Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
13-10-2022, 14:29
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış


DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı çağırış

Daxili İşlər Nazirliyi (DİN) bu gün baş tutacaq “Qarabağ” - “Olimpiakos” oyunu ilə bağlı vətəndaşlara çağırış edib. DİN-dən verilən məlumata görə, oyunla əlaqədar stadionun daxilində, ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. "Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur", - məlumatda vurğulanıb.
13-10-2022, 14:26
NATO Ukraynaya dəstəyi artırır


NATO Ukraynaya dəstəyi artırır

"Biz dəstəyimizi artıracağıq, xüsusən də Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi təqdim edəcəyik". Bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə birgə brifinqdə deyib."Mən ABŞ-ın Ukraynaya göstərdiyi misli görünməmiş dəstəyi, eləcə də avropalı müttəfiqlər, Kanada və tərəfdaşlarının Ukraynaya göstərdiyi misilsiz dəstəyi alqışlayıram. Həm də inanıram ki, bu, NATO müttəfiqləri və tərəfdaşlarının verdiyi çox mühüm mesajdır. Biz Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunda lazım olduğu qədər Ukraynanın tərəfində olacağıq”, - Stoltenberq bildirib.
13-10-2022, 14:24
Sərhəd missiyası bu gün Ermənistana gəlir


Sərhəd missiyası bu gün Ermənistana gəlir

Avropa İttifaqının (Aİ) mülki missiyası bu gün Ermənistana səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Avropa İttifaqının missiyası Azərbaycanla sərhəddə humanitar missiyanın həyata keçiriləcəyi konkret yerləri ziyarət edəcək. Xatırladaq ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi barədə razılıq Praqada əldə olunub. Ötən həftə Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib. Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Məqsəd etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.
13-10-2022, 14:22
“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı


“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə turnirin rekorduna imza atıb. Butov.az xəbər verir ki, Almaniya klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib. Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib. Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya Plzen” klubunu 4:2 hesabı ilə məğlub edib. Yulian Nagelsmanın komandasının heyətində Leon Goretska dubla, Sadio Mane və Tomas Müller hərəyə bir qola imza atıblar. Qeyd edək ki, “Bavariya” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. O, beşinci turda “Barselona” ilə qarşılaşacaq.
13-10-2022, 14:17
Ukrayna ordusu ruslara ağır zərbələr vurub


Ukrayna ordusu ruslara ağır zərbələr vurub

Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Rusiyanın 4 helikopterini və 26 pilotsuz uçuş aparatını vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" səhifəsində məlumat yayıb."Müdafiə qüvvələrinin aviasiyası son sutka ərzində düşmənə 32 zərbə endirib. Silah və hərbi texnikanın cəmləşdiyi 25-dən çox ərazinin, eləcə də düşmənin 7 zenit-raket kompleksinin vurulduğu təsdiqlənib. Bundan başqa, hava hücumundan müdafiə bölmələrimiz də düşmənə atəş açıb. Nəticədə, düşmənin 4 helikopteri və 26 PUA-sı vurulub”, - məlumatda qeyd olunub.
13-10-2022, 14:15
Makrondan Ermənistana dəstək, Azərbaycana ittiham


Makrondan Ermənistana dəstək, Azərbaycana ittiham

Fransa prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalara görə Rusiyanı ittiham edib. Butov.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Makron sərhəddə baş vermis sentyabr döyüşlərini Rusiyanın “məqsədli təxribat”ının nəticəsi adlandırıb. Onun sözlərinə görə, bütün bunlar Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaq səyləri çərçivəsində” baş verib.“Son iki ildə sərhəddə nələr baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar”, - Makron bildirib. “Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır”. Makron əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq.“Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”, - Fransa prezidenti əlavə edib. O xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub.“Bu sammit Ermənistanın baş nazirinə həm də müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”, - deyə Makron qeyd edib. “Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı” sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır. “Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.
13-10-2022, 14:13
Qarabağı minalardan təmizləmək üçün 25 milyard dollar lazımdır


Qarabağı minalardan təmizləmək üçün 25 milyard dollar lazımdır

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: “Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”.
13-10-2022, 14:11
Çempionlar Liqasının 1/8 finalçıları


