24-07-2017, 10:59
Butov.az xəbər verir ki, öllkədə modul tipli məktəblərin quraşdırılması davam edir. Bu günədək 30 modul tipli məktəb quraşdırılıb, 35 məktəbdə isə bu sahədə iş davam etdirilir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.
24-07-2017, 10:55
Butov.az xəbər verir ki, Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək.
24-07-2017, 10:31
Butov.az xəbər verir ki, Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
24-07-2017, 10:25
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.
23-07-2017, 21:07
Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib.
23-07-2017, 18:55
Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında dünyasını dəyişib. Bu barədə Modern.az-a şairin yaxınları məlumat verib.
22-07-2017, 10:42
Bu yolda o, böyük çətinliklər çəkdi, çünki Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almalıydı, o icazəni aldı da. Axı məqsədi olanların əziyyətlərə baxmayaraq ona çatması üçün vasitələri də olur. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxdı. “Əkinçi” qəzeti 1875-1877-ci illər ərzində fəaliyyət göstərərək 56 nömrəsi işıq üzü görə bildi. Çünki çar Rusiyası qəzetin insanların maariflənməsində müstəsna rol oynadığını bildi və beləcə, qəzetin nəşri dayandırıldı.
22-07-2017, 10:15
Butov.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
22-07-2017, 10:10
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.
21-07-2017, 20:23
Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.