17-09-2022, 22:37
XİN: Hazırda atəşkəsə əməl olunurAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər:"Nazir Ceyhun Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 nəfər hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib"."Hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb", - rəsmi məlumatda qeyd olunub.
17-09-2022, 22:35
Putin Ukrayna ilə bağlı məqsədini dəyişəcək - Pentaqon Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin məqsədlərini dəyişmək məcburiyyətində qalacaq. Çünki hərbi məğlubiyyət və resursların çatışmazlığı Rusiyanın Kremlin ilkin niyyətlərinə nail ola bilmədiyini sübut edir.
Butov.az xəbər verir ki, bunu Pentaqonun kəşfiyyat rəhbəri general-leytenant Skott Berrier bildirib."İndi biz o yerə çatmışıq ki, fikrimcə, Putin öz "əməliyyatı"nın məqsədlərini yenidən nəzərdən keçirməli olacaq. Çünki indi tamamilə aydındır ki, o, əvvəllər etmək niyyətində olduğu planı həyata keçirməyə qadir deyil", - Berrier deyib. Pentaqon rəsmisi xatırladıb ki, Putin fevralın 24-də Kiyevi işğal etmək və qərbyönlü hökuməti devirmək məqsədi ilə Ukraynaya hücum edib. Halbuki, altı ay davam edən döyüşlərdən sonra Ukrayna qoşunları işğalçıları Xarkovdan qovmağa müvəffəq olub və onları hətta Rusiya ərazisinə qaçmağa məcbur edib."Ruslar mütləq işğal planlaşdırırdılar və bu, onları geri saldı",- deyən Berrier Putinin Rusiyada ümumi səfərbərlik istəmədiyini bildirib.
17-09-2022, 22:33
Məhv edilən erməni qadının qardaşı da “Aprel döyüşü”ndə öldürülüb Azərbaycan hərbçilərinin sentyabrın 13-də sərhəddəki təxribatlar zamanı məhv etdiyi 42 yaşlı erməni qadın döyüşçü Alisa Melkonyan “Aprel döyüşləri”ndə öldürülən Qaqik Melkonyanın bacısı olub. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. “Alisa Melkonyan müqaviləli əsgər idi, Geqarkunikdə (Göyçə-red.) ən yüksək və ən soyuq postlardan birində xidmət edirdi. Alisa müharibədə ağır yaralanıb, 3 ay yeriyə bilməyib, lakin müalicə olunduqdan sonra döyüş xidmətinə qayıdıb”, - deyə onun haqqındakı məlumatda bildirilir. Yaxınlarının verdiyi məlumata görə, Alisa 2016-cı ildə qardaşı öldürüldükdən sonra hərbi xidmətə başlayıb. Qadının qardaşı Qaqik Melkonyan Tərtər rayonunun Talış kəndi idtiqamətində 4 günlük müharibə zamanı məhv edilmişdi...
17-09-2022, 22:30
Azəbaycanda daha 214 yeni yoluxma...Azərbaycanda son sutkada koronavirus infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 819 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 698 nəfər müalicə olunaraq sağalıb, 9 884 nəfər vəfat edib, aktiv xəstə sayı 1 756 nəfərdir. Ölkədə son sutka ərzində 3 311, hazırkı dövrədək isə 7 213 045 test aparılıb.
17-09-2022, 22:25
Sərhəddəki hadisələrdə neçə erməni əsgər əsir düşüb? Ermənistan-Azərbaycan sərhəddində baş vermiş son silahlı toqquşmada 10-dan artıq erməni əsgər əsir götürülüb. Bunu Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin sözçüsü Hasmik Samvelyan bildirib. “Müəyyən edilmiş məhbuslarla bağlı başqa məlumatı qeyd edə bilmərəm”, - deyə o bildirib. Hasmik Samvelyan bununla bağlı artıq beyməlxalq təşkilatlardan kömək istənildiyini vurğulayıb.
17-09-2022, 22:23
Elçin Sadıqov azadlıqdaEv dustaqlığına buraxılan vəkil Elçin Sadıqov həbsdən çıxıb.
Butov.az xəbər verir ki, onun ilk fotosunu jurnalist Pərviz Həşimli paylaşıb. Həbs olunduğu gündən aclıq aksiyasına başlayan vəkilin çəki itirdiyi fotodan aydın görünür. Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda şikayət qismən təmin edilib. Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsasların aradan qalxdığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib. Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi.
17-09-2022, 22:20
Azərbaycanın dünyada artan nüfuzu Hindistanı narahat edirMəlum olduğu kimi, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına ünvanladığı məktub əsasında sentyabrın 16-da şuranın toplantısı keçirilib. İclasda müzakirələr açıq rejimdə aparılıb və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryanın çıxışları dinlənilib. Daha sonra toplantıda ayrı-ayrı ölkələrin təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların əsl simasını ortaya qoyub. Bunlardan biri Fransa, digəri Hindistandır. Rəsmi Parisin mövqeyi əzəldən bəllidir. Fransa təmsilçisinin BMT iclasında Ermənistanı müdafiəyə qalxması təəccüb doğurmur. Hindistana gəldikcə isə, bu ölkə ikiüzlü siyasət yürütdüyünü bir daha ortaya qoydu. Belə ki, Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Hindistan nümayəndəsi sərhəddə baş verən hadisələrdən narahat olduğunu deyib və açıq-aşkar işğalçı Ermənistana dəstəyini ifadə edib.“Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan sərhədində olan gərginliyi izləyir və hadisələrdən narahatdır. Biz təcavüzkar tərəfi (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutur-red) hərbi əməliyyatları dayandırmağa çağırırıq. Hindistan beynəlxalq hüquqa və ölkələrin suverənliyinə hörmətlə yanaşır. Beynəlxalq səviyyədə tanınan sərhədləri tanıyır” - Hindistan rəsmisinin çıxışında qeyd olunub. Maraqlıdır, Hindistanın erməni sevgisi nədən qaynaqlanır? Dehlinin işğalçının yanında olmasının səbəbi nədir?

