıqlanmayıb.
18-08-2023, 23:20
Ukraynanın “sülh formulu”nu daha 8 ölkə təsdiqlədi


Ukraynanın “sülh formulu”nu daha 8 ölkə təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenskinin "sülh formulu"nu daha 8 ölkə dəstəkləyib.
Bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
O bildirib ki, Zelenskinin “sülh formulu”nu dəstəkləyən ümumi sayı 63-ə çatıb.
Dəstəkləyən ölkələr arasında Albaniya, Kipr, Malayziya, Moldova, Malta, Sloveniya, Tailand və digər dövlətlər var.
Yermak qeyd edib ki, avqustun 18-də bu ölkələrin səfirləri ilə görüş baş tutub. Burada “sülh formulu” ilə yanaşı, Rusiya və Ukrayna arasında hərbi münaqişənin ekoloji nəticələri də müzakirə edilib.
Xatırladaq ki, avqustun 5-6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb. İclasda 42 ölkənin nümayəndəsi iştirak edib. Onlar prezident Zelenskinin “sülh formulu”nu müzakirə ediblər.
18-08-2023, 21:45
Rusiya, Türkiyə və Qətər yeni taxiş sazişini hazırlayır


Rusiya, Türkiyə və Qətər yeni taxiş sazişini hazırlayır

Rusiya, Türkiyə və Qətər yeni taxıl sazişi üzərində işləyir.
Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Bildirilir ki, Budapeştdə yeni taxıl müqaviləsi gələn həftə sonu bağlana bilər. Rusiya tərəfini isə Tatarıstan rəhbəri Rüstəm Minnixanov təmsil edəcək.
"Bild" yeni saziş barədə Rusiya və Türkiyənin Xarici İşlər Nazirlikləri ilə iyulun 21-dən avqustun 8-dək daxil olduğu rəsmi yazışmalardan öyrənib. Yeni müqaviləyə əsasən, Rusiya taxılı yoxsul ölkələrə, əsasən Afrika ölkələrinə gedəcək. Ankara taxılın Ukraynadan tədarük edilməsini istəyir, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Rusiyadan əvvəlki razılaşmaya qayıtmağı xahiş edib.
Hazırlanan sövdələşməyə əsasən, Türkiyə Rusiya taxılının Afrikaya tədarükünün təşkilatçısı, Qətər isə onların sponsoru qismində çıxış edəcək. Ankara yeni sazişin BMT-nin himayəsi altında həyata keçirilməsini də təklif edir. Minnixanov danışıqlarsa iştirak etmək üçün artıq Budapeştə uçub.
Türkiyə tərəfini prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.
Xatırladaq ki, 22 iyul 2022-ci il tarixində Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çernomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verib. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.
Sazişə uyğun olaraq gəmilər yük yerlərinin boş olduğundan əmin olmaq üçün İstanbul yaxınlığında yoxlamadan keçib, daha sonra yüklənmək üçün dəniz humanitar dəhlizindən yan alaraq Ukrayna limanlarına yola düşüb. Dəhliz İstanbuldakı Koordinasiya Mərkəzi tərəfindən idarə olunub və gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün 24/7 rejimində nəzarət tədbirləri görülüb. Dönüş yolunda olan gəmilər İstanbul yaxınlığında yenidən yoxlanılıb.
BMT-nin məlumatına görə, taxıl sazişi çərçivəsində bu vaxtadək Ukraynadan 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edilib. Saziş dünyada ərzaq böhranının qismən aradan qaldırılmasında mühüm rol oynayıb. BMT-dən bildirilib ki, taxıl sazişi bütün dünyada insanlara fayda verib, çünki sazişə uyğun olaraq qlobal bazara daha çox ərzaq məhsulu çıxarılıb və buna görə də qiymətlər aşağı düşüb.
Lakin Rusiya iyulun 17-də Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib. Rəsmi Moskva bildirib ki, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında saziş icra edilməyib.
18-08-2023, 20:20
Çində Elçin Əmirbəyovun müsahibəsi yayımlandı


