Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ .....                        Lavrovla Ceyhun Bayramov danışıqlar apardı .....                        Azərbaycanla Suriya arasında mühüm görüş .....                        Qubada dağlıq ərazi yanır .....                        Əminə Ərdoğan xanım Trampa məktub yazdı .....                        Bu marşrutda da Çin avtobusu istifadə ediləcək .....                        Ümid edirik, Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək - Bakıdan REAKSİYA .....                        Ukrayna öz torpaqlarını verməyəcək - Zelenski .....                        Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü .....                       
20-11-2024, 00:56
Hikmət Hacıyevdən ermənipərəst konqresmenlərə layiqli cavab


Hikmət Hacıyevdən ermənipərəst konqresmenlərə layiqli cavab

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone və senator Ed Markiyə sərt cavab verib.
Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Konqresmen Frenk Pallone və senator Ed Marki Bakıya səfərlərindən sonra ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər.

(I)

1. Senator Ed Marki ilə onun xahişi ilə görüşdüm.

2. Ona xatırlatdım ki, Ermənistanın Azərbaycan xalqına qarşı Xocalı soyqırımından sonra ABŞ Konqresi ədalətsiz olaraq 907-ci Düzəlişi qəbul edib.

3. Qeyd etdim ki, Ermənistanın 30 illik hərbi işğalı və bir milyondan çox azərbaycanlının etnik təmizlənməsi dövründə nə o, nə də həmkarları ədaləti xatırlamayıblar. Əksinə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dəstəkləməyə davam ediblər.

4. Vurğuladım ki, Ukraynada separatizmi dəstəkləyən (və qara siyahıya salınan) və çirkli pulların yuyulması ilə məşğul olan qanunsuz silah alverçisi və oliqarx Ruben Vardanyan da daxil olmaqla, separatçı müharibə cinayətkarlarının cinayətlərinin araşdırılması məntiqi nəticəyə çatdırılacaq və onlar ədalət qarşısında cavab verəcəklər.

5. Bildirdim ki, erməniəsilli sakinlər vətəndaşlıq üçün yalnız fərdi qaydada müraciət edə bilərlər və onların qayıdışı vətəndaşlıq verildiyi təqdirdə ölkəmizin qanunları çərçivəsində nəzərdən keçiriləcək. Lakin bu, yalnız qarşılıqlı və Ermənistandan qovulmuş yerli azərbaycanlı əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel ola bilər.

6. ABŞ-dəki erməni lobbisi siyasi cəhətdən toksik mühit yaratmağa davam edir. Onlar problemin bir hissəsidir. Onlara vəsait toplamaq üçün səbəb lazımdır.

7. Nümayəndələr Palatası və Senatın üzvlərinə erməni lobbisinin alətinə çevrilməkdən çəkinməyi tövsiyə etdim. Biz regionda Ermənistanla sülhə doğru addım-addım irəliləyirik. Lakin bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yerdəki reallığı qəbul etməkdən imtina edir və bizi keçmişə sürükləməyə çalışırlar.

(II)

Palloneyə gəlincə, görünür o, hotel pəncərəsindən yaxınlıqdakı Qənimətlər Parkına – Ermənistanın işğalçı ordusunun məhv edilmiş texnikasının nümayiş olunduğu yerə və Prezident İlham Əliyevin noyabrın 8-də açılışını etdiyi Zəfər Parkına baxarkən psixoloji və əqli stres keçirib. Bəlkə də bu onun illər boyu Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliklərə görə ilahi cəzadır. Prezident İlham Əliyev digər Konqres üzvlərindən fərqli olaraq Pallone ilə görüşmədi. Pallone belə bir audiensiyaya layiq deyil.
Mən də görüşdə iştirak etmək şərəfinə nail oldum. Görüş çox konstruktiv ruhda keçdi. Pallonenin erməni lobbisinə məruzə etdiyi məsələlərin heç biri görüşdə qaldırılmadı. Pallone yenə və yenə də yalan danışır. Onun Azərbaycanda şou düzəltmək cəhdi uğursuz oldu. Vətəndaşlar, o cümlədən məcburi köçkünlər, şəhid ailələri və vətəndaş cəmiyyəti nümayəndələri dinc toplaşmaq hüquqlarından istifadə edərək dinc etiraz aksiyası keçirdilər. Jurnalistlər ondan erməni lobbisindən nə qədər pul aldığını soruşdular. Bu, Pallonenin təşvişinə səbəb oldu. Real hekayənin sonu budur.

