57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
11-12-2024, 16:22
Suriya hakimiyyətinə lazımi kəşfiyyat məlumatları vermişdik - Xamenei


Suriya hakimiyyətinə lazımi kəşfiyyat məlumatları vermişdik - Xamenei

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xamenei Tehranın Suriyaya kömək edib-etmədiyi məsələsindən danışıb.
İmam Xomeyni Hüseyniyyəsində müxtəlif təbəqələrdən olan vətəndaşla görüşdə Xamanei deyib:
“Biz Suriya hökumətinə kömək etdik, lakin Suriya hökumətinə kömək etməmişdən əvvəl Suriya hökuməti bizə kritik anda həyati yardım göstərdi. Çoxu bunu bilmir. Hamının Səddam üçün və bizə qarşı çalışdığı bir vaxtda Suriya hökuməti gəlib bizim xeyrimizə və Səddamın əleyhinə böyük və qətiyyətli addım atdı. Aralıq dənizinə, oradan da Avropaya neft daşıyan, pulu Səddamın cibinə gedən neft borusunu kəsdi. Suriya hökuməti özü bu neft tranzitindən faydalanacaq və pul alacaqdı. Lakin o, bu puldan imtina etdi. Təbii ki, İslam Respublikası bu xidməti mükafatsız qoymadı. Bir neçə ay əvvəl Suriya hakimiyyətinə lazımi xəbərdarlıq və kəşfiyyat məlumatları vermişdik. Bilmirəm həmin məlumatlar yüksək ünvanına çatdı, ya çatmadı. Amma bütün bunların ola biləcəyini qabaqcadan demişdik!”.
Ayətullah Suriyadakı hadisələrdən dərs çıxarmaq lazım olduğunu vurğulayıb.
“Düşmənə etinasız yanaşmaq olmaz. Düşməni kiçik hesab etmək olmaz, düşmənin təbəssümünə də güvənmək olmaz, çünki düşmən bəzən təbəssümlə danışır, ancaq kürəyində xəncərlə hücuma keçmək üçün fürsət gözləyir”, - deyə o bildirib.
Ayətullah Xamenei çıxışının sonunda İran xalqını hazırlıqlı olmağa çağıraraq, bölgədə İsrailin və Qərbin əl-qlunun kəsiləcəyini vurlayıb..
11-12-2024, 16:04
Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi


Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi vəzifəsinə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11-12-2024, 15:50
Məşhur müğənninin 3 mərtəbəli binası çökdü - FOTO


Məşhur müğənninin 3 mərtəbəli binası çökdü - FOTO

Ötən gün axşam saatlarında Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli binada qismən çökmə baş verib.
Bu barədə DHA məlumat yayıb.
Balat məhəlləsində baş verən çökmədən sonra ətrafdakı insanlar əraziyə polis və təcili yardım çağırıb.
Sahibsiz binanın yanındakı üç binanın sakinləri ehtiyat tədbiri olaraq təxliyyə edilib. Binanın yerləşdiyi yolun bir hissəsi də uçub.
Türkiyə mətbuatı yazıb ki, çökən bina məşhur müğənni Gökhan Özoğuza (Athena) məxsusdur.

11-12-2024, 15:35
Əsəd Suriyadan necə qaçıb? - Şok detallar AÇIQLANDI


Əsəd Suriyadan necə qaçıb? - Şok detallar AÇIQLANDI

Suriya Prezidenti Bəşər Əsədin ölkəsindən necə qaçması ilə bağlı bir sıra detallar açıqlanıb.
Bu barədə "Bloomberg" informasiya agentliyi anonim mənbələrə istinadən yazıb.
Nəşr yazır ki, Rusiya kəşfiyyatı Əsədi müxalifətə məğlub olduğuna inandırıb. Onun ölkədən qaçması Suriyadakı Rusiya aviabazasından təşkil edib. Bildirilir ki, Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.
Əsədin təyyarəsinin izlənilməməsi üçün transponder söndürülüb. Mənbələr deyir ki, Əsədə ölkəni tərk etmək üçün təhlükəsiz yol təklif edilib.
Rusiya xarici işlər nazirinin müavini Ryabkov eks-prezidentin hazırda təhlükəsiz yerdə olduğunu açıqlayıb.
Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra prezident postunu tərk etmək qərarına gəlib. Moskva danışıqlarda iştirak etməyib.
Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Əsədin Rusiyaya getməsini biabırçı qaçış adlandırıb. O, həmçinin prezidentin devrilməsinin səbəbləri kimi korrupsiyaya uğramış sistemin qeyri-populyarlığını, cəmiyyətdə və orduda dəstəyin olmamassı sadalayıb. Üsyançılar Suriyanın keçmiş liderinin tutulmasına görə 10 milyon dollar mükafat təklif ediblər.
Onu da qeyd edək ki, Rusiya hərbçiləri Suriyanın qərbindəki Tartusdakı Xmeymim aviabazasında və logistika mərkəzində yerləşdirilib. Moskva ilə Dəməşq arasında 49 il müddətinə imzalanan müvafiq razılaşmalar 2017-ci ildə əldə olunub.
10-12-2024, 21:50
“Bəzən güclü qızlar da məğlub olur…”


