Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
28-02-2026, 21:38
İran Bəhreyndəki ABŞ bazasını vurduğunu açıqladı


İran Bəhreyndəki ABŞ bazasını vurduğunu açıqladı

İran Bəhreyndə ABŞ-a məxsus baza və digər hədəflərin vurulduğunu bəyan edib.
İran dövlət televiziyasının məlumatına görə, ABŞ və İsrailin ölkəyə hücumlarına cavab olaraq İran ordusu Bəhreyndə yerləşən ABŞ bazasını kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıb.
Dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdə kamikadze PUA-nın ABŞ-a məxsus olduğu ehtimal edilən bazanı vurduğu əks olunub.
Xəbərdə Bəhreyndə ABŞ-a məxsus digər hədəflərin də vurulduğu bildirilib.
Digər tərəfdən, Bəhreyn Daxili İşlər Nazirliyi paytaxt Manama şəhərində bəzi binaların hədəf alındığını açıqlayıb.
Nazirliyin bəyanatında qeyd olunub: “Manamada bəzi yaşayış binaları hədəf alınıb. Mülki Müdafiə qrupları hücumdan zərər çəkən ərazilərdə yanğınsöndürmə və xilasetmə işlərini davam etdirir.”
Sosial mediada yayılan görüntülərdə İrana məxsus olduğu ehtimal edilən kamikadze PUA-nın hündürmərtəbəli binaya çırpılaraq güclü partlayışa səbəb olduğu görünür.
28-02-2026, 21:26
İran Küveyt Beynəlxalq Hava Limanını PUA-larla vurub


İran Küveyt Beynəlxalq Hava Limanını PUA-larla vurub

İran pilotsuz uçuş aparatlarından istifadə edərək Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib.
Məlumatı Mülki Aviasiya İdarəsi yayıb.
Bildirilib ki, hücum nəticəsində hava limanına cüzi ziyan dəyib, bir neçə əməkdaş xəsarət alıb. T1 terminalına zərər dəyib. Hazırda ərazidə fövqəladə xidmət orqanları fəaliyyət göstərir.
Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana qarşı “Şir nəriltisi” adlı preventiv əməliyyata başladığını açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun bu hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın “Epik qəzəb” adlandırıldığını açıqlayıb.
Buna cavab olaraq İran İsrail istiqamətinə onlarla ballistik raket atıb. İsrail Müdafiə Ordusu (SAXAL) buraxılış faktını təsdiqləyib. Bundan əlavə, İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını da hədəfə alıb və əməliyyatı “Doğru vəd 4” adlandırıb.
28-02-2026, 20:54
İranda həlak olan şagirdlərin sayı 85-ə çatıb - YENİLƏNİB


İranda həlak olan şagirdlərin sayı 85-ə çatıb - YENİLƏNİB

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır.
Hadisə zamanı ölən şagirdlərin sayı 85-ə, yaralıların sayi isə 92-ə çatıb.
28-02-2026, 20:50
Azərbaycan XİN İranla bağlı tərəfləri təmkinli olmağa çağırıb


Azərbaycan XİN İranla bağlı tərəfləri təmkinli olmağa çağırıb

“Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur”.
Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı regional hərbi eskalasiyaya dair bəyanatda öz əksini tapıb.
Bəyanatda deyilir:
“Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”.
28-02-2026, 20:12
İranda universitetlər bağlandı


İranda universitetlər bağlandı

İranda bütün ali təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Ölkənin Elm Nazirliyi ABŞ və İsrailin hücumları fonunda universitetlərin ikinci rəsmi açıqlamaya qədər bağlanacağını bildirib.
Qeyd olunub ki, yataqxanalarda qalan tələbələr rektorluqların dəstəyi ilə yaşadıqları şəhərlərə yola salınır. Tədrisin hansı formatda davam etdiriləcəyi ilə bağlı qərar yaxın günlərdə açıqlanacaq.
28-02-2026, 18:12
İran Qətərdə ABŞ-a məxsus erkən xəbərdarlıq radarını vurdu