“İnsanlar heç vaxt ovdan, müharibədən və ya seçkidən əvvəlki qədər çox yalan danışmırlar”, – o qeyd edib.
20-11-2024, 00:16
Qarakənd faciəsinin 32-ci ildönümü


Qarakənd faciəsinin 32-ci ildönümü

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür. Qarakənd faciəsindən 32 il ötür.
1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.
Həmin şəxslər bunlardır:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

Orxan Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalis

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı

Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər.
Faciədən 31 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.
Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin işğalı altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.
19-11-2024, 22:42
Bu ölkə Ukraynaya qırıcılar verəcək


Bu ölkə Ukraynaya qırıcılar verəcək

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.
Bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
“F-16 ilə bağlı planlarımız dəyişməyib”, - deyə o, Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Danimarkanın Baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.
19-11-2024, 22:18
Fərid Qayıbov onu rəis təyin etdi - FOTO


Fərid Qayıbov onu rəis təyin etdi - FOTO

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin olunub.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Nazirin əmri ilə Elvin İsmayıl oğlu Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsi baş məsləhətçisi, son təyinata qədər Gənclər və İdman Nazirliyinin əməkdaşı olub.

19-11-2024, 21:24
Almaniyalı nazir İrəvana gəldi


Almaniyalı nazir İrəvana gəldi

Almaniyanın xarici işlər naziri Analena Berbokun Ermənistana səfəri başlayıb.
O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Müzakirələrdə ikitərəfli və regional məsələlərin gündəmdə olduğu qeyd edilir.
Qeyd edək ki, Berbok daha sonra Bakıya səfər edəcək.
19-11-2024, 20:26
Türkiyə tarixdə ilkə imza atdı


Türkiyə tarixdə ilkə imza atdı

Türkiyə aviasiya tarixində ilkə imza atıb.
Türkiyə istehsalı "Bayraktar TB3" adlı pilotsuz uçuş aparatı (PUA) qısa uçuş-enmə zolağından enən və qalxan ilk PUA kimi dünya aviasiya tarixinə düşüb.
"TCG ANADOLU" gəmisindən həyata keçirilən uçuş sınağı uğurla başa çatıb.
"Baykar" şirkəti tərəfindən istehsal olunan PUA yerli mühərrik və elektro-optik sistemlərlə təchiz olunub.
19-11-2024, 19:48
67 yaşlı kişi dəm qazından boğulub


67 yaşlı kişi dəm qazından boğulub

Xaçmaz sakini dəm qazından boğulub.
Hadisə şəhərin Rəsulzadə küçəsində baş verib.
Belə ki, 67 yaşlı Təvəkkül Qurbanov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma.
19-11-2024, 19:19
Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı


Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı

ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.
Bu barədə o, feysbuk səhifəsində paylaşım edib.
Qənirə Ataşovanın sözlərinə görə, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün onun hesabına hücum olub. O, paylaşımlarını müvəqqəti olaraq feysbukda edəcəyini bildirib.
Qeyd edək ki, Q. Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşıb, onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.
19-11-2024, 18:45
Sülh sazişi ilə bağlı "top" Ermənistan tərəfindədir


Sülh sazişi ilə bağlı "top" Ermənistan tərəfindədir

Sülh sazişinin imzalanması üçün ilk növbədə onun mətni üzərində işi tamamlamaq lazımdır və mətndə hələ də açıq qalan bəzi məsələlər üzrə razılığa gəlmək perspektivlərini müsbət qiymətləndiririk.
Bunu Azərbaycan Prezidenti xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu yaxınlarda Budapeştə səfəri zamanı "Magyar Nemzet" qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Sülh prosesinin uğurla başa çatmasının əsas maneəsi Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.
"Sülhün davamlılığı və dönməzliyi üçün Ermənistan öz əsas qanununa müvafiq düzəlişlər etməli, Azərbaycanın Qarabağ bölgəsinə iddialarını birdəfəlik istisna etməlidir. Axı münaqişənin ilk günündən onun əsas səbəbi Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları olub. Beləliklə, hətta sülh müqaviləsinin mətnini razılaşdırmaq mümkün olsa belə, Ermənistanın hüquqi və konstitusion bazası da ona uyğunlaşdırılmalıdır ki, sülh sazişi təkcə indiki deyil, həm də Ermənistanın gələcək hökumətlərini yaşaya bilsin. Bu gün, həqiqətən, razılaşmaya nail olmaq üçün çox yaxşı şanslar var, lakin "top" düzgün qərar qəbul etməli olan Ermənistan tərəfindədir".
19-11-2024, 18:17
Ermənistanda qalmaqallı istefa


Ermənistanda qalmaqallı istefa

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyasının deputatı Narek Zeynalyan istefa verib.
Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
O, deputat mandatından imtina etdiyini bəyan edib.
Deputat istefa səbəblərini açıqlamayıb. O, Ermənistan parlamenti səhiyyə komitəsinə rəhbərlik edirdi.
Qeyd edək ki, ötən həftə Ermənistanda ikisi nazir olmaqla 4 yüksək vəzifəli şəxs istefa verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!