Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən Bütöv.az-a verilən məlumata görə, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib. Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər. Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib. Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib.
Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması bacarıqları yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.
Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf partiyasının deputatları ilə Cümhuriyyət Xalq Partiyasının vəkilləri arasında qarşıdurma baş verib.
Bütöv.az xəbər verir ki, buna səbəb CHP millət vəkili Erkan Aydının Daxili İşlər naziri Süleyman Soylunu tənqid etməsi olub. Vəkil bildirib ki, nazir, barəsində səsləndirilən ittihamlara televiziya proqramında yox parlamentdə cavab verməlidir və nazir gələcək nəsilləri deyil hakimiyyətdə qalmağı düşünür. Qarşıdurmadan sonra iclasa fasilə verilib.
Bütöv.az xəbər verir ki, Rusiya sahillərinə göydən daş düşüb. Həmin anlar Soçi şəhərindən lentə alınıb. Məlumata görə, sürətlə yerə yaxınlaşan daş, dənizə düşməyə az qalmış partlayaraq yoxa çıxıb. Onun milyonlarla dollar dəyərində olduğu güman edilir. Ekspertlər bildirib ki, səma cismi quruya düşsəydi ciddi fəsadlara yol aça bilərdi.
İkinci Qarabağ müharibəsində ölən və itkin düşən erməni hərbçilərinin ailələri İrəvanda yeidən etiraz aksiyasına toplaşıblar.
Bütöv.az xəbər verir ki, Baqramyan prospektini bağlayan ailələr Ermənistan hökumətindən övladlarını haqqlarını tələb ediblər. Əraziyə çox sayda polis və canlı qüvvə cəlb olunub. Bildirilir ki, etirazçılarla polislər arasında qarşdurma yaranıb.
Nəticədə bir neçə şəxs polis tərəfindən saxlanılıb. İrəvan sakinləri etirazlarını davam etdirirlər.
Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib. Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.
“Gərək hər şey televiziyaya çıxa? Kimi dartıb bura gətirirəm? Bu adamlar ağlı başında, huşu yerində olanlardır. Kim adamı məcbur edir? İctimai qınaqdan qorxursunuzsa, vaxtında niyə sahib çıxmırsınız? Sonra deyirlər bu proqramlar nəyə lazımdır”.
Pravda.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. Aparıcı sosial verilişləri tənqid edən həmkarlarına səslənib:
“Lazımdır, bunlar olmasa, ictimailəşməsə, problemə yaxın durmursunuz. Sonra ağzıgöyçək aparıcılar akademik kimi çıxış edirlər. Guya bunlar alim aparıcıdırlar, belə verilişlərə yaxşı baxmırlar. Sizin apardıcığınız verilişləri cibimə qatlayıb qoyaram. Elə veriliş aparmağa nə var? İnternetdən çıxanı qoy qabağına, səhərdən axşama kimi oxu. Ağıllı danışmağa nə var? Gücün çatır gəl belə məsələdə savadını, biliyini ortaya qoy. Çıxış yolu axtar. Düşünün ki, belə proqramlar yoxdur. Adam hara çıxsın? Çıxır, ağzının üstündən vurublar ki, ailə məişət problemidir, özün həll et. Buna görə də ictimai qınaq lazımdır”.
YAŞAT Fondunun əsas fəaliyyətlərindən biri də tibbi xidmətlərlə bağlı idi. Biz də ilk gündən etibarən kordinasiyalı şəkildə çalışdıq. Şəhid ailələri və qazilərin tibbi xidmətlərini təmin etmək üçün bütün cəhdlərimizi səfərbər etmişik.
Axar.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) direktoru Zaur Əliyev YAŞAT Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qruma daxil olan müraciətlər əsasında 9 ay ərzində 7051 şəxsə 9143 tibbi xidmət göstərilib:
“Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 012 və yaralıların 2 525 müraciəti olmaqla, ümumilikdə 5 537 müraciət təmin edilib. 321 qazi cərrahi əməliyyat olunub. 600 şəhid ailəsi və 1600 qaziyə psixoloji xidmət göstərilib”.
“İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər”.
