Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
16-03-2026, 23:03
Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama


Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama

ABŞ lideri Donald Tramp İranın yeni Ali Lideri Müctəba Xameneinin taleyi ilə bağlı suala cavab verib.
O, Xameneinin sağ-olub olmadığını bilmədiyini vurğulayıb.
"Çox adam onun eybəcər hala düşdüyünü deyir. Bəziləri onun bir ayağını itirdiyini və çox ağır yaralandığını deyir. Digərləri isə onun öldüyünü deyir. Heç kim onun 100% sağlam olduğunu demir. Onun ölüb-ölmədiyini bilmirik. Onu heç kim görməyib. Bu, qeyri-adi haldır".
16-03-2026, 22:49
Putin Avropadan deyil, ABŞ-dən qorxur


Putin Avropadan deyil, ABŞ-dən qorxur

Putin Avropadan deyil, ABŞ-dan qorxur.
Bunu ABŞ prezidenti Donald Tramp Kennedi Mərkəzinin direktorlar şurasının üzvləri ilə nahar zamanı bildirib.
"NATO bizik. Putindən soruşa bilərsiniz. Putin bizdən qorxur, Avropadan heç qorxmur. O, Amerika Birləşmiş Ştatlarından və ilk prezidentlik dövrümdə yaratdığım silahlardan qorxur", - deyə Donald Tramp bildirib.
16-03-2026, 22:26
Kabil bombalandı


Kabil bombalandı

Pakistan Kabildəki Siyah Sang hərbi sektoruna hava hücumu həyata keçirib.
Geolokasiya təhlili zərbələrin hərbi bazaya dəydiyini göstərir.
Pakistan Hərbi Hava Qüvvələri Kabilin mərkəzindəki Taliban hərbi bazasına, eləcə də Nəngərhar əyalətindəki hədəflərə zərbələr endirib.
Pakistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarələr bunker partlayıcılarından və AZB-83 idarə olunan partlayıcı bombalardan istifadə edib. Zərbələrdən sonra Əfqanıstan paytaxtında yanğınlar baş verib.
16-03-2026, 21:51
Ayətullahlar onu təzyiq altında rəhbər seçib - ŞOK DETALLAR


Ayətullahlar onu təzyiq altında rəhbər seçib - ŞOK DETALLAR

Dünyanın gözü İranda baş verənlərə dikilib.
New York Times qəzetinin əldə etdiyi eksklüziv məlumatlar, Müctəba Xameneinin atasının varisi olaraq Ali Lider kürsüsünə gətirilməsinin heç də hamar keçmədiyini üzə çıxarıb. Xəbərlərə görə, seçim prosesi Vatikandakı Papa seçkilərini (konklav) xatırladan qapalı və gərgin bir prosedurla həyata keçirilib.
Hər şey martın 7-də Prezident Pezeşkianın bəyanatı ilə sürətlənib. Pezeşkian, körfəzdəki ərəb ölkələrinə hücumların dayandırılacağını elan edərək qonşulardan üzr istəyib. O, gərginliyə səbəb olan qərarların Ali Liderin yoxluğunda fəaliyyət göstərən üç nəfərlik keçid şurası tərəfindən verildiyini bildirib. Bu "yumşalma" siyasəti isə İnqilab Keşikçilərinin (SEPAH) qəzəbinə səbəb olub.
Generalların ultimatumu: "Dərhal Müctəbanı seçin!"
Məlumata görə, müharibə tərəfdarı olan generallar — Vahidi və Əziz Cəfəri, Ekspertlər Assambleyasından dərhal Müctəba Xameneini lider elan etməyi tələb ediblər. Keçmiş kəşfiyyat rəisi cənab Taeb isə 88 üzvün hər birinə təzyiq edərək, Ayətullahın oğluna səs verməyin "mənəvi və dini vəzifə" olduğunu vurğulayıb.

8 mart səsverməsi

8 martda Assambleya virtual olaraq toplansa da, müzakirələr kifayət qədər kəskin keçib. Mühafizəkarlar Ali Liderin sağlığındakı iradəsinə (oğlunun varis olmasına qarşı çıxmasına) hörmət edilməsini istəsələr də, konstitusiyanın onlara müstəqil seçim hüququ verdiyini deyənlər üstünlük təşkil edib.

Prosedurun detalları:

- Hər bir Ayətullah öz seçimini kağıza yazıb, mumla möhürləyib.

- Xüsusi kuryerlər bu zərfləri gizli şəkildə sayım komitəsinə çatdırıb.

- Müctəba Xamenei 88 səsdən 59-nu alaraq (üçdə iki səs çoxluğu) qalib gəlib.

Gecə yarısına az qalmış dövlət mediası Müctəba Xameneini İranın yeni Ali Lideri elan etdi. Baxmayaraq ki, səsvermə yekdil olmayıb, hətta ona qarşı çıxanlar belə "sədaqət andı" içməyə məcbur qalıblar. Hazırda İran elitası ictimaiyyət qarşısına hələ çıxmayan yeni liderin ətrafında "sıx birləşmiş" görüntüsü verməyə çalışsa da, pərdəarxası mübarizənin daha da kəskinləşəcəyi gözlənilir.
16-03-2026, 18:30
Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir


Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə ərazini yeni görkəmdə görmək mümkün olacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və «20 Yanvar» dairəsi istiqamətində birbaşa çıxış təmin edilir. Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qalxacaq.
Həmçinin Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılır.
Layihə «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı» çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə birgə icra edilir.
16-03-2026, 18:23
Daha bir ölkədə konsulluq xidmətimiz müvəqqəti dayandırılır


Daha bir ölkədə konsulluq xidmətimiz müvəqqəti dayandırılır

Azərbaycanın Çexiyadakı səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək.
Bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi "X"dəki hesabında məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Çexiyadakı səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.
16-03-2026, 18:13
"Çelsi"yə transfer qadağası qoyuldu


"Çelsi"yə transfer qadağası qoyuldu

“Çelsi” sabiq sahibi Roman Abramoviç dövründə maliyyə qaydalarını pozduğuna görə cəzalandırılıb.
Müstəqil komissiya London klubunu 2011-2018-ci illərdə maliyyə hesabatlarında qeyri-dəqiqlik və qayda pozuntularına görə 10,75 milyon funt sterlinq məbləğində cərimələyib.
Sanksiyalar çərçivəsində "Çelsi"yə 9 ay müddətinə akademiyaya yeni oyunçuların qeydiyyatı qadağan edilib. Əsas komanda üçün nəzərdə tutulan bir illik transfer qadağası isə iki illik sınaq müddəti ilə şərti tətbiq edilib. Yəni, klub növbəti iki il ərzində oxşar pozuntulara yol verməyəcəyi təqdirdə, əsas komandaya transfer qadağası tətbiq olunmayacaq.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 30 oyundan sonra 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
16-03-2026, 18:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq


Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Martın 17-si Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
16-03-2026, 17:43
Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək


Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumata verilib.
Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu RPİ tərəfindən axtarışda olan Rüfət Abbadov İnterpol kanalları vasitəsilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
16-03-2026, 17:38
MİDA-ya yeni Aparat rəhbəri təyin olundu


MİDA-ya yeni Aparat rəhbəri təyin olundu

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) Aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bu vəzifəyə Cəmşid Əmirov təyin edilib.
O, bundan əvvəl “MİDA” MMC-nin direktor müavini kimi çalışıb, Aparat rəhbəri postunda Fərman Qurbanlını əvəzləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!