Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
25-10-2022, 00:08
Cüdoçularımız Avropada 8 medal qazandı


Cüdoçularımız Avropada 8 medal qazandı

22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib. Butov.az xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar. Medalçıların siyahısını təqdim edirik:
U-15
-48 kq.
Nuranə Hacızadə gümüş medal
-52 kq.
Vüsalə Hacıyeva qızıl medal
Aytən Verdiyeva gümüş medal
Aysun Məmmədova bürünc medal
U-18
-40 kq.
Məryəm Bayramzadə qızıl medal
-52 kq.
Aytən Verdiyeva qızıl medal
Vüsalə Hacıyeva gümüş medal
-57 kq.
Fidan Qasımova qızıl medal.
25-10-2022, 00:04
240 nəfərin olduğu sərnişin gəmisi yanıb


240 nəfərin olduğu sərnişin gəmisi yanıb

İndoneziyanın cənub sahilləri yaxınlığında içərisində 240 nəfərin olduğu sərnişin gəmisi yanıb. Hadisə nəticəsində 14 nəfər həlak olub. "KM Express Cantika 77" gəmisinin göyərtəsində 230 sərnişin və 10 ekipaj üzvü olub. Xilasedicilər 226 nəfəri sağ tapıblar. Hadisənin səbəbləri araşdırılır.
25-10-2022, 00:00
İranlı nazir Rusiyaya PUA verilməsini dandı


İranlı nazir Rusiyaya PUA verilməsini dandı

İran istehsalı pilotsuz uçuş aparatlarının Ukraynada istifadə edilməsi sübuta yetirilərsə, Tehran buna biganə qalmayacaq. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. XİN başçısı qeyd edib ki, Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlıq davam edəcək. "Əgər İranın pilotsuz uçuş aparatlarının Ukraynada insanlara qarşı müharibədə istifadə edildiyi sübut olunarsa, biz buna biganə qalmamalıyıq", - deyə Abdullahian bildirib. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində İran istehsalı PUA-lardan istifadə etsə də, Tehran israrla bunu təkzib etməyə çalışır.
24-10-2022, 23:58
ABŞ-da məktəbdə atışma - Ölənlər var


ABŞ-da məktəbdə atışma - Ölənlər var

ABŞ-ın Sent-Luis bölgəsində yerləşən orta məktəblərin birində atışma baş verib. Bu barədə "Reuters" Sent-Luis polis komissarı Mayk Maka istinadən məlumat yayıb. Silahlı şəxsin məktəbə hücumu zamanı azı iki nəfər ölüb, altı nəfər yaralanıb. Mak bildirib ki, polislər atəş açan şəxsi zərərsizləşdirib.
24-10-2022, 23:56
Naxçıvanda əsgərimiz həlak olub


Naxçıvanda əsgərimiz həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.
24-10-2022, 18:55
“Narkomaniya və zərərli vərdişlərə yox"...

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi, “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsinin icrasına başlayır.Layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda,müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə vətəndaşlar arasında 6 maarifləndirmə tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur.Noyabr ayında yekunlaşacaq tədbirlərdə iştirakçılara narkomaniya və zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə vurduğu ziyanlar, qəbul edilən dövlət proqramları və bu istiqamətdə görülən işlər barədə məlumatlar veriləcək, hazırlanmış buklet və kitabçalar paylanacaq.
24-10-2022, 16:58
İdmançılarımız Avropa çempionatını 9 medalla başa vurub


İdmançılarımız Avropa çempionatını 9 medalla başa vurub

Ağırlıq qaldırma üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində 20 və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumatına görə, sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kq-ın öhdəsindən gələrək bürünc medala sahib çıxıb. O, təkanla hərəkətdə 189 kq-ı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub.
24-10-2022, 16:56
Sumqayıtda mağaralar aşkarlandı


Sumqayıtda mağaralar aşkarlandı

Sumqayıtda “Stansiya Sumqayıt” yaşayış massivi adlı ərazidə mağaralar tapılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hazırda mağaraların aşkar edildiyi "Stansiya Sumqayıt" deyilən ərazidə kəşfiyyat axtarış işləri Dövlət Xidmətinin Şabran Regional İdarəsi tərəfindən davam etdirilir.
24-10-2022, 16:53
Məzuniyyətə gələn əsgər intihar edib


Məzuniyyətə gələn əsgər intihar edib

Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib. Butov.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub. İntiharın səbəbi hələlik müəyyən deyil. Faktla bağlı araşdırma aparılır.
24-10-2022, 16:51
İranda azərbaycanlı məktəblilər həbs edilib


İranda azərbaycanlı məktəblilər həbs edilib

İranın hökumət qüvvələri Binab şəhərində Cənubi azərbaycanlı üç məktəblini həbs ediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məktəblilər Əşkan Cavidfər, Əli Vəliməhəmmədi və Araz Bədii molla rejiminin təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar. Hələlik məktəblilərin hansı səbəbə görə tutulduğu və harada saxlanıldıqları barədə məlumat verilmir. Xatırladaq ki, İran rejimi ölkədə kütləvi etirazlar başlayandan bir neçə məktəblini güllələyib və çox sayda şagirdi həbs edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!