Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
20-08-2022, 23:45
İki güləşçimiz dünya çempionatının finalında


İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar. Yarımfinalda Kənan Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurban Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib. 60 kq-da Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və bürünc medal üçün güləşəcək.
20-08-2022, 23:43
Oğuzda əkin sahəsi yanır


Oğuzda əkin sahəsi yanır

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir. Nazirliyin regional idarəsinin rəisi Akif Məmmədov bildirib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür: “Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.
20-08-2022, 23:40
Bu kənddə meşə yanğını tam söndürüldü


Bu kənddə meşə yanğını tam söndürüldü

Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın da günün ikinci yarısında tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, burada yanğın təxminən 40 hektar ərazini əhatə edib. Məlumatda qeyd olunub ki, respublikamızın şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. İsti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.
20-08-2022, 23:36
Qadın şahmatçılarımız Avropa çempionatında


Qadın şahmatçılarımız Avropa çempionatında

Bu gün Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürür. Butov.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Səbinə İbrahimova, Ləman Hacıyeva iştirak edəcəklər. İsveçrə sistemi üzrə keçiriləcək turnir avqustun 31-dək davam edəcək.
20-08-2022, 23:33
Məşhur türk aktyor vəfat etdi


Məşhur türk aktyor vəfat etdi

Türkiyəli məşhur aktyor Civan Canova vəfat edib. Butov.az xəbər verir ki, serial ulduzunun ölümü barədə onun sənət dostları məlumat yayıb. Aktyor 1955-ci ildə anadan olub. Cihan Canova “Paramparça”, “Çiçek taksi”, “Karadayı”, “Atiye”, “Fatmagülün suçu ne?” kimi məşhur seriallarda rol alıb.
20-08-2022, 23:30
Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir


Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir

Fransa prezidenti Emmanuel Makron gələn həftə Əlcəzairə səfər etməyi planlaşdırır. Bu barədə Yelisey sarayı məlumat yayıb. Makron Əlcəzair prezidenti Əbdülməcid Tebbunun dəvətini qəbul edib. Bu, Makronun Parislə sıx işgüzar əlaqələri olan şimali Afrika ölkəsinə ikinci rəsmi səfəri olacaq. Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan gələn təbii qazın azalması fonunda böyük təbii qaz ehtiyatlarına malik Əlcəzair ilə əlaqələri gücləndirməyə çalışır.
20-08-2022, 23:16
Meymunçiçəyi daha bir ölkədə aşkarlandı


Meymunçiçəyi daha bir ölkədə aşkarlandı

İndoneziyada meymunçiçəyinə ilk yoluxma halı aşkar edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstənin hansı ölkədən gəldiyi açıqlanmayıb. 27 yaşlı kişinin paytaxt Cakartada verdiyi testin nəticəsi müsbət çıxıb. Onun vəziyyətinin yaxşı olduğu, yüngül simptomlar müşahidə edildiyi bildirilir.
20-08-2022, 23:14
Təngəaltıda yanğın lokallaşdırılıb


Təngəaltıda yanğın lokallaşdırılıb

Quba rayonunun Təngəaltı kəndindəki meşə massivində baş verən yanğın artıq lokallaşdırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda ərazidə soyutma işləri aparılır: "Bəzi yerlərdə tüstülənmə var. Hazırda əməkdaşlar tədbirləri davam etdirir".
20-08-2022, 23:11
Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edir


Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edir

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş hissəsində rusiyalı hərbçilər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Moskva bunu əsas gətirib, Ukraynanı kimyəvi silahdan istifadə etməkdə ittiham edir. Bu barədə RİA Novosti məlumat yayıb. Qeyd edilir ki, müayinə zamanı xəstəxanaya yerləşdirilən işğalçıların üzərində zəhərli maddə - "b" tipli botulinum toksini aşkarlanıb. Rusiya öz növbəsində Ukraynanı “kimyəvi terrorizm”də ittiham etmək üçün təhlillərin nəticələri ilə təsdiqləndiyi iddia edilən sənədləri hazırlamağa başlayıb.
20-08-2022, 23:08
"Qalatasaray" "Qarabağ"ın müdafiəçisi ilə maraqlanır


"Qalatasaray" "Qarabağ"ın müdafiəçisi ilə maraqlanır

"Qarabağ" klubunun müdafiəçisi Toral Bayramov "Qalatasaray"ın diqqətini çəkib. Butov.az xəbər verir ki, baş məşqçi Okan Burukun müdafiəçinin keçidini istədiyi bildirilir. 21 yaşlı futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə "Qalatasaray"ın transfer hədəfinə çevrildiyi qeyd olunub. İstanbul klubunun Bayramovun meneceri ilə danışıq apardığı deyilir. Xəbərdə o da qeyd olunub ki, Toral Bayramovla Türkiyə Superliqasının daha bir klubu "Kayserispor" və 1-ci Liqadan "Eyüpspor" da maraqlanır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!