İran Qətərdə ABŞ-a məxsus erkən xəbərdarlıq radarını vurdu

İran İnqilab Keşikçiləri Korpusu Qətərdə yerləşən və 5 min kilometr mənzilli ABŞ-a məxsus FP132 erkən xəbərdarlıq radarının məhv edildiyini açıqlayıb. Bildirilib ki, radar balistik raketləri izləmək üçün xüsusi avadanlıqlarla təchiz olunmuşdu və tamamilə sıradan çıxarılıb.
Qətər Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi Al Jazeera telekanalına açıqlamasında ölkənin şimalında yerləşən erkən xəbərdarlıq radarının vurulduğunu təsdiqləyib. Hücum nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib, ziyanın miqyası isə qiymətləndirilir.
Hadisə İsrail və ABŞnin İrana endirdiyi zərbələrdən sonra baş verib. Zərbələr zamanı Tehran, İsfahan, Təbriz və digər şəhərlərin hədəf alındığı bildirilib. Buna cavab olaraq İran İsrailə onlarla ballistik raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.
Eyni zamanda İranın Bəhreyn, BƏƏ, Küveyt, Qətər və İordaniyadakı ABŞ bazalarını da hədəfə aldığı, Bəhreyndəki ABŞ donanma obyektinin vurulduğu qeyd olunub. Regionda gərginlik yüksək olaraq qalır.
28-02-2026, 18:06
İran Abu Dabiyə raket atıb


İran Abu Dabiyə raket atıb

İran şənbə günü ABŞ və İsrailin zərbələrinə cavab olaraq bir neçə Körfəz Ərəb ölkəsinə raket hücumu həyata keçirib.
Hadisə regionda təhlükəsizliyi ilə seçilən ərazilərə də münaqişənin yayılmasına səbəb olub.
Birləşmiş Ərəb Əmirlikləri dövlət mediası Abu Dabidə bir nəfərin öldüyünü açıqlasa da, əlavə detal verməyib. Küveyt, Qətər, BƏƏ və İordaniya İran raketlərinin hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini bildirib.
İranın İran İnqilab Keşikçiləri Korpusu isə açıqlamasında bölgədəki “ABŞ bazalarının və işğal olunmuş ərazilərin” raketlərlə vurulduğunu və əməliyyatların davam edəcəyini bəyan edib.
Bəhreyn ərazisində də hücum faktı təsdiqlənib və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması xidmət mərkəzinin zərbə aldığı bildirilib. Abu Dabidə və Qətərin paytaxtı Dohada güclü partlayış səsləri eşidilib, əhaliyə sığınacaqlara çəkilmək barədə xəbərdarlıqlar göndərilib.
Hücumlar fonunda beynəlxalq aviaşirkətlər Yaxın Şərq üzərində uçuşları dayandırıb, İran hava məkanı isə demək olar ki, boş qalıb. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
28-02-2026, 17:58
İranın müdafiə naziri və SEPAH-ın rəisi öldürüldü - KİV


İranın müdafiə naziri və SEPAH-ın rəisi öldürüldü - KİV

İranın müdafiə naziri Əziz Nəsirzadə və SEPAH-ın rəisi Məhəmməd Pakpur İsrailin hücumları nəticəsində öldürülüb.
Bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Mənbələr adıçəkilən şəxsləri öldürüldüyünə inanır.
28-02-2026, 17:49
İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu


İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu

İran raketi Küveytdə İtaliya qoşunlarının yerləşdiyi hərbi bazaya dəyib.İtaliya xarici işlər nazirinin sözlərinə görə, bazada təxminən 300 italyan əsgəri var və heç kim xəsarət almayıb.
Meloni bununla bağlı Nazirlər Kabinetini toplayıb.
İtaliyanın Baş naziri Corcio Meloni hökumətin ölkənin Küveytdəki hərbi bazasına hücumu təsdiqləməsindən sonra Nazirlər Kabinetinin təcili iclasını keçirib.
İtaliya hökuməti hücumda heç bir itki olmadığını təsdiqləyib.
28-02-2026, 17:43
İsraildən yeni hücumlarla bağlı XƏBƏRDARLIQ


İsraildən yeni hücumlarla bağlı XƏBƏRDARLIQ

İsrailin Daxili Cəbhə Komandanlığı hava təhdidi xəritəsini dərc edib və İrandan yeni hücumlar barədə xəbərdarlıq edib.
Bu barədə İsrail KİV-i məlumat yayıb.
İran ABŞ və İsrailə qarşı əməliyyatını "Əsl Vəd 4" adlandırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!