Çempionlar Liqasının 1/8 finalçıları

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub. Butov.az xəbər verir ki, A,B,C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub. A qrupunda “Napoli” İtaliyada “Ayaks”ı qəbul edib. Altı qolluq qarşılaşmadan inamlı qələbə ilə ayrılan Neapol təmsilçisi pley-offa vəsiqəni rəsmiləşdirib. “Liverpul” isə Şotlandiyada “Reyncers”in qonağı olub və darmadağına sevinib. B qrupunda Madrid “Atletiko”su “Brügge” ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Digər görüşdə “Bayer” “Portu”nu qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar. Bu nəticələrdən sonra “Brügge” də 1/8 finala vəsiqəni təmin edib. Günün maraqla gözlənilən matçı C qrupunda “İnter”lə “Barselona” arasında olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Qrupun autsayderi “Viktoriya” (Plzen) isə “Bayern”lə görüşüb. Münhenlilər səfərdən inamlı qələbə ilə dönüblər. Nəticədə Almaniya çempionu 1/8 finala vəsiqə qazanıb. D qrupunda “Tottenhem” “Ayntraxt”ı, “Sportinq” isə Marsel “Olimpik”ini qəbul edib. İngiltərə klubu evdə, Fransa təmsilçisi isə səfərdə qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
12 oktyabr
A qrupu
Napoli (İtaliya) – Ayaks (Niderland) 4:2
Qol: Lozano, 4. Raspadori, 16. Kvaratsxeliya, 62-pen. Osimhen, 90 – Klaassen, 49. Berqveyn, 83.
Reyncers (Şotlandiya) – Liverpul (İngiltərə) 1:7
Qol: Arfild, 17 – Firmino, 24; 55. D.Nunes, 66. Salah, 76; 80; 81. Elliot, 87.
Xal: Napoli – 12. Liverpul – 9. Ayaks – 3. Reyncers – 0.
B qrupu
Atletiko (Madrid, İspaniya) – Brügge (Belçika) 0:0Bayer (Almaniya) – Portu (Portuqaliya) 0:3
Qol: Qaleno, 6. Taremi, 53-pen; 64-pen.
Xal: Brügge – 10. Portu – 6. Atletiko – 4. Bayer – 3.
C qrupu
Viktoriya (Plzen, Çexiya) – Bayern (Almaniya) 2:4
Qol: Vikanova, 62. Kliment, 75 – Mane, 10. Müller, 14. Qoretska, 25; 35.
Barselona (İspaniya) – İnter (İtaliya) 3:3
Qol: Dembele, 40. Levandovski, 82; 90+2 – Barella, 50. L.Martines, 63. Qozens, 89.
Xal: Bayern – 12. İnter – 7. Barselona – 4. Viktoriya – 0.
D qrupu
Tottenhem (İngiltərə) – Ayntraxt (Almaniya) 3:2
Qol: Son, 20; 36. Keyn, 28-pen – Kamada, 14. Alidu, 87.
Sportinq (Portuqaliya) – Olimpik (Marsel, Fransa) 0:2
Qol: Genduzi, 20-pen. A.Sançes, 30.
Xal: Tottenhem – 7. Olimpik – 6. Sportinq – 6. Ayntraxt – 4.
13-10-2022, 14:06
Türkiyə şəhid verdi


Türkiyə şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində çavuş rütbəli hərbçinin əldəqayırma bombanın partlaması nəticəsində ağır yaralandığı bildirilir. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
13-10-2022, 14:04
Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı


Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı

Kanada hökuməti Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat yayıb. Yeni hərbi yardım paketinin həcmi 47 milyon Kanada dollarıdır. Paketə artilleriya mərmiləri, peyk rabitə sistemləri, qış geyimləri və pilotsuz uçuş aparatları üçün kameralar daxildir. Qeyd edək ki, bu gün 50-dən çox Qərb ölkəsi Ukraynaya daha çox silah, xüsusilə hava hücumundan müdafiə sistemi göndərmək üçün bir araya gəlib. Kanada tərəfindən bildirilib ki, Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 40 hərbçi göndəriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!