Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
17-03-2026, 12:01
Müctəba Xamenei partlayışdan necə sağ çıxıb... - Detallar sızdırıldı


Müctəba Xamenei partlayışdan necə sağ çıxıb... - Detallar sızdırıldı

İranın yeni Ali Lideri Müctəba Xameneinin Tehrana raket hücumundan necə xilas olduğu barədə yeni detallar açıqlanıb.
Bu barədə “The Telegraph”ın məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, Müctəba Xamenei atası Əli Xameneinin olduğu məkanı İsrailin hava hücumdan bir neçə dəqiqə əvvəl tərk etdiyi üçün sağ qalıb.
Bu barədə İran Prezidenti Aparatının protokol rəhbəri Məzahir Hüseyninin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli komandirlərinə açıqlamasında qeyd edilib. Detallar həmin açıqlamanın səs yazısının sızması nəticəsində məlum olub.
Müctəba, həyat yoldaşı və oğlu ilə birlikdə atasının olduğu eyni yaşayış kompleksində imiş.
M.Hüseyninin sözlərinə görə, 28 fevral səhəri hücumdan bir müddət əvvəl Müctəba həyətə çıxıb və partlayış baş verən zaman çöldə olub. "O, nəsə etmək üçün həyətə çıxıb... Raket binaya dəyəndə çöldən binaya qayıdıb yuxarı mərtəbəyə qalxmaq stəyirmiş", - protokol rəhbəri bildirib.
Hüseyninin sözlərinə görə, partlayış nəticəsində Müctəba "yüngül ayaq zədəsi" alıb və hücum koordinasiyalı şəkildə həyata keçirilib: zərbələr eyni vaxtda ofis kompleksindəki bir neçə yerə dəyib və çox güman ki, bütün Xamenei ailəsini öldürmək məqsədi daşıyıb.
“The Telegraph”ın yazısında qeyd edilib ki, səs yazısı yeni liderin xəsarətlərinin ciddiliyi və ölkəyə rəhbərlik etmək qabiliyyəti ilə bağlı suallar fonunda sızdırılıb. Xamenei müharibə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayıb və iki həftə ərzində ilk açıqlamasını yazılı şəkildə verib.
ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, Müctəba partlayışda "yaralanıb və çox güman ki, eybəcər hala düşüb".
İranın xarici işlər naziri Abbas Əraqçi cavab olaraq bildirib ki, yeni Ali Lider sağlamdır və vəziyyətə tam nəzarət edir.
ABŞ onun haqqında həqiq məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edib.
Xatırladaq ki, 28 fevral tarixində baş tutan hücum nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei həlak olub. Onunla yanaşı, gəlini - Müctəba Xamenei həyat yoldaşı, nəvəsi, qızı və kürəkəni də ölüblər.
17-03-2026, 11:56
Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi


Daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində "Albalılıq elektrik avtobus deposu"nun istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobusa xidmət göstərilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa və Nardaran qəsəbələrini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmət edəcəyi əraziyə kimi daha tez çatmasına və sürətli enerji doldurulmasına şərait yaradır.
Artıq 7 marşrut xətti üzrə (140, 150, 172, 189, 140E, 141E və M8) istifadə olunan avtobusların hamısı yenilənərək tam elektrikləşdirilib.
Qeyd edək ki, sözügedən marşrut xətləri üzrə daha əvvəl istifadə olunan "BMC" markalı ekoloji təmiz avtobuslar isə "BakuBus" MMC tərəfindən paytaxtın digər ərazilərində fəaliyyət göstərən mövcud marşrut xətlərinin gücləndirilməsinə cəlb olunub.
Sərnişin tələbatı və axını nəzərə alınaraq mövcud marşrutlara əlavə nəqliyyat vasitələrinin buraxılması ilə əhalinin ictimai nəqliyyata əlçatanlığı artırılıb, avtobusların yüklülüyü azalıb və xidmət keyfiyyəti yüksəldilib.
Elektrikli avtobuslar yaşıl və dayanıqlı nəqliyyat sisteminin əsas elementlərindən olmaqla atmosferə zərərli qazların buraxılmasını aradan qaldırır, havanın keyfiyyətini yaxşılaşdırır və səs-küyü azaldır. Bu isə ekoloji vəziyyətə və müasir ictimai nəqliyyat sisteminin inkişafına mühüm töhfə verir.
17-03-2026, 01:50
Britaniyadan razı qalmadım - Tramp


Britaniyadan razı qalmadım - Tramp

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın müharibə ilə bağlı mövqeyindən çox təəccübləndiyini bildirib.
Trampın sözlərinə görə, o, iki həftə əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə söhbəti zamanı Londondan bölgəyə hərbi gəmilər göndərməyi xahiş edib.
“İki həftə əvvəl dedim ki, niyə bir neçə gəmi göndərmirsiniz? Amma o bunu etmək istəmirdi”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, Starmerə ABŞ və Böyük Britaniyanın ən qədim müttəfiqlərdən biri olduğunu xatırladıb və Vaşinqtonun Ukrayna məsələsində Londona göstərdiyi dəstəyi vurğulayıb. Onun sözlərinə görə, ABŞ Böyük Britaniyadan iki aviadaşıyıcı gəmi göndərməyi də xahiş edib, lakin London buna həvəs göstərməyib.
Tramp bildirib ki, sonradan Starmer Yaxın Şərqə aviadaşıyıcı göndərməyi təklif etsə də, bu təklif artıq müharibə başa çatdıqdan sonra irəli sürülüb.
“Mən Böyük Britaniyadan razı qalmadım. Düşünürəm ki, onlar bəlkə də iştirak edəcəklər, amma bunu daha həvəslə etməlidirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
17-03-2026, 00:54
Torpaq çərşənbəniz mübarək!


