Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
25-10-2021, 18:21
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

“Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu münasibətlə bütün qubadlıları və Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb.

Bütöv.az
25-10-2021, 18:19
Şərqi Zəngəzurda yeni hərbi hissə kompleksi açıldı

Qubadlıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı olub.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, Qubadlı rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir.

Bütöv.az
25-10-2021, 15:46
QARA BAĞRIM-   ŞƏHİD ADLIM...

Əllərimiz hələ isti ovuclarda sıxılanda, dizlərimiz təpər tutmamış ağlımıza dolan bir doğmalıq var: Vətən adlı... Kim söylədi, anlatdı bilə- bilmərik. Anamızın südüylə, laylasıyla qanımıza yeridi, canımıza iliyimizə işlədi, vətənlə doğulduq ilk başdan...
Müqəddəslərimizi sayanda Ana və Vətən kəlmələri bəzən yerini dəyişdi. Amma mənəvi dəyərini, ruhumuza dua kimi oxunan ilahi əzəmətini heç dəyişmədi. Bəzən ANA VƏTƏN, bəzən də VƏTƏN ANA oldu bizə...
İlahi həqiqətlər təhlilə buraxılmaz, olduğu kimi hər kəsin ruhunda süzülüb dərk olunar. Heç vaxt valideynimizdən təpki almadıq: bax ha vətən müqəddəsdir!. Amma əvəzində hər birimiz heç olmasa ömrümüzdə bir dəfə də olsun torpağı balaca ovuclarımızda sıxıb onunla dilsiz cismani ünsiyyətə girdik..” Mən” imizin məhz ondan ibarət olduğunu dərk etdik.. Bəs onda niyə sevməyək torpağımızı, canımızı fəda etməyək bizi biz edən, bizdən yoğrulan , bizim yoğrulduğumuz bu ilahi qisməti?..

Müharibənin necə acı bir fəlakət olduğunu hələ tam dərk edib bitirincə artıq ilk şəhidlərimizi dəfn etməyə başladıq... və beləcə alışdıq ŞƏHİDLƏŞMƏYƏ...

Başladığımız yol bizi zirvəyə qədər apardi. Şuşa zirvəsinə qədər. Qələbə zirvəsinə qədər...
Başladığımız yol Azərbaycan tarixinin yeni, həm də qanla yazılan şərəfli qələbəsini doğuran qəhrəmanlıq tarixi idi.Qazandığımız qələbə şirin olduğu qədər, qələbənin qurbanları da biz Azərbaycan xalqı üçün dəyərli, unudulmaz və əbədiyyən müqəddəsdir.
Bu günlərdə ən yeni müharibə tariximizin qəhrəmanlarından olan Fərhad Məhərrəm oğlu Babayevin anım günü qeyd olundu. Tədbir qəhrəman şəhidimizin Siyəzən rayonunda dəfn olunan məzarini ziyət etməklə başladı. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov, RPŞ –nin əməkdaşları, rayonun ağsaqqalları və rayon ictimaiyyəti iştirak edirdi. Tədbir şəhidin ruhuna dualar oxunmaqla başladı. İştirak edən qonaqlar Fərhadın bütün Azərbaycan üçün dəyərli, unudulmaz bir övlad olduğu qeyd etdilər.Daha sonra tədbir Şəhidin yaşadıği evin qarşısında davam etdirildi. Tədbirdə Suraxanı Rayon İcra Başçısı Əziz Əzizov, SRPŞ-nin əməkdaşları iştirak edirdilər. Tədbirdə çıxış edənlər şəhidlərin və onların ailələrinin xüsusi ehtirama layiq olduqlarını xüsusi vurğulayaraq şəhid Fərhad Babayevin valideynlərini qürurla təbrik edərək möhtəşəm qələbədə Fərhadın da payı olduğunu vurğuladılar.

