20-08-2022, 00:13
ABŞ Ukraynaya müşahidə PUA-ları verəcək ABŞ-ın Ukrayna ilə bağlı yeni hərbi paketinə kəşfiyyat tipli pilotsuz uçuş aparatları (PUA) da daxil olacaq. Bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb. Yardım paketinə ilk dəfə minaya qarşı qorumaya malik maşınlar daxildir. Adının açıqlanmasını istəməyən məmur paketin 775 milyon dollar dəyərində olacağını, paketə, həmçinin əlavə sursat və 16 artilleriya sisteminin də daxil olduğunu bildirib. Bundan əlavə, yardım paketinə 15 ədəd "Scan Eagle" müşahidə PUA-sı, 40 ədəd "MaxxPro" adlı minaya qarşı qorumalı maşın və 1000-ə yaxın "Javelin" tank əleyhinə raket daxildir.
20-08-2022, 00:10
İkinci Dünya Müharibəsinə aid aviabomba tapıldı
Xorvatiyanın Osiyek şəhərindəki Drava çayında İkinci Dünya Müharibəsi dövrünə aid aviabomba tapılıb. Bu barədə Xorvatiya polisi məlumat yayıb. Drava çayı ətrafında gəzən bir şəxsin suda obyekt gördükdən sonra polisə xəbər verdiyi bildirilib. Bombanın çəkisinin 150 kiloqram olduğu deyilir.
20-08-2022, 00:08
Meşə yanğınları nəzarətə götürüldüSiyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınlar nəzarətə götürülüb. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov avqustun 19-da şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb. Nazir, həmçinin Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.
19-08-2022, 23:52
Rusiyalı diplomat Rumıniyadan qovulduRumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərarin qəbul edilməsinə səbəb kimi 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir. Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarmışdı. Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmayıb.
19-08-2022, 23:49
Hikmət Hacıyev Qriqoryanla görüşdü
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Hikmət Hacıyev və Armen Qriqoryanla görüşüb. Bu barədə Aİ-nin xüsusi nümayəndəsi "Twitter" hesabında məlumat paylaşıb. "Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Avropa İttifaqının prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", - deyə Toivo Klaar qeyd edib.
19-08-2022, 23:26
Sabiq nazir müavininə vəzifə verildi
Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətində yeni təyinat olub. Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, İltimas Məmmədov qurumun şöbə rəisi təyin olunub. Həmçinin qeyd olunub ki, İ.Məmmədov haqqında bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidməti media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatları yaymamağı xahiş edir.
19-08-2022, 23:21
Yanğın 4 min hektar əraziyə ziyan vurub "Avqustun 15-dən şimal bölgəsində yanğınlar davam edir. Təəssüf ki, yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. Bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub". Bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Qubada jurnalistlərə açıqlamasında bildirib. Nazir müavini qeyd edib ki, genişmiqyaslı yanğın ilk olaraq Şabran rayonunun Dağbilici kəndi yaxınlığında biçilmiş əkin sahəsindən başlayıb. “Yanğının əsas səbəbi insan amili ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Ötən beş gün müddətində güclü küləklə müşayiət olunan hava şəraiti oldu. Küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Bəzən yanğınsöndürənlər boğulmaq təhlükəsi ilə üz-üzə qalırdılar. Çox şükür olsun ki, bu yanğın hadisələri zamanı xəsarət alan olmadı. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər”, - Etibar Mirzəyev söyləyib.
19-08-2022, 23:17
Nazir Şabrandakı yanğınla bağlı xüsusi müşavirə keçirdi
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov meşə yanğınlarının bir neçə gündür davam etdiyi Şabran rayonuna səfər edib.
Butov.az xəbər verir ki, nazir Şabranda yanğınlarla mübarizəyə həsr olunmuş xüsusi müşavirə keçirib. Müşavirədə şimal rayonlarının İcra hakimiyyətlərinin başçıları, aidiyyəti qurumların rəhbərləri iştirak edib. Vəziyyət barədə nazirə məlumat verilib, hazırkı durum qiymətləndirilib. Kəmaləddin Heydərov yanğınla mübarizə sahəsində müvafiq tapşırıqlar verib.
19-08-2022, 23:15
Çin lideri Səmərqənddə Putinlə görüşəcəkÇin lideri Si Cinpin gələn ay keçiriləcək regional sammitdə Rusiya Prezidenti Vladimir Putin ilə görüşlər keçirməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb. Görüşlər sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) baş tutacaq. Çin lideri Putinlə yanaşı təşkilata üzv olan digər ölkələrin liderləri ilə də görüşəcək.
19-08-2022, 23:12
Güləşçimiz ermənini məğlub edib finala yüksəldi
Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.
Butov.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib. Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq. Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.