“İSNA”dan verilən məlumata görə, bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.
RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib.
C.Hedayəti bildirib ki, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik:
“Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin çox sayda ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər.
Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars körfəzi vasitəsilə beynəlxalq sulara çıxa bilir, Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”.
Cavad Hedayəti müqaviləyə əsasən qeyd etdi ki, ilk növbədə, yaxın dörd ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək.
Biz bu layihənin pilot mərhələsini cari İran təqvimi ilə ilin sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.
Qeyd edək ki, İran strateji mövqeyi və xüsusi coğrafiyası səbəbi ilə ticarət və tranzit əlaqələrində xüsusi statusa malik olan ölkələrdən biridir və ölkədən bir neçə mühüm beynəlxalq dəhliz keçir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçerslərin qiyməti artıb.
Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,08% artaraq 3,79 ABŞ dolları təşkil edib.
Məlumat üçün qeyd edək ki, mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir.
“Expressbank”ın səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. “Exspressbank”ın xeyli sayda filialları var. Və filiallarda fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, depozitlərin qəbulu, bank kartları, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri göstərilir. Onu da vurğulayaq ki, bankın filiallarında daha çox müştərilərə istehlak kreditləri təklif edilir. Və “Exspressbank”ın ən zəif yeri də məhz budur. Çünki bank faizinin yüksək olması, komissyon xərclər, xidmətin aşağı səviyyədə olması müştərilər tərəfindən ciddi narazılıqla qarşılanır. Son iki ildə bankın aktivləri xeyli azalıb, hətta dəfələrlə bankın bağlanacağı barədə məlumatlar yayılıb. Əslində Azərbaycanda 2015-ci ildə baş verən güclü devalvasiyadan sonra bankların bir çoxunda ciddi böhran yaşandı. “Exspressbank” da bu böhrandan yayına bilmədi. Hətta “Exspressbank”ın rəhbərliyində dəyişiklik edildi, “Express Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilsə də bank əvvəlki vəziyyətinə qayıda bilmədi. Əksinə bankda maliyyə durumu pisləşməkdə davam etdi. Bütün bunlar azmış kimi bankın öz müştərilərinə qarşı sayqısız davaranışı da ciddi rol oynadı. Təsəvvür edirsiniz bankın müştərisi yazır ki, kampaniya ilə bağlı sifariş vermişəm, 5 gündür bankla əlaqə saxlaya bilmirəm, bu bankda müştəri ilə maraqlanan yoxdur. Görəsən, “Exspressbank”ın rəhbərliyi öz reklamında yerləşdirdiyi müştəri məmnunluğunun nə olduğunu başa düşürmü ? Əgər müştəri xidmətdən məmnun olmasa, əlbəttə bank ayaqda qala bilməz. Başqa bir müştəri yazır ki, “Exspressbank”da son zamanlar xidmətin səviyyəsi sıfıra düşüb, proqlamları ləng işləyir, bankın filiallarında işçilərin sayını o qədər azaldıblar ki, saatlarla gözləməli olursan və s. Əlbəttə, bankda işçilərin sayının kəskin azaldılması bankın maliyyə durumu ilə bağlıdır. Başqa bir müştəri isə bankın çatdıracağı bağlamanın itirilməsi ilə bağlı şikayət edir və heç kimə bu bankla əməkdaşlığı məsləhət görmür. Düzdür, bank əhalinin sıx olduğu metro çıxacaqlarında filiallar açmaqla nəyəsə nail olmağa çalışsa da, unudur ki, əsas məsələ müştəri rəyidir. Axı, bu günün müştərisi 10 il əvvəlin mustərisi deyil ee. Bu günkü müştəri narazı qalan kimi sosial şəbəkəyə daxil olub öz narazılığını minlərlə insana çatdıra bilir. Bizim müşahidəmizə görə, yaxın zamanda Azərbaycanda xeyli sayda bank öz fəaliyyətini dayandıracaq. Belə banklardan biri, bəlkə də birincisi, “Exspressbank”dır. Əlbəttə, biz bunu arzulamazdıq. (gundelik baki.com)
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!