Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
3-01-2023, 18:19
İranda həbs olunan daha bir etirazçının edam hökmü təsdiqləndi


İranda həbs olunan daha bir etirazçının edam hökmü təsdiqləndi

İranda etirazlar zamanı həbs olunan daha bir aksiyaçının edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib. Nümayişlər zamanı təhlükəsizlik qüvvələri əməkdaşını yaralamaq, ictimai binanı yandırmaq kimi ittihamlarla edam cəzasına məhkum edilən 19 yaşlı Məhəmməd Buruqaninin hökmü qüvvədə saxlanılıb. Hökmün Ali Məhkəmə tərəfindən təsdiqləndiyi açıqlanıb. Tehranda etirazlar zamanı həbs edilən Buruqani “öldürmək məqsədi ilə güc strukturu əməkdaşına hücum və xəsarət yetirmək”, “ictimai asayişi pozmaq” və “təxribat törətmək”də təqsirli bilinib. O, 2022-ci il oktyabrın 29-da inqilab məhkəməsində ölüm cəzasına məhkum edilib. "Amnesty International" beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı Ali Məhkəmənin Məhəmməd Buruqaniyə verilən edam hökmünü qüvvədə saxlamasını pisləyib. Xatırladaq ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
3-01-2023, 18:16
Rusiya güzəştli kredit proqramı elan etdi


Rusiya güzəştli kredit proqramı elan etdi

Rusiya Ukraynanın ilhaq etdiyi Zaporojye və Xerson vilayətləri ərazisində yaşayan insanlar, habelə "Donetsk XR" və "Luqansk XR" sakinləri üçün güzəştli kredit proqramı elan edib. Bu barədə Rusiya Federasiyasının Nazirlər Kabineti qərar imzalayıb. Sözügedən qərara əsasən, ilhaq edilmiş Ukrayna ərazilərində yaşayanlar illik 2 faizdən çox olmayan güzəştli ipoteka imkanlarından yararlana biləcəklər. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
3-01-2023, 18:09
Ukraynanın Drujkovka şəhəri raket zərbələrinə məruz qaldı


Ukraynanın Drujkovka şəhəri raket zərbələrinə məruz qaldı

Ukraynanın Donetsk vilayətində yerləşən Drujkovka şəhəri raket hücumuna məruz qalıb. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko məlumat verib. Bildirilib ki, ümumilikdə 2 raket zərbəsi endirilib.“Şəhərin özünə bir raket düşüb, iki yaralı haqqında məlumat var. Digər raket Yakovlovka kəndinə düşüb. Məlumat dəqiqləşdirilir”, - deyə Timoşenko qeyd edib. “Donbass” xokkey klubunun baş direktoru Fyodor İlenkonun sözlərinə görə, zərbə “Altair” buz arenasına düşüb. Arenanın raket zərbələri nəticəsində dağıdıldığı bildirilir. Hadisənin görüntüləri yayılıb. Belə ki, raket zərbələri Fransanın "TMC" telekanalının ərazidən canlı yayım verməsinə təsadüf edib.
3-01-2023, 18:04
Yazardan Cənubi Azərbaycandakı soydaşlarına çağırış


Yazardan Cənubi Azərbaycandakı soydaşlarına çağırış

"Artıq müstəqil olmaq, bütöv olmaq vaxtıdır, ümümiyyətlə dayanmaq vaxtı deyil. Azərbaycanın siyasi xəttini əsas götürərək, Azərbaycan bayrağını özümüzə bayraq edərək anlamalıyıq ki, müstəqillik çox gözəldir və vacibdir." Bu sözləri Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, güneyli yazar Sayman Aruz MediaTürk TV-də yayımlanan "Təbrizə Salam" verilişində qonaq olarkən Cənubi Azərbaycandakı soydaşlarımıza müraciətində deyib. Sayman Aruz güneyə çağırış edib ki, soydaşlarımızı ayağa qalxmağa səsləyib: "Qalxın ayağa və haqqınızı tələb edin".

