Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
28-01-2023, 15:53
İlham Əliyev və misirli həmkarı çıxış etdi


İlham Əliyev və misirli həmkarı çıxış etdi

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
- Hörmətli cənab Prezident, hörmətli qonaqlar, bir daha sizi səmimiyyətlə salamlayıram. Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik. Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin görüşü olmuşdur. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq. Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik. Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi dedi:
-Möhtərəm cənab Prezident, ilk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə, dünəndən gördüyüm bu qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək və eyni zamanda, dünən Azərbaycan səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığımı çatdırmaq istəyirəm. Cənab Prezident, görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm. Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək. Eyni zamanda, cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin. Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik.
28-01-2023, 15:44
Erməni qadınlar üçün könüllü hərbi xidmət insitutu yaradılacaq


Erməni qadınlar üçün könüllü hərbi xidmət insitutu yaradılacaq

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradıla bilər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, erməni qadınlar üçün könüllü hərbi xidmətlə bağlı institutun tətbiqi planlaşdırılır. Bundan əvvəl Ermənistan müdafiə nazirinin müavini Armen Sarkisyan bildirmişdi ki, qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsi hazırlanır.
28-01-2023, 15:40
Prezident Misirli həmkarı ilə görüşdü


Prezident Misirli həmkarı ilə görüşdü

Azərbaycana səfərə gələn Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verib. Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.





28-01-2023, 15:35
Vasif Tağıyevin olmasaydı itkilərimiz daha çox olacaqdı


Vasif Tağıyevin olmasaydı itkilərimiz daha çox olacaqdı

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə
silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Taığyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi. İTV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub. Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb. Daha ətraflı videosüjetdə:

28-01-2023, 15:08
Atıcımız qızıl medal qazandı


Atıcımız qızıl medal qazandı

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən H&N Kubokunda qızıl medal qazanıb. O, pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. X.Əliyeva gənc qızlar arasında mübarizə aparıb.
28-01-2023, 15:06
Rusiyadan başqa heç bir ölkə mənə qarşı olan ittihamları tanımayıb - Saakaşvili


Rusiyadan başqa heç bir ölkə mənə qarşı olan ittihamları tanımayıb - Saakaşvili

"Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl idi". Bunu Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, başına gələn hadisələr Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq mesajdır. Saakaşvili iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhv edilməsi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər. “Rusiyadan başqa dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi - Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl. Ola bilsin, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın agentləri olub", - eks-prezident vurğulayıb.
28-01-2023, 15:02
Türkiyədə yanğın - Sakinlər təxliyə olundu


Türkiyədə yanğın - Sakinlər təxliyə olundu

Türkiyədə meşə yanğını baş verib. Antalyanın Alanya mahalının Toslak, Emişbeleni, Güzelbağ və Bayırkozağacı ərazilərində meşəlik sahədə yanğın olub. Hadisə səbəbindən sakinlər təxliyə olunub. Əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Güclü külək yanğının söndürülməsini çətinləşdirib. Yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir.
27-01-2023, 23:13
"KompUsta" layihəsi həyata keçirilib.

"KompUsta" layihəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrand müsabiqəsinin qalibi olmuş “KompUsta” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Yevlax gəncləri üçün kompüter və kompüter avadanlıqları ilə işləmə bacarıqları üzrə təlimlər keçirilib. İştirakçılar “Komputer qurğuları və avadanlıqları ilə tanışlıq”, “Komputer hissələri və sistem blokun daxili quruluşu ilə tanışlıq”, “Komputerin daxili hissələri üzərində görülə bilən işlər”, “Şəbəkələr, onların qurulması və istifadə imkanları” və “Komputer və kompüter avadanlıqlarına qulluq” mövzuları üzrə biliklər əldə etməklə onları əyani tətbiqetmə imkanı qazanıblar. Layihə çərçivəsində keçirilən təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin məqsədi komputer qurğuları və avadanlıqları, onların iş prinsipi, komputerin daxili quruluğu və hissələri haqqında Yevlax rayonundan olan 16-25 yaş arası gənclərin maarifləndirilməsi, gənclərin komputer sistemləri və avadanlıqları ilə işləmə bacarıqlarının inkişaf etdirilməsi, gənclərin komandada işləmə bacarıqlarının yüksəldilməsindən ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.

27-01-2023, 22:53
Qərbi Azərbaycan İcması Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qınayıb

Qərbi Azərbaycan İcması Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qınayıb

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu şiddətlə qınayır.
İcmanın mətbuat xidmətindən bildirilib ki, silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik.
Elçilərin toxunulmazlığına dair İslam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur.
İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumun sifarişçilərinin, təşkilatçılarının və icraçılarının dərhal həbsini və tərəfsiz ədalət məhkəməsinə təslim olunmasını tələb edir.
27-01-2023, 22:34
Avropa İttifaqından baş verən hadisəylə bağlı başsağlığı


Avropa İttifaqından baş verən hadisəylə bağlı başsağlığı

Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib. Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib. "Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və cavabdehliyə ümid edirik", - deyə Peter Stano vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!