Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
23-07-2025, 16:40
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası


Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından yeddi aya yaxın vaxt keçir. Ancaq Rusiya rəsmiləri istintaq prosesi barədə Azərbaycana heç bir məlumat təqdim etməyib.
Azərbaycan Rusiyadan günahını etiraf etməsini, təyyarəni vuranların cəzalandırılmasını və ailələrə təzminat ödənilməsini tələb edir.
Rəsmi Bakı, həmçinin təyyarənin vurulmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. "Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq", - Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib.
Qəza zamanı həyatını itirən Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev dövlətin bu qərarına sevindiyini bildirib.
“Dövlətin də bu sahədə bizə dəstəyi çoxdur, amma mənim qızımın və təyyarədə ölən insanların qatilləri buna görə cavab verməlidir. Bizi bu sahədə yönləndirən, kömək edən, əlaqə yaradan olsa Rusiyanı qızını itirən ata kimi mən də məhkəməyə vermək istəyirəm. Dekabr ayından gözləyirik ki, bu cinayətin üstü açılacaq, hələ də gözləyirik”- deyə C. Alıyev qeyd edib.
Xatırladaq ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
23-07-2025, 16:32
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!


Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

24 iyul saat 08:00-dan 25 iyul saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
23-07-2025, 16:18
Kəmaləddin Heydərov mayoru rəis təyin etdi


Kəmaləddin Heydərov mayoru rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinə yeni rəis təyin olunub.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Sözügedən vəzifəyə daxili xidmət mayoru Fəqan Axundov gətirilib.

23-07-2025, 15:54
Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI


Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI

İstanbulda davam edən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə Böyük Britaniyanın müdafiə naziri Con Hili arasında Türkiyənin “Eurofighter” döyüş təyyarəsinin istifadəçisi kimi qəbul olunmasına dair hərtərəfli razılaşmaya yönəlik Anlaşma Memorandumu imzalanıb.
Bu gün imzalanan bu ortaq sənədlə ölkələr arasındakı münasibətlər rəsmi müstəviyə daşınaraq “Typhoon” mövzusunda hərtərəfli razılaşmaya bir addım daha atılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada bildirilib ki, sənəd Türkiyə-İngiltərə tərəfdaşlığının gücünü bir daha təsdiqləyir və NATO çərçivəsində həyata keçirilən, əməkdaşlıq da daxil olmaqla, uzun müddətdir davam edən müdafiə əməkdaşlığı, müdafiə sənayesi və təhlükəsizlik sahələrində inkişaf edən əlaqələrin əhəmiyyəti vurğulanıb. Atılan imzalarla hər iki nazir alyansın birgə çəkindirici gücünü dəstəkləmək məqsədilə bu strateji tərəfdaşlığı daha da dərinləşdirmək öhdəliyini ifadə ediblər.
Qeyd olunub ki, iki ölkə “Eurofighter Typhoon” təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə etməyə davam edir. Türkiyənin Typhoon istifadəçisi kimi qəbul olunması, NATO-nun əsas müttəfiqləri arasında illərlə inkişaf etmiş dostluq əlaqələrini daha da gücləndirəcək və Türkiyənin qabaqcıl hava döyüş qabiliyyətlərini artırmaq istiqamətində mühüm bir addım olacaq. Bu sənəd ölkələr arasındakı əlaqəni rəsmi hala gətirməkdə və “Typhoon” mövzusunda hərtərəfli razılaşmaya doğru atılmış mühüm bir addımı təmsil etməkdədir.
23-07-2025, 15:37
Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO


Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO

Kəlbəcər Böyük Qayıdışa hazırlaşır. İyunun 12-də şəhərə köçəcək ilk 81 ailə arasında püşkatma təşkil olunub.
Püşkatma zamanı ailələrin yaşayacağı bina və mənzillər dəqiqləşdirilib. Köçün nə vaxt başlayacağı hələlik məlum deyil.
Proses iyul ayının sonu, ən geci isə avqustun əvvəllərində həyata keçiriləcək.
Hazırda köç prosesinin logistik və təşkilati məsələləri yekunlaşdırılır.
Qeyd edək ki, əhalinin köçəcəyi binalarda işlər artıq yekunlaşıb.
Həmin binalardan görüntüləri təqdim edirik:


23-07-2025, 00:00
Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir


Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyib.
Hazırda yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdamdan iki yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən bir maşın və işçi qüvvə cəlb olunub.
Yanğın baş verən ərazilərdə ardıcıl olaraq üç dəfə mina partlayışı baş verib. Ərazinin dağlıq relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.