“Bəzən güclü qızlar da məğlub olur…”

REKVİEM

Həsənli Təhminə Vəkil qızı 26 yaşında, ömrünün gənclik illərində bizimlə vidalaşdı. İxtisasca tərcüməçi olan Təhminə 620 balla qəbul olunduğu Qafqaz Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirib. Aspiranturada təhsili üçün Moskvaya yollanır, amma gözlənilməz qan xərçəngi onun arzusunu yarımçıq qoyur. Maariflənmək həvəsi yolunu bu dəfə Bakı Slavyan Universitetində magistratura pilləsinə salır.
İlk dəfə 2021-ci ildə, hələ 23 yaşında yaşıdlarından seçilən, şən, savadlı, qayğıkeş Təhminəyə “kəskin leykoz xəstəliyi” diaqnozu qoyulur. Gənc qız bu xəbər qarşısında o qədər güclü dayanır ki, sadəcə özünü yox, bütün sevənlərini sağalacağına inandırır. Müalicələr alır, vəziyyəti nisbətən yaxşılaşanda sevib-seçdiyi ilə 2023-cü ildə ailə həyatı qurur. Həyatının növbəti xoşbəxt illərinin başlanğıcına hazırlaşdığı zamanda 2024-cü ilin may ayı Təhminə üçün yeni çətinliklər gətirir. Xəstəlik yenidən baş qaldırır, ailəsi onun üçün ümid qapısı taparaq Türkiyənin Ankara şəhərinə üz tutur.Təhminə ailənin ilk övladı və yeganə qızıdır. Böyük qardaşı Təbriz, daha sonra kiçik qardaşı Təhmasib sevimli bacıları üçün donor olurlar. Təhminə üçün xeyli mübarizə aparılır, müxtəlif müalicə üsullarına cəhd edilir. Onu həyatda tutmağı özünə borc bilən ailə mübarizədə tək deyildi, hamının sevimlisi olan Təhminənin qohumları, yoldaşları, onu yaxından tanımasa da öz köməyini, qayğısını əsirgəməyən Azərbaycan xalqı həm maddi, həm mənəvi dəstəyini əsirgəməyib. Amma bütün səylərə baxmayaraq, dekabrın altısında Təhminəmizin bədəni ağır müalicəyə tab gətirə bilmir, o bizimlə vidalaşır…
Ailəsi, onu tanıyanların hamısı Təhminəni çox mehriban, pozitiv, səmimi, hamının könlündə özünə əziz yer tapan biri kimi qiymətləndirir. Getdiyi hər yerdə, hər işdə seçilib. Həyat eşqi ilə yaşayan qız uşaq yaşlarından kitab sevgisi ilə tanınıb. O, maariflənməyi hamıya məsləhət görüb, öz bildiklərini, oxuduqlarını ətrafı, tələbələri ilə həvəslə paylaşıb, kitablarını dəfələrlə xeyriyyə cəmiyyətlərinə bağışlayıb, son gününə qədər özünü yaxşı hiss etdiyi hər an yenə yazıb, oxuyub. Bir an belə başının üstündən ayrılmayan valideynlərinə bildirib ki, həkimlərin dediklərinə baxmasınlar, o sağalacaq, yazdığı kitabı tamamlayacaq, qarşıda onu çox gözəl günlər gözləyir. Qalib olacağından tərəddüd etdiyi heç vaxt hiss olunmayıb. Ondan sevgisini əsirgəməyən ailəsinə, qohumlarına, yoldaşlarına həmişə minnətdar olub, çox şanslı olduğunu dilə gətirib. Sağalacağını, bütün xəstələrə motivasiya mənbəyi olacağını xəyal edib.
Qeyd edək ki, vaxtilə Təhminə rəfiqəsi Gülnurəyə eyni xəstəliklə mübarizədə dəstək olub, amansız xəstəlik o gənc qıza da qıyıb. Güclü mübarizəsində məğlub olan Təhminənin gedişi bütün sevənləri üçün sarsıdıcıdır. Gənc qızımız doğmaların, tanıyanların qəlbində həmişə yaşayacaq. Ailəsinə, sevənlərinə səbir diləyirik…

Aysu Həsənli,
BDU Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi,
Təhminənin doğmalarından biri
10-12-2024, 21:15
Azərbaycanlı tələbələr Romada toplanıblar


Azərbaycanlı tələbələr Romada toplanıblar

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan İtaliya Məzunlar Assosiasiyasının (AZİAA) birgə təşkilatçılığı iləİtaliyanın paytaxtı Roma şəhərində azərbaycanlı tələbə vəməzunlarla ilk görüş keçirilib.

Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunaraq, həyatı və zəngin dövlətçilik irsi ilə bağlı çıxışlar edilib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vəbu siyasətin ölkənin qlobal arenadakı mövqeyinin gücləndirilməsindəki müstəsna rolundan danışıb. Vurğulanıb ki, gənclərin sosial, sağlamlıq və təhsillə bağlı problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları dövlətin gənclərə olan qayğısının təcəssümüdür. Müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrində olduğu kimi gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə gənclər sahəsinin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. O, həmçinin, Gənclər Fondu tərəfindən gənclər üçün yaradılan şərait, onların innovativ ideyalarının reallaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi və xaricdətəhsil alan gənclərin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.
Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı gənclərin həmrəyliyinin önəmini vurğulayaraq, ASAP-ın əsas fəaliyyət istiqamətləri, missiyası, məqsədləri, gənclərin beynəlxalq arenada təmsilçiliyi ilə bağlı görülən işlər vəİtaliyada nümayəndəliyin qurulması ilə bağlı təqdimat edib.

Tədbirin şəbəkələşmə hissəsində İtaliyada fəaliyyət göstərən təşkilatlar, universitetlər və qurumlarla əməkdaşlıq, Azərbaycanın İtaliyadakı səfirliyi ilə birgə azərbaycanlı gənclər arasında fəallığın və iştirakın artırılması, İtaliyada yaşayan azərbaycanlı gənclərin maraq və ehtiyaclarına uyğun sahələrin müəyyən edilməsi, gənclərin şəxsi, eləcə də karyera inkişafına yönələn tədbir və layihələr haqqında fikir mübadiləsi aparılaraq, bu istiqamətdə təkliflər dinlənilib.
10-12-2024, 20:50
Türkiyə ordusu Suriyaya girdi


Türkiyə ordusu Suriyaya girdi

Türkiyə kəşfiyyatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyata keçirib.
MİT PKK terrorçularının Suriyadakı vəziyyətdən sui-istifadə etmək istədiyini müəyyənləşdirib. Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 yük maşını, iki tank və iki sursat anbarı məhv edilib.
Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.
Qeyd olunur ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.
10-12-2024, 20:45
Nobel Sülh Mükafatı sahiblərinə verildi


Nobel Sülh Mükafatı sahiblərinə verildi

2024-cü il Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.
Mərasim Osloda baş tutub.
Qeyd edək ki, bu il Xirosima və Naqasaki partlayışlarından sağ çıxanları birləşdirən Yaponiyanın "Nihon Hidankyo" təşkilatına Nobel Sülh mükafatı verilib.
Mərasim ənənəvi olaraq Alfred Nobelin vəfatının ildönümündə - dekabrın 10-da Norveç kral ailəsi və Norveç hökuməti üzvlərinin iştirakı ilə bələdiyyə binasında keçirilib.
Norveç Nobel Komitəsinin sədri Yorgen Vatne Fridnes "Nihon Hidankyo"nun üç nümayəndəsinə Alfred Nobelin qızıl medalı təqdim edib. Mükafat "nüvə silahlarından azad bir dünyaya nail olmaq səylərinə və nüvə silahının bir daha heç vaxt istifadə edilməməsinin sübutunu nümayiş etdirməsinə" görə verilib.
“Mükafat laureatlarının işi nüvə silahı təhlükəsinin azaldılmasına öz töhfəsini verdi. Bu cür sülhməramlı fəaliyyətlərə görə ümumilikdə və ya qismən 13 sülh mükafatı verilib. Norveç Nobel Komitəsi də bu fürsətdən istifadə edərək nüvə silahına qarşı xəbərdarlıq edib. Bu il bu xəbərdarlıq həmişəkindən daha vacibdir”, - deyə Yorgen Vatne Fridnes bildirib.
Mərasimdə Xirosima və Naqasaki bombardmanlarından sağ çıxan 17 yapon iştirak edib. Təşkilatın 92 yaşlı həmsədri Terumi Tanaka nüvə silahlarının aradan qaldırılması üçün lazımi addımların birgə müəyyən edilməsinə çağırıb. 1956-cı ildə yaradılan təşkilat bu illər ərzində müntəzəm olaraq BMT-yə və sülh konfranslarına nüvə silahından tam imtinanı müdafiə edən müxtəlif qətnamə və müraciətlər göndərib.
10-12-2024, 19:43
İlham Əliyev Babuşkinlə nələri müzakirə etdi...


İlham Əliyev Babuşkinlə nələri müzakirə etdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcbur köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial-infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.
Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.
Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.
Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.
İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.
Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.
Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
10-12-2024, 19:12
Bulvarı idarə edən şirkət ləğv edildi


Bulvarı idarə edən şirkət ləğv edildi

Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Dənizkənari Milli Park" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!