Qadın məhkuma telefon keçirən həbsxana işçisinə cinayət işi açıldı .....                        Məzahir Pənahov iclas keçirdi .....                        500 müəllim imtahandan kəsildi .....                        Mikayıl Cabbarova yeni vəzifə verildi .....                        İmişlidə pambıq sahəsi yanır .....                        Hindistan bizi İsrail silahları ilə vurdu - Şahbaz Şərif .....                        Sualı cavablamaq üçün savadım yoxdur - "Şərurlu İsfəndiyar" ifadə verdi .....                        Müəllimlər 65 yaşından sonra da işləyə bilərlər .....                        Putin Lavrova orden verdi .....                       
7-08-2024, 17:41
39 yaşlı kişinin başına beton düşdü


39 yaşlı kişinin başına beton düşdü

Göyçay şəhərində bədbəxt hadisə baş verib.
1985-ci il təvəllüdlü Ucar rayon sakini İsgəndərov Səxavət Aydın oğlu şəhər ərazisində köhnə tikilidə dəmir yığan zaman onun başına beton düşüb.
Ağır xəsarət alan 39 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
7-08-2024, 17:38
Makron Pezeşkianla danışdı: "Gərginliyi azaldın!"


Makron Pezeşkianla danışdı: "Gərginliyi azaldın!"

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bu barədə "Irna" məlumat yayıb.
Makron Yaxın Şərqdə gərginliyin artmasından narahat olduğunu bildirib və İrandan təmkinli davranmağı istəyib.
Pezeşkian İsrailə qarşı Tehranın cavab vermək hüququnu özündə saxladığını və ABŞ və Qərbin HAMAS-ın siyasi liderin öldürülməsindən sonra "passiv davranışını" tənqid edib.
7-08-2024, 17:19
Laçında itkin düşən hərbçilərimizə görə iki nəfər həbs edildi


Laçında itkin düşən hərbçilərimizə görə iki nəfər həbs edildi

İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb. Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovun səbəbindən istiqaməti itirərək itkin düşüblər. Nəşi tapılan hər iki hərbçimiz 2003-cü il təvəllüdlüdür.
İtkin düşən hərbçilərə görə manqa komandiri, MAXE Təbriz Babayev cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, o, səlahiyyətlərini aşaraq əsgərləri digər posta siqaret almağa göndərib və bu zaman hərbi qulluqçular itkin düşüb. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.2, 329.2.6 və 341.3-cü maddələri ilə cinayət işi açılıb.
Təbriz Babayevin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatı Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev də təsdiqləyib.
O bildirib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə iki nəfər məsuliyyətə cəlb edilib.
Məlumata görə, Babayev Təbriz Rasim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.
Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.
7-08-2024, 17:02
Avropa İttifaqından Ukraynaya 108 milyard avro yardım


Avropa İttifaqından Ukraynaya 108 milyard avro yardım

Aİ Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri
Ukraynaya 108 milyard avro yardım ayırıb.
Bunu AK rəhbəri Ursula Von der Leyen X-də yazıb.
"Ukrayna sağ qalmaq üçün bu müharibədə qalib gələcək. Aİ isə nə qədər lazımdırsa, Ukraynanı və Ukrayna xalqını dəstəkləyəcək", - o qeyd edib.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
7-08-2024, 16:50
Erməni spiker Azərbaycanla sərhəddə


Erməni spiker Azərbaycanla sərhəddə

Vayots Dzorda işgüzar səfərə gedən Ermənistan parlamentinin sədri Alen Simonyan Cermukda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub.
Bu barədə Ermənistan spikerinin feysbuk səhifəsində dərc olunan mesajda deyilir.
“Mənim işgüzar səfərim Noravank monastır kompleksindən başladı”, - deyə Alen Simonyan yazıb.
Məlumata görə, o, ictimaiyyəti narahat edən problemlərlə maraqlanıb.
7-08-2024, 16:32
Bina uçdu, 3 nəfər öldü - 1 yaralı var


Bina uçdu, 3 nəfər öldü - 1 yaralı var

Çinin cənubunda yaşayış binasının uçması nəticəsində 3 nəfər ölüb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, daha 1 nəfər yaralanıb,
Fövqəladə hadisə Çjuhay şəhərində baş verib. İlkin məlumatlara görə, hadisəyə səbəb qaz partlayışı olub.
7-08-2024, 16:09
Ukrayna Rusiya ərazisinə girib - Ağır döyüşlər gedir


Ukrayna Rusiya ərazisinə girib - Ağır döyüşlər gedir

Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Ukrayna tərəfi hücumla bağlı heç bir açıqlama verməyib.
Rusiya “Kursk vilayətinin Rusiya-Ukrayna sərhədinə birbaşa bitişik ərazilərində” Ukrayna bölmələri ilə döyüşlərin davam etdiyini açıqlayıb. Moskva Kurska hava və raket zərbələri endirdiyini iddia edib və Ukraynanın Rusiya Federasiyası ərazisinə dərindən irəliləməsinin qarşısının alındığını vurğulayıb.
"Artıq ərazidə yeddi tank, səkkiz zirehli transportyor, üç piyada döyüş maşını və 31 zirehli döyüş maşını da daxil olmaqla 50 zirehli texnika məhv edilib", - Rusiya tərəfinin məlumatında deyilir.
Qeyd edək ki, döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir.
Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər. Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov gecə ərzində raket və dron hücumlarının olduğunu bildirib və mülki şəxslərə pəncərələrdən uzaq durmağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin tezliklə Təhlükəsizlik Şurasını toplayacağı və Kurksdakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. O, hökumət üzvləri ilə görüşdə Kiyevin hərbi təxribatlara əl atdığını bildirib.
7-08-2024, 15:16
Ukrayna PUA istehsalını artıracaq


Ukrayna PUA istehsalını artıracaq

Ukrayna pilotsuz təyyarələrin istehsalını genişləndirmək istəyir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib:
“Artıq bu il üçün istehsalçılarımızdan 1 milyon dron sifariş edilib. Gələn il onların sayı daha çox olmalıdır”.
"Hazırda bütün təfərrüatları açıqlamırıq, lakin dron istehsal gücümüz durmadan artır və biz təkcə dövlət maliyyəsi ilə deyil, həm də dron istehsalımıza sərmayə qoymaq üçün tərəfdaşlarla işləyirik", - deyə o əlavə edib.
7-08-2024, 14:40
Azərbaycan taekvondoçusundan inamlı qələbə


Azərbaycan taekvondoçusundan inamlı qələbə

Azərbaycan taekvondoçusu Qaşın Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
7-08-2024, 13:56
Türkiyə ordusu şəhid verib


Türkiyə ordusu şəhid verib

Türkiyə ordusu şəhid verib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Habip Murat Alp "Pençe-Kilit" əməliyyatı bölgəsində axtarış və yoxlama fəaliyyəti zamanı terrorçular tərəfindən açılan təcavüz atəşi nəticəsində şəhid olub.
"Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı, səbr diləyirik”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!