***

22:46

Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.
Yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.
Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
Hazırda yanğın davam edir.
22-07-2025, 23:58
Bütün bucaqlardan- bütöv


Bütün bucaqlardan- Bütöv

Şəxsiyyət kimi bütöv, dost kimi sədaqətli, insan kimi bütün bucaqlardan unikal, Azərbaycanlı kişi kimi sözü kəsəri, ürəyinə dünyalar sığmayan, qələminin ucundan ağsaçlı ulu Vətənin ağrıları, faciələri tarix olub mürəkkəbə çevrilən, qazancı - möhürlənmiş qəlbləri açaraq abidələşən, könüllər SULTANI TAMXİL! Siz "BÜTÖV AZƏRBAYCAN"da ikiyə bölünən Vətənin tarixini öyrənməyin vacibliyi barədə diskusiya açaraq tanınmış ziyalılara geniş meydan vermisiniz. 🌍Dünyada mövcud olan ədalətsizliklərin mahiyyətini açıb göstərmisiniz.
H.B.Zərdabi bir yazısında ciddi bir məsələyə toxunub izah edirdi:" bizim işlərimizə görə qul azad etmək çox böyük savabdır, amma biz bu barədə hər işi gec qanmışıq..." Bu baxımdan "BÜTÖV AZƏRBAYCAN"qəzetinin misilsiz xidmətləri sırasında bu cəhəti xüsusi qeyd etmək lazımdır. Qəzetin sadə, anlaşıqlı dili, üslubu bütövlükdə Azərbaycan ədəbi dilinin inkişafında parlaq mərhələ təşkil edir.
1911-ci ildə F.B.Köçərli, Abdulla Şaiq kimi gənc istedadlı yazıçıların dil öyrənmək (öyrətmək) ənənəsini, 21-ci əsrdə qlobal dünyaya inteqrasiya edən "BÜTÖV AZƏRBAYCAN" tövsiyyə edir.
Zərdabinin uğurlarında coğrafi məkan baxımından M.F.Axundov Tiflisdən. Ə.A. Gorani və N.B. Vəzirov Moskvadan, Əhsənül-Qəvaid (Hacı Məmmədsadıq) Rəştdən, S.Ə.Şirvani Şamaxıdan, Ə.Heydəri Dərbənddən "ƏKİNÇİ" qəzetinə məktublar göndərib əməkdaşlıq edirdisə, "BÜTÖV AZƏRBAYCAN" qəzetinə- təkcə Güneydən deyil, bilavasitə dünya azərbaycanlıları, həm məktublar göndərir, həm də tədbirlərində iştirak edərək müzakirələrdə fəallıq göstərirlər.
Yeri gəlmişkən deyək ki, "ƏKİNÇİ"nin yayım coğrafiyası London, İstanbul, Tehran, Təbriz, Peterburq, Moskva, Həştərxan, Kazan və ümumilikdə Qafqaz regionunu əhatə edirdisə, "BÜTÖV AZƏRBAYCAN" dünyanın ən ucqar bölgəsində internet KİV- in hesabına oxunur, sevilir.

Hamıya yaxşı bəllidir ki, yazılı mətbuat, onun redaktorundan fədakarlıq, realist düşüncə tərzi tələb edən işdir. Peşəkar jurnalist "BÜTÖV AZƏRBAYCAN" qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu və onun yaradıcı heyəti- Azərbaycan jurnalistikası üçün bütövlük məktəbinin nə qədər önəmli olduğunu zamanında təsdiqləyə biliblər! Bu mübarək işin bir adı var. Zamanı qabaqlamaq, fitrət sahibi olmaq!
Budur, hər bir evin ən əziz müsafiri -qruplara, cəbhələrə bölünməkdən yaxasını qurtaran yeganə yazılı mətbuat "BÜTÖV AZƏRBAYCAN" qəzetidir. Azərbaycanı bütöv görmək istəyənlərin qəzetidir!
Yolunuz açıq, Bayramınız mübarək olsun!
Bütövlük sevgisi ilə


Natella Asena

"ZƏFƏR qalası" qəzetinin baş redaktoru, AYB və ALB-nin üzvü
22 iyul 2025.
22-07-2025, 23:47
Məşhur rok musiqiçisi vəfat etdi


Məşhur rok musiqiçisi vəfat etdi

Məşhur britaniyalı rok musiqiçisi Ozzi Osborn vəfat edib.
"Black Sabbath" rok qrupunun təsisçilərindən və olan britaniyalı musiqiçi 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, qrup klassik tərkibdə iyulun 5-də Birmingemdəki "Villa Park" stadionunda vida konserti keçirmişdi.
Osborn iki dəfə Böyük Britaniya Musiqi Şöhrət Zalına və ABŞ-nin Rok-n-Roll Şöhrət Zalına daxil edilib.
Onun Hollivud Şöhrət Xiyabanında ulduzu var və beş "Grammy" mükafatı qazanıb.
22-07-2025, 23:43
Müdafiə Nazirliyi saziş imzaladı


Müdafiə Nazirliyi saziş imzaladı

"IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalanıb.
Bu barədə"Baykar" şirkətinin "X" hesabında məlumat verilib.
"Bu əməkdaşlığın hər iki qardaş ölkə üçün xeyirli olmasını arzulayırıq", - paylaşımda bildirilib.
22-07-2025, 23:26
BMT Ukraynaya görə təcili toplanır


BMT Ukraynaya görə təcili toplanır

BMT Təhlükəsizlik Şurası iyulun 25-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
Bu barədə Təhlükəsizlik Şurasından bildirilib.
Təşkilatdakı diplomatik mənbə qeyd edib ki, Sloveniya, Danimarka, Fransa, Yunanıstan, Koreya Respublikası və Böyük Britaniya Ukrayna məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!