Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-03-2022, 09:22
ABŞ Ukraynaya ordu yeridir?!


Bayden ağzından qaçırtdı: ABŞ Ukraynaya ordu yeridir..

Polşanın Jeşuv şəhərində amerikalı hərbçilərlə görüşən ABŞ Prezident Co Baydenin çıxışı zamanı söylədiyi fikirlər Rusiya mediasında əks-səda yaradıb.
Ağ Ev rəhbəri amerikalı hərbçilərin Ukraynada vəziyyəti dəyərləndirə biləcəyini söyləyib.
“Siz ora (Ukrayna – red.) gedəndə, hər şeyi öz gözlərinizlə görəcəksiniz”, - deyə Ağ Ev rəhbəri bildirib.
Prezidentin bu çıxışı ABŞ-ın Ukraynaya ordu qüvvələri göndərəcəyi yönündə geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, bundan öncə ABŞ rəsmiləri amerikalı hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşməyəcəyini dəfələrlə bildiriblər.
25-03-2022, 17:01
Tanınmış azərbaycanlı yazıçı Kanadada vəfat etdi

Cənubi azərbaycanlı yazıçı Kanadada vəfat etdi

Azərbaycan əsilli məşhur yazıçı Rza Bərahəni 86 yaşında vəfat edib.
Yazıçının vəfatı barədə oğlu Oktay Bərahəni məlumat yayıb. O bildirib ki, Kanadada mühacirətdə yaşayan atası bu gün Toronto şəhərində dünyasını dəyişib.
Xatırladaq ki, Rza Bərahəni 1935-ci ildə Təbriz şəhərində doğulub. İbtidai məktəb dövrünün bir hissəsi Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumətin dövrünə düşməsi ilə bir müddət türkcə təhsil alıb, lakin hökumətin süqutundan sonra ana dilində təhsil qadağan edilib və bu hadisələr yazıçının gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb.
O, Cənubi Azərbaycandakı ana dili hərəkatının görkəmli nümayəndəsi sayılır. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən R.Bərahəni İrandakı Pəhləvi, daha sonra hakimiyyətə gələn qüvvələrin təzyiqi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalıb.
R.Bərahəni 2001-2003-cü illərdə Kanada “Pen Klubu”nun sədri olub. O, ədəbiyyat sahəsində "Nobel" mükafatına namizəd göstərilsə də, sonradan namizədlər siyahısından çıxarılıb. Buna səbəb iranlı müxaliflərin fəaliyyəti olduğu bildirilib.
25-03-2022, 16:53
16 kq narkotik müsadirə edildi

Polis əməliyyat keçirdi: 16 kq narkotik müsadirə edildi

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 16 kiloqrama yaxın əsasən güclü təsir edən xassəyə malik olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
25-03-2022, 16:44
Zakir Həsənov Şoyqu ilə danışdı


Zakir Həsənov Şoyqu ilə danışdı

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
25-03-2022, 16:15


Avropa İttifaqının ilk müdafiə strategiyası təsdiqləndi
Avropa İttifaqının ilk müdafiə strategiyası təsdiqləndi

