Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
17-03-2026, 13:09
Saxta seksual görüntü yaymaq cinayət sayılacaq


Saxta seksual görüntü yaymaq cinayət sayılacaq

Süni intellekt vasitəsilə insanların pornoqrafik və seksual məzmunlu görüntüsünü yaratmaq və yaymaq cinayət hesab ediləcək.
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik haqqında qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur. Həmin dəyişikliklərə görə, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması, həmçinin pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanaraq yayılması cinayət məsuliyyəti yaradacaq.
Bununla yanaşı, layihə ilə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma da müəyyənləşdirilir. Dəyişikliyə əsasən, bu əməllərlə bağlı cinayət təqibi qanunvericilikdə nəzərdə tutulan qaydada, zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçiriləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
17-03-2026, 13:04
Süni intellektlə hazırlanan saxta məzmunun yayımına məhdudiyyət qoyulur


Süni intellektlə hazırlanan saxta məzmunun yayımına məhdudiyyət qoyulur

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişiklik haqqında qanun layihəsində əksini tapıb.
“Media haqqında” qanun layihəsində göstərilir ki, Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərə əsasən,şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.
Həmçinin qanun layihəsinə əsasən, bu cür materialların yayıldığı hallarda Audiovizual Şuranın qərarı ilə yayım 24 saatadək müddətə müvəqqəti dayandırıla bilər. Eyni zamanda, bu materialları ehtiva edən xarici çap mediası məhsullarının ölkəyə gətirilməsi və yayılması da qadağan ediləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
17-03-2026, 12:55
Bəsic komandiri və müavinləri öldürüldü


Bəsic komandiri və müavinləri öldürüldü

İsrail Müdafiə Qüvvələrinin (IDF) İranda gecə saatlarında keçirilən hücumunda Bəsic yarımhərbi qüvvələrinin komandiri Qulamrza Süleymaninin öldürülüb.
Bu barədə IDF məlumat yayıb.
Qeyd olunru ki, Süleymani Bəsic tərəfindən qurulan çadır düşərgəsində olarkən hədəfə alınıb. Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, zərbə nəticəsində Bəsic komandirinin müavini və hərbiləşdirilmiş qüvvələrin digər yüksək vəzifəli şəxsləri də həlak olub.
17-03-2026, 12:50
Ziyanı tam ödəyən məsuliyyətdən azad olunacaq - DƏYİŞİKLİK


Ziyanı tam ödəyən məsuliyyətdən azad olunacaq - DƏYİŞİKLİK

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir.
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır. Maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (doqquz min manatdan on üç min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir. Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması da əlavə edilir.
Layihəyə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Bundan başqa, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 3-cü bəndə əsasən, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
İnzibatı Xətalar Məcəlləsının 410-cu maddəsində də bununla əlaqədar dəyişikliklər nəzərdə tutulur. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində” müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.
17-03-2026, 12:46
Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanıldı


Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanıldı

Artıq 88-lə başlayan nömrə nişanlarının verilməsinə start verilib.
Son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.
Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.
17-03-2026, 12:34
Kəmaləddin Heydərovun oğlunun 1 milyonunu ələ keçirən şəxs həbs edildi


Kəmaləddin Heydərovun oğlunun 1 milyonunu ələ keçirən şəxs həbs edildi

“AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib.
İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.
Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddə ilə yekun ittiham verilib.
Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib.
Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının Üzvü və başqa vəzifələrdə də çalışıb.
17-03-2026, 12:27
Qobu və Saray sakinlərinə ŞAD XƏBƏR


Qobu və Saray sakinlərinə ŞAD XƏBƏR

Qobu və Saray qəsəbələrində təcili tibbi yardım xidmətlərinin filialları açılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Belə ki, mart ayının əvvəlindən Qaradağ Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin Qobu filialı fəaliyyətə başlayıb. Filialın istifadəyə verilməsi ilə Qobu qəsəbəsi ilə yanaşı, ətraf ərazilərdə yaşayan vətəndaşlara da təcili tibbi yardım xidmətinin əlçatanlığı təmin olunub.
Üç otaqdan ibarət olan filialda 1 tibbi briqada fəaliyyət göstərir. Bölməyə 1 ədəd yeni təcili tibbi yardım avtomobili təhkim olunub.
Eyni zamanda Sumqayıt şəhərinin Saray qəsəbəsi ərazisində də yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb. Filialda 7/24 saat olmaqla növbəli rejimdə fəaliyyət göstərən 1 briqada xidmət aparır. İki otaqdan ibarət olan filial 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.
Yeni filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsi sakinlərinə də xidmət göstərəcək. Sözügedən filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bununla da Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb.
Qeyd edək ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanıb.
17-03-2026, 12:23
Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı


Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik sərxoşluğu vəziyyətində olan sürücünü ifşa edərək hərəkətdən kənarlaşdırıb.
Elvin Bağırlı idarə etdiyi “Lada” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən DYP-nin stasionar postunda nəzarət yoxlama qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Elvin Bağırlının narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Təqsiri sübuta yetirilən Elvin Bağırlı qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
17-03-2026, 12:18
İran onları edam etməyə hazırlaşır


İran onları edam etməyə hazırlaşır

İranda ABŞ və İsrailə casusluqda ittiham olunanlar ölüm cəzası ilə üzləşəcəklər,
Bu barədə İran İslam Respublikası Ali Məhkəməsinin baş hakimi Qulam Hüseyn Möhsəni-Ejei xəbərdarlıq edib.
"ABŞ və İsrailin təcavüzkar rejimləri ilə əməkdaşlıq edən müəyyən şəxslərlə əlaqəli aktivlərin müsadirə edilməsi və dondurulması barədə məhkəmə qərarı verilib. Bu bənddə nəzərdə tutulan digər bir cəza isə ölüm cəzasıdır. Bu, məhkəmədən sonra günahkar bilinənlərə qanuni cəzalardan biri kimi tətbiq ediləcək. Xalqın təhlükəsizliyini təhdid etməyə çalışan bütün ünsürləri xəbərdar edirik ki, əgər onlar təhlükə yaratmağa cəhd etsələr, qəti qanuni tədbirlərlə üzləşəcəklər. Heç bir güzəşt olmayacaq", - deyə o, bildirib.
Qeyd edək ki, 15 martda İran Polis Rəisi general Rza Radan hüquq-mühafizə orqanlarının 28 fevraldan bəri düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən 500 nəfəri saxladığını açıqlayıb.
17-03-2026, 12:06
Sabah 17 dərəcə isti gözlənilir


Sabah 17 dərəcə isti gözlənilir

Azərbaycanda martın 18-də havanın 17 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!