Bu barədə danışan Milli Məclisin deputatı
Aydın Mirzəzadə bildirib ki, Hindistanın bu addımı təəccüb doğurmur:“Hindistan Qarabağ münaqişəsində heç vaxt ədalətli mövqe tutmayıb. Biz bir dəfə də olsun, dünyanın bu böyük dövlətinin Ermənistanın işğalını pisləməsini, BMT Təhlükəsizilik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etdiyini eşitməmişik. Azərbaycanla siyasi əlaqələr saxlasa da, Azərbaycan ərazi bütövlüyü məsələsi Hindistan tərəfindən heç vaxt dilə gətirilməyib. 2020-ci ilə qədər Hindistanın Ermənistana silah satması barəsində məlumatlar yayılmışdı. Belə faktlar var idi. Ona görə də Hindistanın BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı aqressiv mövqe sərgiləməsi gözlənilməz deyildi”. Deputatın sözlərinə görə, Hindistan tərəfinin sərgilədiyi siyasət təəssüf doğurur:“Hindistanın Azərbaycanın həqiqətləri barədə dolğun informasiya almaq üçün böyük imkanları var idi. Amma Hindistan bunun üçün çalışmadı. İndi biz Hindistanın bu hərəkətinə ancaq təəssüf edə bilirik”. A.Mirzəzadə bildirib ki, Hindistanın Ermənistana dəstəyi Azərbaycanı yolundan döndərə bilməz:“Bizim Hindistanla böyük iqtisadi əlaqələrimiz yoxdur. Eyni zamanda hərbi-texnolji sahədə də bu ölkə ilə əməkdaşlığımız mövcud deyil. Hindistanın bu addımı Azərbaycanı öz ərazi bütövlüyünü dəstəkləməkdən çəkindirə bilməz. Hindistanın Ermənistanı müdafiə etməsi onu gücləndirə bilməz. Bu gün Hindistanın sərgilədiyi mövqeyi onun Pakistanla gərgin münasibətlərinin əks-sədası kimi qiymətləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və qardaş ölkənin yanındadır. İndi Azərbaycanın dünyada artan nüfuzu Hindistanı narahat edir. Azərbaycan Qoşulmama Hərəkatının gənc üzvü olmasına baxmayaraq, bir müddət sonra həmin hərəkatın rəhbəri oldu. Bundan sonra təşkilatın nüfuzu daha da artdı. Hərəkatın parlamenti yaradıldı. Daha sonra qadın qolları yaradıldı. Hindistan da vaxtilə bu təşkilata rəhbərlik edib. Ancaq onun aktivliyi olmayıb. Qoşulmama Hərəkatında Azərbaycanın nüfuzunun daha da artması özlüyündə Hindistanı narahat edir. Ancaq problem yoxdur. Bu, Hindistanın özünə ziyandır. Bütün dünyada ədalətsiz mövqe tutan tərəf kimi tanınacaq”.

17-09-2022, 22:10
Rusiyanın Ukraynadakı hərbi itkiləri artır - 54250 nəfərSon sutka ərzində Ukrayna hərbçiləri daha 200 rusiyalı işğalçını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunur ki, fevralın 24-dən sentyabrın 17-dək rusların ümumi döyüş itkiləri təqribən 54250 nəfər təşkil edir. Bundan əlavə, həmin müddət ərzində rusların 2202 (gündə 3) tankı məhv edilib. Digər itkilər aşağıdakı kimi ümumiləşdirilib:
4701 zirehli döyüş maşını,
1306 artilleriya sistemi,
312 raket sistemi,
168 hava hücumundan müdafiə sistemi,
251 təyyarə,
216 helikopter,
911 dron,
236 qanadlı raket,
15 gəmi/qayıq,
3 min 571 avtomobil texnikası və tanker,
121 ədəd xüsusi texnika.
17-09-2022, 22:08
Bu gün adları açıqlanan ŞƏHİDLƏRİMİZXəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçularının sayı 79-a çatıb. Bu gün Müdafiə Nazirliyi tərəfindən açıqlanan şəhidlərimizin adlarını təqdim edir:
10 iyul 2003-cü il təvəllüdlü Əsgər Omarov Eşqin Nəsib oğlu 11 oktyabr 1997-ci il təvəllüdlü Baş leytenant Nəcəfzadə Hüseyn Abbasqulu oğluQeyd edək ki, Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu bildirib. Daha sonra Müdafiə Nazirliyi hərbçimizə şəhid statusunun verildiyini açıqlayıb.
17-09-2022, 15:32
Tacikistanla sərhəddə yaralanan qırğızların sayı 121-ə çatdıTacikistanla sərhəddə münaqişə nəticəsində xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 121 nəfərə çatıb. Bunu Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti bəyan edib.“17 sentyabr da səhiyyə təşkilatlarına daxil olan zərərçəkənlərin ümumi sayı 121 nəfərdir, onlardan 7 zərərçəkmiş ambulator müalicəyə göndərilib”, - deyə Nazirlik bildirib. Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Sərhədin demək olar ki, bütün perimetri boyu iki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib. Qırğızıstan tərəfi qarşıdurma nəticəsində 24 vətəndaşının öldüyünü bildirib. Şənbə günü səhər toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsi tez-tez yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında sərhədin necə keçdiyini müəyyən etmək mümkün olmayan ərazilərdir.