Avropa İttifaqının (Aİ) 27 dövlətinin liderləri İttifaqın növbəti beş-on il üçün “Strateji Kompas” adlanan ilk ümumi müdafiə və təhlükəsizlik strategiyasını təsdiqləyib.
“RİA Novosti” verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” hesabında bildirib.
Bu həftənin əvvəlində sənəd Aİ xarici işlər nazirləri tərəfindən razılaşdırılıb.
Sənəddə deyilir ki, Ukraynadakı münaqişə, dünyada baş verən geosiyasi dəyişikliklər Aİ-nin öz baxışını müdafiə etmək və maraqlarını qorumaq qabiliyyətini şübhə altına alır: “Biz strateji rəqabət və mürəkkəb təhlükəsizlik təhdidləri, regionumuzda və onun hüdudlarından kənarda artan münaqişələr, silahlı təcavüzlər və qeyri-sabitlik mənbələri mühitində yaşayırıq ki, bu da böyük humanitar iztirablara və əhalinin yerdəyişməsinə səbəb olur”.
Sənəddə həmçinin vurğulanır ki, Aİ yaranan böhranlara təkbaşına və ya tərəfdaşları ilə birlikdə cavab verə bilməlidir. Bununla əlaqədar “Strateji Kompas” 5000 nəfərlik korpusdan ibarət Avropa çevik reaksiya qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur.
Ölkələr həmçinin Vahid Müdafiə və Təhlükəsizlik Siyasəti çərçivəsində dənizdə və quruda müntəzəm birgə təlimlər keçirməli, hərbi səfərbərliyi artırmalı, mülki və hərbi missiyaları gücləndirməli olacaqlar.
Bundan əlavə, sənəddən belə çıxır ki, daha güclü Avropa NATO və transatlantik əməkdaşlığın rolunun azalması mənasına gəlmir, əksinə onun üzvləri üçün kollektiv müdafiənin əsası olmaqda qalan alyansı gücləndirəcək.
24-03-2022, 20:43
QHT Agentliyinin maliyyə yardımı ilə “Şərqi Zəngəzur” kitabı nəşr olunub
QHT Agentliyinin maliyyə yardımı ilə “Şərqi Zəngəzur” kitabı nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur” kitabı nəşr olunub.
Müəllif və layihə rəhbəri H.Nərimanoğlu deyir: ötən ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması oldu.
“Füyuzat” nəşriyyatında yeni çapdan çıxan kitabda keçmiş məcburi köçkün vətəndaşlarımızın doğma dədə-baba yurdlarına qayıdışına mənəvi dəstək nəşrdə əsas məqsəd, ümdə qayə olaraq qırmızı xətt kimi keçir.
220 səhifəlik rəngli nəşrdə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şərqi Zəngəzur bölgəsinə səfərləri, fəaliyyət proqramlı çıxışlarında qarşıya qoyduğu vəzifələrə həsr olunmuş materiallar xüsusi yer tutur.
Kitabda 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsinə daxil olan bu rayonların hər birinin uzaq və yaxın keçmişi, iqtisadi potensialı, təbii sərvətləri, I və II Qarabağ müharibəsi tarixi ayrı-ayrı oçerklərdə əks olunub. Zəngəzur mahalının tarixi keçmişi, hazırda işğaldan azad edilmiş bölgələrdə aparılan geniş miqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturlarının yenidən dirçəlişi, Şərqi Zəngəzurun gələcək mənzərəsi, inkişaf perspektivləri kitabda sənədlər, foto-informasiya, analitik təhlillərlə qələmə alınıb. Müəllifin Vətən müharibəsinin ilk günündən başlayaraq yazdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli məqalələrinin bir hissəsi də kitaba daxil edilib.
Filologiya elmləri doktoru, professor Əliağa Cəfərovun redaktorluğu və ön sözü ilə buraxılan nəşr Şərqi Zəngəzur bölgəsinin tarixinə və bu gününə həsr olunmuş ilk elmi, publisistik kitabdır.
Kitabın nüsxələri işğaldan azad edilmiş rayonlar ilk sırada olmaqla, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına paylanır.
24-03-2022, 19:11
“Qoruqlar  oğlanları”


“Qoruqlar oğlanları”

1918- ildə Zəngəzurdan qaşqın gələnlərdən 3 nəfər var idi. Alverdi, Qəhrəman və Mahmud. Onlar qaçqınların toplum şəkilində yaşadıqları əraziyə Qoruqlar adı vermişdilər. Çünki həmin ərazi əvvəllər qoruq idi. Zəngəzur da Oxçu, Şabadin ilə birlikdə Buğacıq kəndini də ermənilər yandırıb külə döndərmişdilər. Ailələri dağılmış və itkin düşmüşdür. Onlar isə həyatlarını yenidən qurmaq üçün Ordubadın Qoruqlar kəndində məskən salmışdırlar. Subaylar evlənib həyatın qeyri müəyyən qanunlarına tabe olurdular. Böyük qardaş Alverdi kişi Zəngəzur qaçqını Mələklə ailə qurur. Qəhrəman isə Kurud kəndindən olan Əsədin bacısı Nənəxanımı özünə ömür gün yoldaşı seçir. Kiçik qardaş Mahmud isə Müsəlləmli Güllü adında bir xanımla ailə həyatı qurur.
Qəhrəman II dünya müharibəsində həlak olub.Övladı yoxdur.
Mahmud və yoldaşı Güllü vaxtsız vəfat etdikləri üçün Sürəyya adında qız övladı əmisi Alverdi kişinin himayəsində qalır. Alverdinin 3 oğlu olur. Abbas ,Əli və Rza (bizlər İrza deyərdik) Alverdi kişi ovladlarına Zəngəzurun keçmiş vaxtından və qaçqınçılıq düşənədək danışır, onlara keçmişi anladırdı. Orda qalan qohumlardan söhbət açardı. Kurud kəndində yaşayan xalası uşqalarından danışardı. Xalası uşaqları dövrünün oxumuş, məlumatlı adamları idilər. İstər dini, istərsə də dünyəvi elmləri mənimsəmişdirlər. 1930- cu illərdə ermənilərlə ara sakitləşən vaxtı onlar Ordubada gələrək qohumlarını tapırlar. Onlar Nəcəf şəhərinə təhsil almaq üçün gedən vaxtı Alverdi kişi ilə görüşürlər. Bütün bunları Alverdi kişi oğlanlarına danışardı. Xalası uşaqları Molla Əbdülsalam, Molla Əbdürrəhim və kiçik qardaşları Bilal idi. Onlar Kurud kəndini igidlərin hesabına ermənilərə təslim etməmişdirlər. Ta 1988- ci ilə qədər burada əhali yaşayıb. Allah dünyasını dəyişənlərə rəmət eləsin.
Onlardan qalan övladlar- Əminə, Hacı, Ziyəddin, Canı, Allahyar, Bahadır, Şahsuvar Qoruqlarda qalanlar isə , Abbas, Əli, Rza, Sürəyya həyatlarını davam etdirirdilər. Zəngəsura ən çox meyilli Abbas dayı idi. Qohumlar yada düşdükcə bir az ərik qurusu bir az da tut qurusu götürüb gedərdi Kuruda. Qohumlarla hal-əhval tutardı. Dərdləşərdi. Çox qohumcanlı idi Abbas dayı. Heç kəs onun yanında cürət edib qohumları haqqında bir kəlmə də artıq-əskik danışa bilməzdirlər. Qohumları ilə fəxr edərdi Abbas kişi. Bir dəfə biçin vaxti (İyulun axırında) gedib çıxır Kuruda . Xalası oğlu Ziyəddinin quzeydəki biçin yerini biçilməmiş görüb ,deyir; xaloğlu kərəntini, daşı hazır elə axşam gün əyiləndə bütün zəmini yatmış vəziyyətdə məndən təhvil al.

