Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
11-11-2022, 21:35
G20 liderləri nüvə təhdidinə qarşı birləşir


G20 liderləri nüvə təhdidinə qarşı birləşir

İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitinin iştirakçıları nüvə silahından istifadəni və nüvə təhdidi cəhdlərini pisləyəcək. Bu barədə G20 sammitinin sonunda qəbul ediləcək sənədin ilkin variantı ilə tanış olan "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, dünyanın 20 ən böyük iqtisadiyyatına sahib olan ölkələrin liderlərinin gələn həftə keçiriləcək iclasında gündəmin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi olacaq. Noyabrın 15-16-da keçiriləcək görüşdən sonra qəbul ediləcək bəyanatın ilkin variantında qeyd olunub ki, yalnız qaydalara əsaslanan beynəlxalq nizamın və çoxtərəfli sistemin qorunmasına dair davamlı öhdəlik sülh və sabitliyi qoruya bilər.
11-11-2022, 21:32
Lavrov Mirzoyanla danışıqlar apardı


Lavrov Mirzoyanla danışıqlar apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq müzakirə edilib.
11-11-2022, 21:22
İki hərbçimiz qəzada yaralandı - Yeni məlumat


İki hərbçimiz qəzada yaralandı - Yeni məlumat

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.
11-11-2022, 21:19
Xersonda qalan ruslara xəbərdarlıq - Təslim olmasanız...


Xersonda qalan ruslara xəbərdarlıq - Təslim olmasanız...

Xerson şəhəri Ukrayna ordusunun nəzarətinə qayıdıb, Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olub. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Xersonda qalan rus əsgərlərinə təslim olmaq çağırışı edilib. Bildirilib ki, rusların geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır və Ukrayna Silahlı Qüvvələrinə qarşı hər hansı təxribat cəhdlərinin qarşısı alınacaq: “Müqavimət göstərən hər bir rus əsgəri məhv ediləcək. Ölümdən qaçmaq üçün yeganə şansınız var - dərhal təslim olun!".
11-11-2022, 18:18
Ukrayna ordusunun Xersona daxil olması təsdiqləndi


Ukrayna ordusunun Xersona daxil olması təsdiqləndi

Xerson şəhəri Ukrayna ordusunun nəzarətinə qayıdıb, Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olub. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumatda Xersonda qalan rus əsgərlərinə təslim olmaq çağırışı edilib. Bildirilir ki, rusların geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır və Ukrayna Silahlı Qüvvələrinə qarşı hər hansı təxribat cəhdlərinin qarşısı alınacaq: “Müqavimət göstərən hər bir rus əsgəri məhv ediləcək. Ölümdən qaçmaq üçün yeganə şansınız var - dərhal təslim olun!".
11-11-2022, 18:16
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı zamanı bir hərbçi həlak olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, noyabrın 11-də PKK terror təşkilatının silahlıları tərəfindən Türkiyə ordusunun mövqeyinə atəş açılıb. Hadisə nəticəsində bir hərbçi yaralanıb. Yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. Türkiyə ordusu bölgədə antiterror əməliyyatını davam etdirir.
11-11-2022, 18:14
Goranboyda hərbi maşın qəzaya düşdü


Goranboyda hərbi maşın qəzaya düşdü

Goranboyda hərbi maşın qəzaya uğrayıb. Hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”. Faktla bağlı araşdırma aparılır.
11-11-2022, 18:12
Mağazadan 31 min manatlıq “İphone” oğurlandı


Mağazadan 31 min manatlıq “İphone” oğurlandı

Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib. Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

11-11-2022, 18:09
“Azərişıq” Kəlbəcərin kəndinə elektrik xətti çəkir


“Azərişıq” Kəlbəcərin kəndinə elektrik xətti çəkir

"Azərişıq” ASC Kəlbəcər rayonunun Alagöllər kəndi ərazisinə 35KV-luq elektrik enerjisi xətti çəkir. Butov.az xəbər verir ki, 22 km məsafədə çəkilən xətt kəndin işıqlandırılması üçün istismar ediləcək. Kəndi işıqlanadırmaq məqsədi ilə ÖİN kabel xəttində istifadə edilib və 2 ədəd 250 kVA gücündə transformator quraşdırılıb.

11-11-2022, 18:07
Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama


Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama

“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri doğru deyil. İndiyədək 4000 evin 1000-i regionlarda verilib”. Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, növbəti ay regionlarda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq. Onun sözlərinə görə, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə fərq ortaya çıxır”. Qeyd edək ki, komitələrin birgə iclasında deputatlar regionlarda şəhid ailələrinə ev verilməməsindən şikayətləniblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!