Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
2-08-2022, 21:59
Şoyqu Zakir Həsənova zəng etdi - Təhlükəsizlikdən danışdılar


Şoyqu Zakir Həsənova zəng etdi - Təhlükəsizlikdən danışdılar

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-08-2022, 21:56
ABŞ yüzlərlə rusiyalıya sanksiya tətbiq etdi


ABŞ yüzlərlə rusiyalıya sanksiya tətbiq etdi

ABŞ Rusiyanın 893 vətəndaşına viza sanksiyaları tətbiq edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb. Siyahıda milyarderlər Dmitri Pumpyanski, Andrey Melniçenko və Aleksandr Ponomarenkonun da adı var. Bundan əlavə, ABŞ Rusiyanın texnologiya sektoru və müdafiə sənayesindən olan daha 24 şirkətə sanksiya tətbiq edib.
2-08-2022, 21:53
ABŞ Xəzərdə Azərbaycanla tərəfdaşdır - Səfirlik


ABŞ Xəzərdə Azərbaycanla tərəfdaşdır - Səfirlik

ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama yayıb. “ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ölkəmizə səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbərdir. ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik”, - səfirlikdən bildirilib.
2-08-2022, 21:51
Lvova raket zərbələri endirildi


Lvova raket zərbələri endirildi

Ukraynanın Lvov vilayətinə raket zərbələri endirilib. Rusiya qoşunlarının atdığı raketlər Çervonoqrad rayonuna düşüb. Bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb. “İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib”, - deyə Maksim Kozitski bildirib. Hücum nəticəsində itkilər barədə əlavə məlumat verilməyib.
2-08-2022, 21:48
“Qarabağ” klubu ilə bağlı film çəkiləcək


“Qarabağ” klubu ilə bağlı film çəkiləcək

“Qarabağ” futbol klubu ilə bağlı sənədli film hazırlanacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, filmdə 30 il müddətində “Qarabağ” klubunun fəaliyyəti və qarşılaşdığı ədalətsizliklər öz əksini tapacaq.
2-08-2022, 21:33
Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcək


Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyaya səfər edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Lavrov avqustun 3-də Myanmaya səfər edərək xarici işlər naziri Vunna Maun Lvinlə danışıqlar aparacaq. Bundan sonra o, Kambocaya uçacaq və orada Rusiya-ASEAN formatında xarici işlər nazirlərinin görüşündə, Şərqi Asiya Sammitində və regional təhlükəsizlik forumunda iştirak edəcək. Zaxarova, həmçinin qeyd edib ki, rusiyalı nazirin səfəri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi təxribat deyil, əməkdaşlıq üçündür.

2-08-2022, 21:22
Puta Dəniz Limanında gəmi yanır


Puta Dəniz Limanında gəmi yanır

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub. Butov.az xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

2-08-2022, 21:17
"Fəryad 2" filmi ilə bağlı vacib açıqlama


"Fəryad 2" filmi ilə bağlı vacib açıqlama

"Fəryad 2" filminin prodakşın mərhələsi yekunlaşıb. Bu barədə mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib. "Mən bu barədə ictimaiyyəti bir az səbrli olmağa çağırıram. Kino qaydalarına görə, biz yeni hazırlanan filmləri festivallara göndəririk. Orada müəyyən rəylər toplandıqdan sonra filmi ictimaiyyətə təqdim edəcəyik", - nazir vurğulayıb.
2-08-2022, 21:08
Baş nazir AzTV ilə bağlı qərar verdi


Baş nazir AzTV ilə bağlı qərar verdi

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu təsdiq edilib. Butov.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu aşağıdakı kimi olacaq:

1. Departamentlər.

2. Direktorluq.

3. Şöbələr.

4. Bölmələr.
2-08-2022, 20:11
Küveyt parlamenti buraxıldı


Küveyt parlamenti buraxıldı

Küveyt parlamenti rəsmi olaraq buraxılıb. Məlumatı “KUNA” dövlət informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Küveyt vəliəhdi şahzadə Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah parlamenti növbədənkənar seçkilər keçirməyə çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!