Rza və Abbas qardaşlar

Abbas dayı belə insan idi . O vaxtlar yeni yaranmış Qoruqlar kəndində yaşayış üçün vacib olanlardan heç nə yox idi. Nə içməli su, nə körpü, nə məktəb, nə də məscid yox idi. Dayısı oğlu Hacırəhimlə birlikdə kənd camaatının köməyi ilə bu işlərin hamısının öhtəsindən gəlnişdilər. İndi kənddə məscid də var, su da, məktəb də, körpü də. Bir sözlə Abbas dayı xeyir işlərdə iştrak edərdi, həm də lap gənc yaşlarından ibadətlə məşğul idi. Həyatın sirlərini bilmək olmur, iş elə gətirdi ki, sovet hakimiyyəti dağıldı dünyaya yollar açıldı, Abbas dayının ürəyindəki arzular çin oldu. O müqəddəs Həcc ziyarətinə getdi. Dünyadan Hacı Abbas kimi köçdü. Allah rəhmət eləsin!
Abbasın ikinci qardaşı Əli dayı idi. Kələkidən evlənmişdi. Elçibəyin bacısı Fizzə xanımı almışdı. Əli dayı çox zarafatcıl adam idi. Ərk elədiyi adama söz atıb zarafat edərdi. Özü də ürəkdən gülərdi. Rəsmi qəşş edərdi. Yadda qalan bir xüsusiyyəti var idi. Gözəl balta düzəldərdi. Sapı da mütləq vən ağacından olardı. Baltaya özündən başqa heç kim dəyə bilməzdi. Ağac kəsmək istəyən gələrdi ki, Əli dayı xahiş edirəm baltanı ver işimi görüm. O da heç kəsə yox deməzdi. Ancaq baltanı gətirərdi ki, bax gör itidirmi, hər şey qaydasındadırsa, beləcə də səndən təhvil alacam.
Məşhəd ziyarətinə getmişdir Əli dayı. Soruşanda ki niyə Həcc ziyarətinə getmirsən deyərdi ki, ay bala qoca vaxtımda birinin xətrinə dəyərəm, birinə bir pis kəlmə işlədərəm bu da mənə yaraşmaz. Buna görə də özümə ehtibar edib Həccə getmirəm. Məşədi Əli Hacı Abbasdan bir neçə ay sonra dünyasını dəyişdi. Allah rəhmət eləsin!
Kiçik qardaşları Rza əmoğlu isə yaşıdları arasında öz fərasəti ilə seçilərdi. İşini planla edərdi. Düşünməmiş bir iş görməzdi. Texnikum qurtarmışdı. Kolxozda baytar həkimi işləyirdi. Baxıb görür ki, kolxozda işləməklə ailə dolandırmaq çətindir, işdən çıxıb düz gedir Kacarana.Yer altında işləməyə. Çünki orda yüksək maaş verirdilər. Aldığı pulla gəlib özünə ev -eşik tikdirir, güzaran qururdu. Sonralar Naxçıvan Geoloji Kəşfiyyat İdarəsində işə düzəlir. Aşxana müdiri olur. Ondan əvvəl çoxları oranı işlədə bilməmişdilər. Ancaq o işin öhtəsindən gəlir. Geologiyada hər yerdən işləyənlər var idi. Bakıdan, Şəkidən , Zəngilandan, Şərurdan hətta Rusiyadan da işləməyə gəlirdilər. Onların hamısını öz dilində danışdırardı. Heç kim ondan inciməzdi. Bir sözlə Vənənd çayı üzrə hamının yanında sözü keçən olub.Ümumiyyətlə dövrünün sayılan kişilərindən olub.Yoldaşı Qəndab xanım mənim bacımdır. Bir birilərini çox istəyirdilər. Qoşulub qaçmışdırlıar. Xoşbəxt idilər. Maşallah 1 oğul, 5 qızları var. Hamısı da ailəlidirlər. Rza əmoğluya da Məkkəni ziyarət etmək qismət olub. Həm Abbasa həm də Rzaya kəndin ziyalısı, iş adamı Emin (Allah rəmət eləsin) müəllim ziyarətə getməyə görə köməklik edib. Allah hamısına rəhmət eləsin!
Bu qeydləri edəndə onların ölüm tarixindəki sıralamanı pozdum. Kaş ki, həyatda da belə olardı.
Mən Ədalətə ədalətsiz, insafsiz deyə səslənirəm. Ədalət əmilərindən və atasından tez dünyasını dəyişdi. Elə bil ki, onları qarşılamaq üçün tez getdi həyatdan. Ədalət tay tuşlarının içində sayılıb seçilən idi. Həmişə camaat arasında olardı. Birliyi sevərdi, toylar yaraşığı idi. Uşaqları ətrafına yığıb “Qoruqlar oğlanları” havasnı oynayardı, yallı gedərdi.
Deyib gülməkdən doymazdı. Elə gülərdi ki, heç kimə bənzəməzdi. Birdən şaqqanaq çəkib gülərdi. Birdən də içində gülərdi bir iki dəqiqədən sonra özünə gələrdi gözləri yaşla dolardı. Yaşıdları hamı onu eşidərdi. Bakıda oturub Kənddəki uşaqlara məsləhət verərdi. Bir də gördün bir xeyir iş olanda hamını yığıb tökürdü Bakıya.
Məhəmmədi kəndində qəbristanlıq üçün 300 kv yer götürmüşdü. Cavanlara da kömək edən olmuşdur. Deyirəm fələyin işinə bax o torpağın ilk qonağı özü oldu.Tez getdi ki, atasını, əmisini özü qarşılasın. Oğlanları Kamrana və Kamala səbr diləyirəm. Allah əmilərinə atasına, özünə rəhmət eləsin!

