18-10-2022, 21:54
Avropa İttifaqının müşahidə missiyası artıq ErmənistandadırErmənistan Baş naziri Nikol Paşinyan Norveçin xarici işlər naziri Anniken Hütfeldt ilə görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Paşinyan görüş zamanı bildirib ki, Avropa İttifaqının (Aİ) müşahidə missiyası artıq Ermənistandadır, ATƏT-in monitorinq missiyasının Ermənistana göndərilməsi məsələsi də müzakirə olunur. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
18-10-2022, 21:52
Türkiyənin hərbi xərcləri rekord həddə çatırTürkiyə hökuməti 2023-cü ildə müdafiə xərcləri üçün 468,7 milyard türk lirəsi ayırmağı planlaşdırır.
Butov.az xəbər verir ki, gələn ilin müdafiə xərcləri ölkənin Mərkəzi Bankının hazırkı məzənnəsinə uyğun olaraq 25,2 milyard dollar təşkil edəcək. Bu, ölkə tarixində rekord göstəricidir. Daha əvvəl Türkiyənin hərbi xərcləri 2019-cu ildə ən yüksək səviyyədə olub. Həmin il hərbi xərclər 20,6 milyard dollar, keçən il isə 15,4 milyard dollar təşkil edib. Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür və təşkilatda ikinci ən böyük orduya malikdir.
18-10-2022, 21:50
Qazaxıstan səfirliyindən 18 oktyabr təbrikiQazaxıstan səfirliyi Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində paylaşım edilib. "Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq!", - təbrikdə deyilir.
18-10-2022, 21:48
Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcəkMilli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqqında sazişi təsdiq edəcək.
Butov.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
18-10-2022, 21:46
Elm Fonduna rəhbər təyin edildi - SərəncamMehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
18-10-2022, 21:43
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldıPrezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib.
Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb. Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.
18-10-2022, 21:40
Avropa İttifaqı da təbriklərə qoşulduAvropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib. “Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, - təbrikdə deyilir.
18-10-2022, 21:38
Azərbaycanın İtaliyadakı səfiri dəyişdiMəmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
18-10-2022, 21:35
İlham Əliyevdən Binəqədi ilə bağlı sərəncamBakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 5,3 milyon manat ayrılıb.
Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
18-10-2022, 21:31
Göyçayda 6 yaşlı uşaq atasını güllələdiGöyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.
Butov.az xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.