COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 18-08-2023, 20:20
Çində Elçin Əmirbəyovun müsahibəsi yayımlandı


Çində Elçin Əmirbəyovun müsahibəsi yayımlandı

Çinin “Phoenix” Televiziyasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.
Prezidentin xüsusi nümayəndəsi müsahibədə Azərbaycan-Çin münasibətlərinin sürətli inkişafı, əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları, Cənubi Qafqaz regionunda hazırkı vəziyyət və digər məsələlər barədə ətraflı məlumat verib. Azərbaycan ilə Çin arasında yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu vurğulayan E.Əmirbəyov dövlətlərimizin başçıları İlham Əliyev ilə Si Cinpinin bir neçə dəfə görüşdüklərini xatırladıb, hər iki liderin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafına da mühüm təsir göstərdiyini deyib.
Prezidentin xüsusi nümayəndəsi Çinə səfərinin məqsədinin ölkələrimiz arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, eləcə də Çin tərəfinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları barədə məlumatlandırılması olduğunu vurğulayıb: “Biz Çinin beynəlxalq arenada necə əhəmiyyətli rol oynadığını bilirik. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin Azərbaycan üçün dost ölkədir. Azərbaycan da Çini özünün strateji tərəfdaşı hesab edir”.
Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan xüsusi nümayəndə qeyd edib ki, ölkələrimizin liderlərinin şəxsi münasibətləri sayəsində bu gün iki dövlət arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Ə.Əmirbəyov Çin xalqı üçün yeni cəlbedici səyahət məkanı kimi Azərbaycanın imkanlarından bəhs edərək, iki xalq arasında təmasların inkişafı baxımından birbaşa aviareyslərin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanın neft və qaz tədarükçüsü olduğunu bildirən E.Əmirbəyov vurğulayıb ki, bu gün Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edilməsində mühüm rol oynayır. Daha geniş regionda baş verən geosiyasi hadisələr, əməkdaşlığın geoiqtisadi əhəmiyyətinin artması nəzərə alınaraq, ölkələrimizin rəhbərləri Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən yararlanmaq üçün daha geniş fəaliyyətin həyata keçirilməsi barədə razılığa gəliblər. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynayır. Uğurla fəaliyyət göstərən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Xəzər dənizini Qara dəniz ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm infrastrukturlar Orta Dəhliz layihəsinin həyata keçirilməsində böyük rol oynaya bilər. Bunlar, həmçinin Azərbaycanın da tamamilə dəstəklədiyi “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilə bilər. Orta Dəhlizin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilməsi iqtisadi-ticari əlaqələrin, logistika imkanlarının, həmçinin turizmin daha da inkişafına mühüm töhfə verəcək.
Müsahibədə Azərbaycanda Çin dilinin öyrənilməsinə artan maraqdan da bəhs olunub. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, bu gün azərbaycanlı gənclərin bir çoxu bu dili öyrənməyə maraq göstərir. Gözəl Çin ölkəsinə səyahət edərək Çin dili və mədəniyyətini dərindən öyrənməyə can atan azərbaycanlı tələbələrin sayına nəzər salsaq görərik ki, bu sahədə inkişaf göz qabağındadır. Azərbaycanda Çin Dili mərkəzləri uğurla fəaliyyət göstərir.
E.Əmirbəyov müsahibəsində Azərbaycanın 1990-cı illərdən başlayaraq, Ermənistanın təcavüzkar siyasətinə məruz qaldığını və nəticədə torpaqlarımızın 20 faizinin otuz ilə yaxın müddətdə işğal olunduğunu vurğulayıb. Bildirib ki, bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, ölkə ərazisinin səkkizdəbiri tamamilə dağıdılıb. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq tarixi torpaqlarını işğaldan azad edib. Tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edən Azərbaycan düşmənçilik səhifəsini çevirmək, Ermənistanla mehriban və dinc qonşuluq münasibətləri qurmaq üçün beş əsas prinsipə əsaslanan sülh gündəliyi təklif edib. Münasibətlərin normallaşdırılması üçün hazırda gözəl şanslar var. Çünki Azərbaycan regionun daha yaxşı gələcəyə layiq olduğunu hesab edir.
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar prosesi barədə məlumat verən xüsusi nümayəndə prosesin bu ilin mayından daha da intensivləşdiyini vurğulayıb, lakin bunun davamlı sülhə nail olmaq üçün yetərli olmadığını bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatı sülh prosesində nikbinlik yaradır. Bu mühüm element onu deməyə imkan verir ki, əsas sazişi imzalamaqdan çox da uzaqda deyilik”.
E.Əmirbəyov doğma torpaqlarından zorla qovulmuş və etnik təmizlənməyə məruz qalmış yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün geri qayıtmaları prosesi barədə də məlumat verib, Böyük Qayıdış prosesinə uğurla başlandığını vurğulayıb.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, Azərbaycan Ermənistandan üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirməsini gözləyir. Ermənistan ilk növbədə silahlı qüvvələrinin hissələrini Azərbaycanın suveren ərazisindən tamamilə çıxarmalıdır. Üçtərəfli Bəyanatın imzalanmasından iki il yarım keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin 10 min nəfərlik şəxsi heyəti hələ də Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni qalmaqdadır. Ermənistan silahlı qüvvələrini Azərbaycanın suveren ərazisindən nə qədər tez çıxararsa, sülh sazişi bir o qədər qısa müddətdə imzalana bilər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!