Şəhidin anım günündə valıdeynlərə ən çox qürur verən Müdafiə Nazirliyinin bir qrup əməkdaşının tədbirə qatılması və Fərhadın timsalında bütün şəhidlərimizin ruhuna ehtiram göstərmək borcunun hər bir azərbaycanlının qüruru və fəxarət rəmzi olduğunu qeyd etmələri oldu. Nazirliyin nəfəs alətləri orkestrinin vətənpərvərlik ruhunda çıxışları Fərhadın əbədiyaşar olduğuna inam hissi aşılayırdı...
Yaşadığımız günlər şəhidlərimizn anım günləri ərəfəsi.. Fərqi yoxdu -sənin qardaşın, mənim atam .. Fərhad olsun adı.. Yaranan yeni nəslə edilən dualardan ən fərəhlisi olacaq bu.. Ruhun daha da pərvaz, şad ... İnsanlığın fövqündə duran şəhidim.. Anan gözyaşlarını düz bir il yanaqlarında qurutdu, hıçqırığını ciyərlərində boğdu... Təki sənin ruhun şad olsun... eh...Fərhad... Hələ dastanlar yazılacaq şəninə şəhidim...

SƏHƏR ŞIXƏLİ (mən uşaqkən şəhid olan 23 yaşlı kopə Şıxəli qardaşımın ruhu şad olsun...)
25-10-2021, 13:24
Mahirin komandası darmadağın oldu

Futbol üzrə Polşa çempionatında 12-ci turun oyunları keçirilib.

Bütöv.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Pyast”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl dördüncü məğlubiyyətidir.

Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu sonadək mübarizə aparıb.

12 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
25-10-2021, 13:12
Ermənistan parlamentinin sədri "satqın" və "qatil" şüarları ilə qarşılandı - VİDEO

Ermənistan parlamentinin sədri Alen Simonyan Kiprdə öz həmvətənləri tərəfindən "satqınlar", "ermənilərin qatilləri" təhqirləri və etiraz aksiyası ilə qarşılanıb.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntüləri Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki hesabında paylaşıb.

Videogörüntüdə Kiprdə Ermənistan Milli Məclisinin spikerinin nümayəndə heyətini qarşılanması əks olunur.

Alen Simonyanın avtomobilindən düşməsindən sonra onun gəlişi əleyhinə aksiya keçirən etirazçılar qışqıraraq "satqınlar", "ermənilərin qatilləri", "Səni burada görmək istəmirik", - deyə etiraz etməyə başlayıblar. Qeyd edilir ki, gənclər aksiyaya Ermənistanın baş naziri Nikol Paşinyan rejimini ittiham edən plakatlarla gəliblər.

25-10-2021, 13:09
Paraşütləri havada toqquşan pilotlar dənizə düşdü - VİDEO

Muğlanın Fethiye rayonunda keçirilən Hava Oyunları Festivalı tədbirləri çərçivəsində Babadağdan paraşütlə uçan 3 türk pilotu havada toqquşaraq dənizə düşüb.

Bütöv.az xəbər verir ki, xəstəxanaya aparılan pilotlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd olunub ki, 1500 metrdən uçuş həyata keçirən Çağdaş Türkmen, İbrahim Qars və Murat Can Sak havada toqquşub. Toqquşmadan sonra yamac pilotların hər 3-ü dənizə düşüb.
Həmin an çimərlikdə hazır vəziyyətdə olan Sahil Mühafizə Komandanlığının heyəti pilotları dənizdən çıxararaq həkim qruplarına təhvil verib.

25-10-2021, 12:48
Koronavirusun daha çox zədələdiyi orqanlar açıqlandı

COVID-19 nəticəsində ən çox zədələnən daxili orqanlar açıqlanıb.

Bütöv.az xəbər verir ki, bu barədə rusiyalı virusoloq Yevgeni Timakov “Vesti FM” radiosunun efirində məlumat verib.
O, koronavirusun daha çox ağciyərləri sıradan çıxardığını bildirib.

Həkimin sözlərinə görə, bağırsaqlar və qaraciyər də ölümcül virusun hədəfində olan vacib orqanlardandır.

Timakov COVID-in bağırsaqlar və qaraciyərə mənfi təsirini daha təhlükəli hesab etdiyini vurğulayıb. Belə ki, birinci halda immunitet daha da zəifləyir ki, bu da virusa qarşı mübarizəni mümkünsüz edir.

