21-07-2022, 00:22
Şüvəlan qəsəbə Mədəniyyət evində Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.İyulun 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi, Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


Tədbiri açıq elan edən aparıcı Aytən Nağıyeva tədbir iştirakçılarını salamlayıb, sonra Xurşidbanu Natəvan haqqında geniş məruzə ilə çıxış edib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, publisist Güllü Eldar Tomarlı, eyni zamanda şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Hacıxanım Səadət Buta iştirak edərək Xan qızı Natəvanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək şairənin ədəbi yaradıcılığı, gördüyü xeyriyyə işləri ilə yadda qaldığını qeyd ediblər. Güllü Eldar Tomarlı və Hacıxanım Səadət Buta Xurşidbanunun ilhamla qələmə aldığı şeirləri səsləndiriblər.
“Səma” rəqs ansamblının qızlardan ibarət “Məşəl” rəqs kollektivinin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
20-07-2022, 17:11

"Nur Ocağı" Hənifə Şəbnəmin şeirlərini təqdim edir:
Gözlərim
Nə zaman keçmişi seyrə çıxıram,
Qəhərdən kövrəlib dolur gözlərim.
Kirpiklərim şimşək kimi çaxnaşır,
Leysan yağan bulud olur gözlərim.
-----
Yaş yandıran yanağımda iz qalıb,
Baxışımda nə işvə, nə naz qalıb,
Odu sönüb kül altında köz qalıb,
Nuru azaldıqca solur gözlərim.
.........
Dürna qatarına bənzəyir illər,
Şəbnəmi külək tək qovur fəsillər,
Xəzan gəlib yasa batıbdı tellər,
Heyfini özündən alır gözlərim.
Bilmirəm
Deyirsən ki daha gileyli yazma,
Sevginin rəngini tuta bilmirəm.
Sinəmdə yurd salıb həsrət açısı,
Neyləyirəm söküb ata bilmirəm.
.......
Gileylənmək sanma mənə asandı,
Göynərtisi yeddi başlı çibandı,
İçmək olmur sanki açı dərmandı,
Arasına şərbət qata bilmirəm.
........
Yumaq kimi şözələnir yaddaşım,
Dərya olub boğur məni göz yaşım,
Yar vəfasız oldu, ölüb qardaşım,
Yorğanım od alıb yata bilmirəm.
.........
Sən hardan biləsən mən nələr çəkdim?
Əllərim qoynumda boynumu bükdüm.
Neçə məzar üstə göz yaşı tökdüm,
Axıb dərya oldu bata bilmirəm.
......
Kənardan baxana döyüş asandı,
Hökm amansız olub Şəbnəm qurbandı,
Ağlayanda, ağladanda insandı,
Zalımın felindən ötə bilmirəm.

