5-08-2022, 20:43
Əfqanıstanda partlayış - Ölən varƏfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı ərazidə partlayış törədilib. Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Polis bildirib ki, partlayış insanların çox olduğu yerdə baş verib. Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.
5-08-2022, 20:41
Gənc oğlan 13-cü mərtəbdən yıxılıb öldüXətai rayonunda gənc oğlan binadan yıxılıb.
Butov.az xəbər verir ki, hadisə "Babək Plaza"nın yaxınlığında qeydə alınıb. Həmin ərazidə yerləşən hündür mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan şəxs aldığı xəsarətlərdən həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
5-08-2022, 20:38
Özünü yandırmaq istəyən şəxs müharibə iştirakçısı deyil - Nazirlik“Bu gün nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil”. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında məlumat paylaşıb. Qurum rəsmisi qeyd edib ki, İsmayıl İsmayılova 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib. "Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün təyinatdan imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib. Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, Mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sosial işçi kimi təhkim edilib" - deyə o sosial şəbəkə hesabında yazıb.
5-08-2022, 20:35
Valideynlər gənc əsgərlərin andiçməsinə buxarılmayacaqMüdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər. Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb. Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcək
5-08-2022, 20:29
İki bacının bir qardaşı - Qətlə yetirilən əsgərin fotosuBu gün Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla bağlı yeni məlumatlar üzə çıxıb.
Butov.az-ın əldə etdiyi xəbərə görə, 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd sakinidir. İki bacının 1 qardaşı olan Pünhan ötən il hərbi xidmətə yola salınmışdı. Onun ailəsi bir müddətdir ki, Siyəzəndə yaşayır. Yaxınlarının bildirdiyinə görə, əsgər Pünhan Ağamirov doğulub boya-başa çatdığı Xaçmazın Yergüc kəndində dəfn olunacaq, yas mərasimi də həmin kənddə keçiriləcək. Qeyd edək ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam edir.
5-08-2022, 19:27
Ceyhun Bayramov Türkiyəyə gedirTürkiyədə 13-cü Səfirlər Konfransı keçiriləcək.
Butov.az xəbər verir ki, konfrans 6-12 avqust tarixlərində paytaxt Ankarada baş tutacaq. Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək. Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmit, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da tədbirdə iştirakı gözlənilir.
5-08-2022, 19:22
Hərbçilərimiz Rusiyaya yollandı - səbəb..Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiyada səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.
5-08-2022, 19:19
İsrail Qəzzaya zərbələr endirdiİsrail ordusu Qəzza zolağında bəzi hədəflərə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Hərbçilər Qəzzaya hücum üçün İsrail daxilində "xüsusi vəziyyət" elan ediblər. “Sübh” adlı əməliyyat çərçivəsində Qəzza zolağında radikalların mövqelərinə zərbələr endirildiyi deyilir. Sosial mediada Qəzzada tüstüləyən binaların videoları yayılıb.
5-08-2022, 19:16
Yasamalda qanunsuz ağac kəsimiYasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçilərin iştirakı ilə araşdırılıb. Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 9 ağacın kəsildiyi müəyyən edilib, faktla bağlı akt tərtib olunub. “Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - xidmət rəisi qeyd edib.
5-08-2022, 19:16
Qərbi Azərbaycan əyalətində çoxlu silah-sursat aşkarlanıbQərbi Azərbaycan əyalətinin Polis İdarəsinin başçısı Rəhim Cahanbəxş silah qaçaqmalçılığı ilə məşğul olan şəxs və qruplara qarşı əməliyyat keçirildiyini bildirib. Rəhim Cahanbəxş əldə edilən məlumatlar əsasında keçirilən əməliyyat zamanı 162 ədəd döyüş və ov silahının aşkar edilərək götürüldüyünü bildirib.
Cahanbəxş Qərbi Azərbaycanda təhlükəsizlik və polis qüvvələrinin keçirdiyi bir neçə əməliyyat nəticəsində 36 silah qaçaqmalçısının həbs edildiyini və və onların məhkəmə orqanlarına təhvil verildiyini qeyd edib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində silah-sursat, insan qaçaqçıları və narkotik maddə alverçiləri əsasən gəlmə etnik kürdlərdir. Onlar İraqın şimalında yerləşən muxtar bölgə və PKK terror təşkilatı ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər.
İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçiləri Korpusunun nəzarəti altında çalışırlar və ara-sıra adı çəkilən qurumların nəzarətindən qıraqda fəaliyyət göstərən dəstələrə qarşı əməliyyatlar keçirilir.
Timur