[media=https://youtu.be/aus8zHbwL9Q]
3-01-2023, 17:59
Ağacı kəsərkən budağının altında qaldı


Ağacı kəsərkən budağının altında qaldı

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar. Faktla bağlı araşdırma aparılır.
3-01-2023, 17:47
Dardanel boğazında su nəqliyyatının hərəkəti dayandırıldı


Dardanel boğazında su nəqliyyatının hərəkəti dayandırıldı

Türkiyədə Egey və Mərmərə dənizlərini birləşdirən Dardanel (Çanaqqala) boğazında su nəqliyyatının hərəkəti dayandırılıb. Buna səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, ərazidə 3 gündür davam edən dumanlı havanın hakim olması görmə məsafəsini minimuma endirib. Çanaqqala Gəmi-Nəqliyyat Xidmətləri İdarəsi hər iki istiqamətdə gəmilərin boğazda hərəkətinin dayandırılması və boğazın bağlanması ilə bağlı qərar qəbul edib. Yerli səfərlər həyata keçirən kiçik qayıqların isə hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb. Bildirilib ki, hava şəraiti normallaşandan sonra boğazda nəqliyyatın hərəkəti bərpa ediləcək. Qeyd edək ki, İstanbul, Çanaqqala, Bursa, Manisa, Balıkesir, həmçinin Türkiyənin Balkan yarımadasına düşən hissəsində yerləşən şəhərlərdə dumanlı hava müşahidə olunur.
3-01-2023, 17:44
Ova gedən dostlardan biri müəmmalı şəkildə yoxa çıxdı


Ova gedən dostlardan biri müəmmalı şəkildə yoxa çıxdı

Tovuzda ova gedən dostlardan biri müəammalı şəkildə yoxa çıxıb. Dörd dost evdən balıq tutmaq üçün Kür çayına üz tutubar. Geriyə qayıdan dostlardan biri isə itkin düşüb. Rayonun Qədirli kənd sakini 47 yaşlı Eldəniz Məmmədoun taleyi barədə fərqli fərziyyələr irəli sürülür. Onun ailə üzvləri bildirir ki, Eldəniz və dostları ova onların evindən gediblər. O, evdən çıxarkən rezin qayıq, ov tüfəngi və patron qatarı, balıq tutmaq üçün elektik artıran cihaz və rezin çəkmə götürüb. Onunla birlikdə gedən və ən axırıncı evə qayıdan dostlarından biri də Qaraxanlı kənd sakini Qalib Vəlixanovdur. Onun sözlərinə görə, onlar çaya düşən zaman hava şəraiti ov üçün əlverişli olmayıb. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hazırda axtarış tədbirləri gücləndirilmiş rejimdə davam edir, bütün imkanlardan istifadə olunur. Daha ətraflı süjetdə:

[media=https://youtu.be/e79MAkhp-CY]
3-01-2023, 17:40
Çinlə işləmək olduqca vacibdir - Rusiya XİN


Çinlə işləmək olduqca vacibdir - Rusiya XİN

Rusiya XİN başçısının müavini Andrey Rudenko ölkəsinin Çin Xalq Respublikası ilə əlaqələrindən danışıb. Nazir müavini bu barədə TASS-a müsahibəsi zamanı söz açıb. "Rusiya hava yolu və dəmir yolu sahələrində sərnişin daşımalarının bərpası məsələsində Çinlə işləməyi vacib hesab edir. Bu kontekstdə Rusiya tərəfi iki ölkə xalqları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mərkəzi rol oynayan humanitar əlaqələrin intensivləşdirilməsində maraqlıdır", - deyə Rudenko bildirib. O həmçinin qeyd edib ki, müvafiq sahələrdə əlaqələrin inkişafı iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verəcək.
3-01-2023, 17:36
2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik - keçmiş NATO generalı


2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik - keçmiş NATO generalı

2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar. Bu barədə NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib. “Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, - deyə general vurğulayıb. Onun fikrincə, atəşkəslə bağlı danışıqlar üçün imkan yaranacaq. Amma bu, uzun müddət sülh demək deyil. "Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, - deyə Hans-Lotar Domrez qeyd edib.
3-01-2023, 16:09
Qobustanda yol qəzası yanğına səbəb oldu


Qobustanda yol qəzası yanğına səbəb oldu

Qobustanda "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb. Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri görülür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!