Adil CAMALOV

Baş çixarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dunyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dunyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadlm bir sevdamı yarımçiq.
Əzab adlı dəyirmandan narın çix,
Keçəcəksən ələyindən dunyanın.

Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasinca palaz kimi sürüdər,
Bərk yapışsan ətəyindən dünyanın.

Bəxtiyar Vahabzadə.





24-03-2022, 13:25

Rusiya ABŞ-a nota verdi


Rusiya ABŞ-a nota verdi
Rusiyanın Ukraynaya hücumlarından sonra ABŞ BMT-nin Nyu Yorkdakı Daimi Nümayəndəliyində çalışan 12 rusiyalı diplomatı ölkədən çıxarıb.
Buna cavab olaraq Rusiya da ABŞ-ın Moskvadakı səfirliyindən yüksək səviyyəli diplomatı arzulanmaz şəxs elan edib.
Rusiya XİN-ə dəvət edilən ABŞ diplomatına isə nota təqdim edilib.
23-03-2022, 21:03
Putinin yaxın adamı istefa verdi


Putinin yaxın adamı istefa verdi – Rəsmi
Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays vəzifəsindən istefa verib.
“Röyters” mənbəsinə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, Çubays hətta ölkəni tərk edib və geri qayıtmaq niyyətində deyil.
Çubaysın istefasını Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiq edib:
“Bəli, Çubays öz istəyi ilə vəzifəsindən istefa verib. Amma ölkədən gedib-getməyib, bu onun öz işidir”.
Qeyd edək ki, Anatoli Çubays Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.
23-03-2022, 21:00
Türkiyə TŞ-də Cənubi Qafqaz müzakirə edildi


Türkiyə TŞ-də Cənubi Qafqaz müzakirə edildi
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. 4 saata yaxın davam edən iclasda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və bu çərçivədə Cənubi Qafqazda baş verən proseslər nəzərdən keçirilib.
Həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılıb.
FETO, PKK, İŞİD başda olmaqla, terror qruplaşmalarına qarşı mübarizə ilə bağlı da müzakirələr olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!