15-09-2022, 22:13
Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirÇin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinp görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib. Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Sədr Si Cinpin vurğulayıb ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.
15-09-2022, 22:12
Ermənilər Xocalı istiqamətində yanğınlar törədibErmənilər Xocalı istiqamətində dağlıq meşə massivində böyük yanğınlar törədiblər.
Butov.az xəbər verir ki, alov hektarlarla əraziyə yayılmaqdadır. Dağ massivində baş verən yanğın rus sülhməramlıların və Azərbaycan Ordusunun mövqelərindən, eləcə də Ağdamın bir neçə kəndindən açıq-aydın müşahidə olunur.
15-09-2022, 22:10
Mədəniyyət sahəsinə ayrılan vəsait 17% artırılır Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 542,8 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,2% çoxdur.
15-09-2022, 22:08
ABŞ Ukraynaya yeni raketlər verəcək - Rusiyadan sərt xəbərdarlıq ABŞ tezliklə Ukraynaya ölkənin cənub və şərqində istifadə etməsi üçün yeni raket sistemləri göndərəcək. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "ABŞ onlara çox ehtiyac duyduqları silah və texnikanı verəcək. Söhbət artilleriya, qabaqcıl raket sistemlərindən gedir”, - Kirbi MSNBC-yə müsahibəsində deyib. Bundan əvvəl o, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırmağı planlaşdırdığını açıqlayıb. Sentyabrın 13-də "The Wall Street Journal" qəzeti yazıb ki, Ukrayna ABŞ-dan əlavə silahlar, o cümlədən uzaqmənzilli raket sistemləri tələb edib. ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat etdiyinə görə Kiyevə ATACMS adlı uzun mənzilli raket sistemi verməkdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova uzaqmənzilli raketlərlə bağlı ABŞ-a xəbərdarlıq edib. "Vaşinqton Kiyevə uzaqmənzilli raketlər verərsə, Rusiya bunu “qırmızı xətti”n keçilməsi kimi qiymətləndirəcək. Bu zaman ABŞ konfliktin birbaşa iştirakçısı olacaq. Və biz lazımi reaksiya verməyə məcbur olacağıq", - deyə o qeyd edib.
15-09-2022, 22:06
Müdafiə və təhlükəsizlik xərcləri artırılırAzərbaycanda 2023-cü ilin dövlət büdcəsində müdafiə və təhülkəsizlik xərclərinin 5 320,1 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,6% çoxdur.
15-09-2022, 22:04
Gələn il Qarabağın bərpasına bu qədər pul ayrılacaq Cari ilin ilk yarısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1172,4 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çox) maliyyələşdirmə aparılır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 53,3 faizinə bərabərdir. Hesabat dövründə dövlət büdcəsində 1268,9 milyon manat profisit yaranmışdır ki, bu da proqnozlaşdırılan göstəricidən 892,2 milyon manat və ya 2,4 dəfə çoxdur.
15-09-2022, 22:02
Yoluxanların yeni statistikası - Daha 3 ölümAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, hazırda 1918 aktiv xəstə var. Bu günə qədər 9876 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3388, bu günə qədər isə ümumilikdə 7 206 805 test icra olunub.
15-09-2022, 21:58
Büdcədə neftin qiyməti 50 dollar olacaq
2023-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları götürülüb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 35 dollar azdır.
15-09-2022, 21:56
53 döyüş mövqeyi, strateji yüksəkliklər nəzarətə götürülüb
Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Butov.az xəbər verir ki, əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, həmçinin xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralılar olub. Ümumilikdə 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.
15-09-2022, 21:53
Paşinyan Qarabağ separatçılarına söz verdi“Artıq bildiyiniz kimi, mən "Artsax" məsələsi ilə bağlı Ermənistan hakimiyyəti ilə siyasi məsləhətləşmələr aparmaq üçün İrəvandayam”. Bunu Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan özünün Facebook səhifəsində yazıb. O, xüsusilə qeyd edib: “Bu məqsədlə mən Ermənistan Təhlükəsizlik Şurasının iclasında iştirak etdim. Müzakirələrdən sonra bir daha demək istəyirəm ki, indiki mərhələdə "Artsax"ın statusu ilə bağlı bir dənə də olsun sənəd müzakirə olunmur”. A.Arutyunyan deyib ki, o, iclasda çıxış edərək Qarabağ ermənilərinin qorxduğu məsələləri Ermənistan hakimiyyətinin diqqətinə çatdırıb. Arayikin sözlərinə görə, Ermənistan hakimiyyətinin rəhbərliyi söz verib ki, separatçılarla müzakirə aparılmadan və onların rəyi nəzərə alınmadan Qarabağla bağlı bir dənə də olsun sənəd imzalanmayacaq. O, həmçinin deyib ki, rəhbərlik etdiyi “nümayəndə heyəti” İrəvanda Ermənistanın xarici işlər naziri, parlamentin sədri və digər rəsmi şəxslərlə siyasi məsləhətləşmələri davam etdirəcək.