İkinci halda isə qanın təmizlənməsi prosesi əngəllənir və ölümlə nəticələnə biləcək toksik zəhərlənmə ehtimalı yaranır.
25-10-2021, 12:13
Mehriban Əliyeva Qubadlıdan görüntü paylaşdı - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıdan foto paylaşıb.

Bununla bağlı Mehriban Əliyeva “Instagram” hesabında paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:




Bütöv.az
25-10-2021, 12:09
Deputatın statusundakı səhvlər gülüş hədəfi oldu

Milli Məclisinin deputatı Cavanşir Paşazadənin Feysbukda yazdığı statusdakı qrammatik səhvlər şəbəkə istifadəçilərinin gülüş hədəfi olub.

Axar.az xəbər verir ki, o, Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qisməndə iştirak edib.

Bununla bağlı etdiyi paylaşımda isə ciddi qrammatik səhvlərə yol verib. İstifadəçilərin tənqidindən sonra isə C.Paşazadə statusu silib.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri ötən gün keçirilib.



Bütöv.az
25-10-2021, 11:55
BDU-nun müəllimi də OLİQARX ÇIXDI...

Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumlar tərəfindən keçirilən şübhəli tenderlər barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlara rast gəlmək olar. Şəhər İcra Hakimiyyətinə tabeli Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən satınalmalar yolu ilə dövlət vəsaitlərinin talaması barədə də az məlumat yoxdu. Belə bir şübhəli tender də sözügedən qurum tərəfindən bu günlərdə keçirilib.

Dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumata görə Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşlarının xidməti fəaliyyəti üçün standartlara uyğun lazım olan şəraitin yaradılması məqsədi ilə “İnzibati bina”nın icarəyə götürülməsi satın alınması üzrə 83 396.5 manat məbləğində satınalma müaviləsini 22.10.2021-ci il tarixdə fiziki şəxs RAMİL MAHİR OĞLU ASLANOV ilə bağlayıb.

Tenderin şərtlər toplusunda icarə müqaviləsinin 5,5 ay müddətinə bağlanması nəzərdə tutulur. Bu isə ayda təxminən 1300 manat deməkdir. Obyektin ünvanı isə şərtlər toplusunda nədənsə göstərilməyib.

Aktualinfo.org-un internet resusrsları üzərindən apardığı araşdırmalarda Ramil Mahir oğlu Aslanovun adının Bakı Dövlət Universitetində Hüquq fakultəsinin professor-müəllim heyyətinin sıralarında keçdiyi məlum oldu. Hüquq elmləri namizədidir. Konstitusiya hüququ kafedrasının müəllimidir.
Çox güman ki, bu Naftalan şəhərinin sabiq deputatı olmuş, biznesmen Mahir Aslanovun oğlanlarından biridir. Qeyd edək ki, bir müddət əvvəl dövrü mətbuatda sabiq deputatın özü və oğlanlarının biznes şəbəkəsi barədə çoxsaylı məlumatlar yayılmışdı. Naftalan şəhərində “Kəpəz” müalicə sağlamlıq sanatoriyasının, Bakıdakı HAPPY İNN HOTEL və “Kəpəz” mebel salonlarının, Rumıniyanın paytaxtı Buxarestdə uzun illərdir fəaliyyət göstərən NİCO KAPAZ SRL şirkətinin də sabiq deputat Mahir Aslanova məxsus olduğunu dövrü mətbuat açıqlamışdı.

Bakı Dövlət Universitetində Hüquq fakultəsinin müəllimi Ramil Aslanovun e-mail adresinin məhz “info@kapaz-group.com” olması, onun “Kəpəz” brendlərinə sahib sabiq deputat Mahir Aslanovun oğlu olduğunu bir daha təsdiq edir.

Xatırladaq ki, sabiq deputatın oğlanları barədə də dövrü mətbuatda çaxsaylı məlumatlara rast gəlinir. Məsələn 2015-ci ilin yanvar ayında 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı avtomobillə avtoxuliqanlıq edən sürücünün Mahir Aslanovun oğlu Famil olduğunu da mətbuat üzə çıxarmışdı.

Mahir Aslanovun digər oğlu, Məhəmmədəli Aslanovun isə hazırda Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!