Sənəm Səbayelin xatirəsinə
........
Bir görüşlə ay Sənəm,
Yazıldın yaddaşıma.
O qədər doğmalaşdıq,
Döndün qız qardaşıma.
.......
Toy bayrama bənzədi,
Sizi gördüyüm günüm.
Sığal çəkdi başıma,
Gülümsər təbəsümün.
........
Əcəl zamansız aldı,
Ayrıldın cərgəmizdən.
Şəbnəm sizdən doymamış,
Sən nə tez doydun bizdən.
.........
Yazıram
Bir kövrək qanadlı Pərvanə olub,
Oduna yandığım şamdan yazıram.
Əriyən Şam, mənim bənizim solub,
Ah nalə çəkirəm qəmdən yazıram.
.........
Ömür yaşamamış yaşına dolan,
Arzusu muradı gözündə qalan,
Sevgiyə aldanıb qurbanlıq olan,
Ağlı dərya bəxti kəmdən yazıram
.........
Qəzaya uğradı sultanlıq taxdım
Dərya tək bulanıb lil olub axdım
Ruhumu apardı dalınca baxdım
Mənə qalan dərdi qəmdən yazıram
.........
Qəlbimdəki ağrı boyumu aşır
Yaş yandırıb yanaqlarım alışır
Göz yaşlarım mürəkkəbə qarışır
Qəlbimə süzülən andan yazıram
.........
Dönüb dağda Şəbnəm adlı səyyada
Sevgi gəzib tora düşdüm qayada
Bəxdim atlı özüm oldum piyada
Çatmadığım arzu kamdan yazıram
.......
Getdi
Oduma yanmağa pərvanə olan
Duman tək başıma dolandı getdi
Çal çarpaz dağ çəkib sinəmin üstə
Özü atəşimə qalandı getdi
.......
Öz evini yıxdı yad əlləriylə
Məni ağlatdı bəd əməlləriylə
Sevgimin yıxılan təməlləriylə
Ağlı dərya kimi bulandı getdi
........
Qayıt dedim doğru yola gəlmədi
Çox can dedim dəyərini bilmədi
Nə zaman ki peşkəş verdim almadı
Axırda sevgimi diləndi getdi
.........
Xəyanəti oldu başına töhmət
Əməlindən özü çəkdi xəcalət
O qaldı məndəki sevgiyə həsrət
Mənimsə varlığım talandı getdi
......
Rəvadımı Şəmnəm nələr yaşadı
İllərin yükünü tənha daşıdı
Köksümün altında sevgim üşüdü
Yaş olub gözümdən ələndi getdi
Yuxuda kəndi gördüm
Xatirəm çözələnib al əlvan yumaq kimi,
Məni məndən apardı dəcəl bir uşaq kimi,
Sevincimdən qaynayıb daşanda bulaq kimi,
Xəyalların içində yatıb yuxuya qaldım.
Gözlərimi yumanda hər yan çəməndi gördüm,
Yuxuda kəndi gördüm…
........
Xınalı kəklik kimi daşdan daşa səkirdim,
Xallı kəpənək olub güldən şirə çəkirdim
Ziyarətə bənzədib hər nə görsəm öpürdüm
(Sarı bulağa)endim (Bala təpə)yə cıxdım
(Bayrambulağı)ndakı qurulan bəndi gördüm
Yuxuda kəndi gördüm
..........
Qoca palıd yağışda başıma çətir oldu
Hörüyümə ilişən kollar saçımı ¹yoldu
Səmada çaxan şimşək yerdə vahimə saldıö
Qorxumdan diksinəndə kolluqdan düzə çıxdım
Cilovunu qoparan hürkək səməndi gördüm
Yuxuda kəndi gördüm
.......
Kölların arasında Bənövşələr boylanır
Yağış çəməni yuyub Lalə alışıb yanır
Meh əsib, şeh tökülür çəmənlər qurulanır
Sərçələr civildəşib, arılar şirə çəkir
Təbiyətin qoynunda nə varsa şəndi gördüm
Yuxuda kəndi gördüm
........
Bir yanda (Şindi) dağı əzəmətlə ucalır
Yamac gül çiçək açıb zirvəsində qar qalıra
Yayda (Keçəl təpə)də nənələr binə salır
Əyləşib süfrəsində nənəmə qonaq oldu
Əlvan boğçasındakı noğulu qəndi grdüm
Yuxuda kəndi gördüm
......
.
Gözümdə canlandırıb yenilməz Sultan kimi
Gəlişini gözlədim ağ atlı oğlan kimi
Bir nurani bəxdimi röyamda sənə yazdı
Həyatda can yoldaşı sevgimə bağban kimi
.......
Mürgülü çiçək idim cəh cəhindən ayıldım
Dən tutan sünbül oldum bar verdikcə əyuldum
Dərib səfamı gördün qiymətini bilmədin
Üzərimdən yol saldın ovuldum köşən kimi
.........
Gülümsər təbəssümüm dondu dodaqlarımda
Göz yaşım cığır saldı lalə yanaqlarımda
Şimşək çaxdı gürültu qopdu qulaqlarımdan
Yağış olub buluddan süzüldüm leysan kimi
.......
Ay vəfasız ömrümü sənə vermişdim hədər
Etibar eyləmişdim inanıb özüm qədər
Özüm sevginə əsir ruhum oldu dərbədər
Yaşamadan günlərim ötüşdü zaman kimi
........
Gözlədiyim ağ atlı oğlan döndü kabusa
İki günüm toy bayram üçüncü döndü yasa
Ölmək istədim bəlkə iztirablarım susa.
Məni güclə yaşatdı özünə qurban kimi
.......
Gündə neçə yol düşüb çıxdım qaynar qazandan
Bilmədim ondan küsüm ya bəxdimi yazandan
Nə Şəbnəmə yar oldu nə sevgisinə bağban
Dönüb şaxtalı qışa gəldi qar boran kimi
.....
Yar yolunda canımı çox eyləsəmdə fəda
Doğmalaşa bilmədim hər an bənzədim yada
Axan göz yaşım ümman, oldu mən özüm ada
Qəvvas olub dəryada üzməyidə bacardım
........
Vəfasıza uçmağa həran qol qanad oldum
Yenə qəlbində uzaq gözlərində yad oldum
Verdiyi əzablardan nə qədər bərbad oldum
O qədər tab gətirib dözməyidə bacardım
......
Bu zalım zamaniyə oldum günahsız qurban
İnsan bir dəfə ölər mən yüz yolla verdim can
Yalvarıb mətləbimi arzuladım tanrıdan
Düyün düşən bəxdimi çözməyidə bacardım
......
Keşməkeşli həyatın sınağından dərs aldım
İmtahanda meylimi kağız qələmə saldım
Qabarlı əlllərimin zəhmətiylə ucaldım
Alnım açıq üzüm ağ gəzməyidə bacardım
.......
Mənə çətin dərs verdi həyt adlı bu məktəb
Kipiyim qələm oldu göz yaşlarım mürəkkəb
Sonradan ozan oldum mən Hənifə Şəbnəm tək
Dərdimi ağ kağıza yazmağıda bacardım