Torpaq çərşənbəniz mübarək!

Bu gün Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.
Digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.
17-03-2026, 00:31
İrandakı müharibə nə vaxt başa çatacaq?


İrandakı müharibə nə vaxt başa çatacaq?

İsrail hökuməti İranla müharibənin nə qədər davam edəcəyi ilə bağlı konkret vaxt çərçivəsi açıqlamayıb.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, rəsmi Təl-əviv qarşıya qoyulan bütün məqsədlərə çatana qədər əməliyyatları davam etdirmək niyyətindədir.
İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Nadav Şoşani isə jurnalistlərə açıqlamasında ordunun qarşıdakı üç həftə üçün detallı əməliyyat planları hazırladığını deyib. Onun sözlərinə görə, bundan sonrakı dövr üçün də əlavə planlar mövcuddur.
Şoşani qeyd edib ki, əsas məqsəd İran hakimiyyətinin hərbi və təhlükəsizlik imkanlarını maksimum dərəcədə zəiflətməkdir. O əlavə edib ki, İsrail ordusunun İran ərazisində hələ də minlərlə hədəfi var.
İsrail hərbçiləri həmçinin Tehranın Mehrabad hava limanında İranın mərhum ali lideri Əli Xameneinin istifadə etdiyi təyyarəni məhv etdiklərini açıqlayıb. Bildirilir ki, həmin təyyarədən İranın yüksək vəzifəli hərbi və mülki rəsmiləri daxili və beynəlxalq uçuşlar üçün istifadə edirdi.
Bununla yanaşı, İsrail ordusu son günlər Livanın cənubunda “Hizbullah” mövqelərinə qarşı məhdud quru əməliyyatlarına başladığını da bildirib. Məqsəd sərhəd istiqamətində müdafiə mövqelərini gücləndirməkdir.
17-03-2026, 00:00
İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik!


İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik!

İran Rumıniyanı ABŞ-ın ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə etməsinə icazə verəcəyi halda, siyasi və hüquqi cavab veriləcəyi barədə xəbərdar edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai həftəlik mətbuat konfransında bildirib. O qeyd edib ki, Tehran digər ölkələri münaqişəyə cəlb olunmamağa çağırır.
“Əgər Rumıniya ABŞ-a öz hərbi bazalarından istifadə etməyə icazə versə, bu, İrana qarşı hərbi təcavüzdə iştirak kimi qiymətləndiriləcək”, – deyə iranlı diplomat vurğulayıb.
Esmail Bəqainin sözlərinə görə, belə bir addım beynəlxalq hüquq baxımından qəbuledilməz hesab olunacaq və Rumıniya üçün “beynəlxalq məsuliyyət” yarada bilər.
Qeyd olunur ki, Rumıniyada NATO və ABŞ qüvvələrinin istifadə etdiyi bir neçə hərbi obyekt mövcuddur və ölkə alyansın Qara dəniz regionundakı əsas hərbi-logistik mərkəzlərindən biri hesab olunur.
16-03-2026, 23:45
Bakı metrosunda YENİ QADAĞA


Bakı metrosunda YENİ QADAĞA

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar.
"Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq! Daha rahat səfər üçün qaydalara riayət edək", - məlumatda qeyd edilib.
16-03-2026, 23:36
Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı


Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı

Avropa Birliyi seçkilərdən əvvəl hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün Ermənistana sürətli reaksiya qrupu yerləşdirəcək.
Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.
Kallas bunun Ermənistanın xahişi səbəbilə həyata keçirildiyini deyib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də baş tutacaq. Seçkilərə Rusiyanın mümkün təsiri və hibrid təhdidlərlə bağlı erməni rəsmiləri rəsmi səviyyədə bir neçə dəfə narahatlıq doğru çıxışlar edib.
16-03-2026, 23:34
İranda öldürülən növbəti general


İranda öldürülən növbəti general

İranın Şiraz şəhərində İnqilab Keşikçiləri Korpusunun nəzarətində fəaliyyət göstərən “Bəsic” qüvvələrinin “Fəcr” bölməsinin rəhbəri briqada generalı İbrahim Murtəzəvi-Nəsəb silahlı hücum nəticəsində öldürülüb.
Hadisə zamanı Murtəzəvi-Nəsəblə birlikdə onun bir neçə tabeliyində olan şəxs də həyatını itirib. Bildirilir ki, hücum naməlum silahlı şəxslər tərəfindən həyata keçirilib.
İbrahim Murtəzəvi-Nəsəb son illərdə Şiraz və ətraf şəhərlərdə keçirilən etiraz aksiyalarının sərt şəkildə dağıdılması əməliyyatlarına rəhbərlik edib. Bu səbəbdən onun adı tez-tez etirazçılara qarşı zorakılıq tətbiqi ilə əlaqələndirilirdi və regionun təhlükəsizlik strukturlarında əsas fiqurlardan biri hesab olunurdu.
Hadisədən sonra Şirazda internetin tamamilə kəsildiyi, mobil rabitənin isə ciddi problemlərlə işlədiyi bildirilir.
16-03-2026, 23:20
ABŞ səfirliyinə hücum - partlayışlar olub


ABŞ səfirliyinə hücum - partlayışlar olub

İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyi qarşısında partlayış baş verib, sirenlər səslənib.
Bu barədə Reuters agentliyi məlumat verir.
Hadisə zamanı bir neçə silsilə partlayış səsi eşidilib. Hücum Bağdadın hökumət binaları və səfirliklər yerləşən "yaşıl zona" ərazisində qeydə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!