Çində Elçin Əmirbəyovun müsahibəsi yayımlandı

Çinin “Phoenix” Televiziyasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.
Prezidentin xüsusi nümayəndəsi müsahibədə Azərbaycan-Çin münasibətlərinin sürətli inkişafı, əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları, Cənubi Qafqaz regionunda hazırkı vəziyyət və digər məsələlər barədə ətraflı məlumat verib. Azərbaycan ilə Çin arasında yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu vurğulayan E.Əmirbəyov dövlətlərimizin başçıları İlham Əliyev ilə Si Cinpinin bir neçə dəfə görüşdüklərini xatırladıb, hər iki liderin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafına da mühüm təsir göstərdiyini deyib.
Prezidentin xüsusi nümayəndəsi Çinə səfərinin məqsədinin ölkələrimiz arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, eləcə də Çin tərəfinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları barədə məlumatlandırılması olduğunu vurğulayıb: “Biz Çinin beynəlxalq arenada necə əhəmiyyətli rol oynadığını bilirik. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin Azərbaycan üçün dost ölkədir. Azərbaycan da Çini özünün strateji tərəfdaşı hesab edir”.
Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan xüsusi nümayəndə qeyd edib ki, ölkələrimizin liderlərinin şəxsi münasibətləri sayəsində bu gün iki dövlət arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Ə.Əmirbəyov Çin xalqı üçün yeni cəlbedici səyahət məkanı kimi Azərbaycanın imkanlarından bəhs edərək, iki xalq arasında təmasların inkişafı baxımından birbaşa aviareyslərin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanın neft və qaz tədarükçüsü olduğunu bildirən E.Əmirbəyov vurğulayıb ki, bu gün Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edilməsində mühüm rol oynayır. Daha geniş regionda baş verən geosiyasi hadisələr, əməkdaşlığın geoiqtisadi əhəmiyyətinin artması nəzərə alınaraq, ölkələrimizin rəhbərləri Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən yararlanmaq üçün daha geniş fəaliyyətin həyata keçirilməsi barədə razılığa gəliblər. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynayır. Uğurla fəaliyyət göstərən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Xəzər dənizini Qara dəniz ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm infrastrukturlar Orta Dəhliz layihəsinin həyata keçirilməsində böyük rol oynaya bilər. Bunlar, həmçinin Azərbaycanın da tamamilə dəstəklədiyi “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilə bilər. Orta Dəhlizin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilməsi iqtisadi-ticari əlaqələrin, logistika imkanlarının, həmçinin turizmin daha da inkişafına mühüm töhfə verəcək.
Müsahibədə Azərbaycanda Çin dilinin öyrənilməsinə artan maraqdan da bəhs olunub. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, bu gün azərbaycanlı gənclərin bir çoxu bu dili öyrənməyə maraq göstərir. Gözəl Çin ölkəsinə səyahət edərək Çin dili və mədəniyyətini dərindən öyrənməyə can atan azərbaycanlı tələbələrin sayına nəzər salsaq görərik ki, bu sahədə inkişaf göz qabağındadır. Azərbaycanda Çin Dili mərkəzləri uğurla fəaliyyət göstərir.
E.Əmirbəyov müsahibəsində Azərbaycanın 1990-cı illərdən başlayaraq, Ermənistanın təcavüzkar siyasətinə məruz qaldığını və nəticədə torpaqlarımızın 20 faizinin otuz ilə yaxın müddətdə işğal olunduğunu vurğulayıb. Bildirib ki, bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, ölkə ərazisinin səkkizdəbiri tamamilə dağıdılıb. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq tarixi torpaqlarını işğaldan azad edib. Tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edən Azərbaycan düşmənçilik səhifəsini çevirmək, Ermənistanla mehriban və dinc qonşuluq münasibətləri qurmaq üçün beş əsas prinsipə əsaslanan sülh gündəliyi təklif edib. Münasibətlərin normallaşdırılması üçün hazırda gözəl şanslar var. Çünki Azərbaycan regionun daha yaxşı gələcəyə layiq olduğunu hesab edir.
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar prosesi barədə məlumat verən xüsusi nümayəndə prosesin bu ilin mayından daha da intensivləşdiyini vurğulayıb, lakin bunun davamlı sülhə nail olmaq üçün yetərli olmadığını bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatı sülh prosesində nikbinlik yaradır. Bu mühüm element onu deməyə imkan verir ki, əsas sazişi imzalamaqdan çox da uzaqda deyilik”.
E.Əmirbəyov doğma torpaqlarından zorla qovulmuş və etnik təmizlənməyə məruz qalmış yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün geri qayıtmaları prosesi barədə də məlumat verib, Böyük Qayıdış prosesinə uğurla başlandığını vurğulayıb.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, Azərbaycan Ermənistandan üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirməsini gözləyir. Ermənistan ilk növbədə silahlı qüvvələrinin hissələrini Azərbaycanın suveren ərazisindən tamamilə çıxarmalıdır. Üçtərəfli Bəyanatın imzalanmasından iki il yarım keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin 10 min nəfərlik şəxsi heyəti hələ də Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni qalmaqdadır. Ermənistan silahlı qüvvələrini Azərbaycanın suveren ərazisindən nə qədər tez çıxararsa, sülh sazişi bir o qədər qısa müddətdə imzalana bilər.
18-08-2023, 19:50
Rusiyanın XİN Başçısı Xəzəryanı ölkələrin səfirləriylə görüşdü


Rusiyanın XİN Başçısı Xəzəryanı ölkələrin səfirləriylə görüşdü

Avqustun 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrinin səfirləri ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri baş tutan görüş 12 Avqust Beynəlxalq Xəzər Gününə həsr edilib.
Görüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
"Beşlik" formatında əməkdaşlığın qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!