Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
16-03-2026, 15:56
Konstitusiyalarını dəyişdilər: vitse-prezident postu təsis edildi


Konstitusiyalarını dəyişdilər: vitse-prezident postu təsis edildi

Qazaxıstanda seçicilər yeni Konstitusiyaya dəyişiklikləri 87% səslə təsdiq edib.
Əsas Konstitusiya dəyişikliklər ikipalatalı parlamentin birpalatalı parlamentlə əvəz edilməsi, prezidentin vaxtından əvvəl istefa verməsi halında onu əvəz edəcək vitse-prezident vəzifəsinin yaradılması və parlamentin Konstitusiyanı dəyişdirmək hüququndan məhrum edilməsi və bu hüququn yalnız referendumlar üçün saxlanılması barədə dəyişiklik edib.
Qarşıdan gələn dəyişikliklər ölkəni yeni parlament seçkilərinə hazırlayacaq, çünki mövcud qanunverici orqan 1 iyul tarixinə qədər işini dayandıracaq.
15-03-2026, 21:54
Pəri Hikmətqızı

Pəri Hikmətqızı

(Qazax Mərkəzi Xəstəxanasının şəfqət bacısı Mustafayeva Pəri Hikmət qızına ithaf edirəm)

O, kimdir? Döşündə təzyiq ölçəni,
İnsana qayğısı, min hörməti var!
Şərəfli işi var, öz xidməti var,
Diqqətlə yoxlayır, hər bir xəstəni,
Qəlbinin nə böyük, məhəbbəti var!


O qədər gözəldi, o qədər gözəl,
Baxıb gözlərinə, duruluram mən!
Mayadı, işıqdı, nurdu bilək, əl,
Onu salamlayır, hər gəlib-gedən!

Adını soruşdum, Pəridir dedi,
Ayın surətidir, Günün şöləsi!
Elə bil Aygündür, Vurğun şeridi,
Bal kimi şirindir sözü, cümləsi!


Mən Pəri dediyim, şəfqət bacısı,
Qazax mahalının, qız balasıdır.
Nə qədər zəngindir, könül dünyası,
Elə bil Qazağın Qız qalasıdır!

Ey Qazax pərisi, Qazax gözəli,
Günəşin nuru var, baxışlarında!
Hüsnündə gəzibdir Peyğəmbər əli,
Babək qılıncıdır, tunc qaşların da!


Yanaqları al kimisən, ay Pəri,
Dodaqları bal kimisən, ay Pəri,
Zal qızısan, Zal kimisən, ay Pəri,
Ağ buxağı xal kimisən, ay Pəri,
Nə gözəlsən, nə göyçəksən, ay Pəri!
Əlvan gülsən, tər çiçəksən, ay Pəri!

Ayna qabaq, durna telsən, ay gözəl,
Beçə balsan, şirin dilsən, ay gözəl,
Nur biləksən, şam tək əlsən, ay gözəl,
Bir incisən, canı ləlsən, ay gözəl,
Nə gözəlsən, nə göyçəksən, ay gözəl!
Əlvan gülsən, tər çiçəksən, ay gözəl!


Gözəllərin gözü sənsən, ay Pərim,
Gözü dərya, qaşı kaman, yay Pərim,
Göydə günəş, göydə sənsən Ay, Pərim!
Nə gözəlsən, nə göyçəksən, ay gözəl!
Əlvan gülsən, tər çiçəksən, ay gözəl!

Allah yazsın yığvalını, baxtını,
Qızıldan yaratsın, tacı-taxtını,
Söylə mənə toy gününün vaxtını,
Ağ yığval olasan, ağ bəxt olasan!
Dünyada ömrünlə, xoşbəxt olasan!


O, kimdir? Döşündə təzyiq ölçəni,
İnsana qayğısı, min hörməti var!
Şərəfli işi var, öz xidməti var,
Diqqətlə yoxlayır, hər bir xəstəni,
Qəlbinin nə böyük, məhəbbəti var!


Tofiq SALEH,

Qazax,
29.VII.2025
15-03-2026, 19:51
Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ


Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Martın 15-də keçirilmiş buraxılış imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
15-03-2026, 19:40
Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş


Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

ABŞ-ın Miçiqan ştatında sinaqoqa hücum edən şəxsin qardaşının Livanda “Hizbullah”ın komandiri olduğu iddia edilir.
Bu barədə məlumatı “The New York Times” qəzeti yayıb.
İsrail hərbçilərinin açıqlamasına görə, hücum edən Ayman Mohammad Qəzalinin qardaşı Ibrahim Mohammad Qəzali “Hizbullah”ın bir bölməsinə rəhbərlik edib. Bildirilir ki, o, martın 5-də Livanda silah anbarı və silahlıların yerləşdiyi obyektə endirilən İsrail aviazərbəsi nəticəsində öldürülüb.
Məlumata görə, hücumu həyata keçirən Ayman Qəzali Livan əsilli olsa da, sonradan ABŞ vətəndaşlığını alıb. Livan rəsmiləri və Miçiqandakı müsəlman icmasının nümayəndələri bildiriblər ki, İsrail zərbəsi nəticəsində onun ailəsindən dörd nəfər – iki qardaşı və qardaşlarından birinin iki övladı həlak olub, İbrahimin həyat yoldaşı isə ağır yaralanıb.
“Israel Defense Forces” kəşfiyyat araşdırmasından sonra İbrahim Qəzalinin öldürüldüyünü təsdiqləyib, lakin əməliyyatın detalları açıqlanmayıb. “Hizbullah”ın nümayəndəsi isə onun təşkilat üzvü olub-olmadığını təsdiq və ya təkzib etməyib, lakin Miçiqandakı hücumun ailə üzvlərinin ölümünə görə qisas olduğunu bildirib.
İsrail tərəfinin iddiasına görə, İbrahimin rəhbərlik etdiyi “Bədr” adlı bölmə İsrail ərazisinə yüzlərlə raketin buraxılmasında iştirak edib.
15-03-2026, 19:34
Müsəlmanları təhqir edən qadın həbs edildi


Müsəlmanları təhqir edən qadın həbs edildi

Türkiyənin Burdur əyalətinin sakini Qamze Gökçeye qarşı vətəndaşların dini hisslərini təhqir etmək barədə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə həbs olunub.
Özünü “yazıçı” adlandıran Gökçe sosial mediada müsəlmanların müqəddəs Ramazan ayını tənqid edən, insanları namazdan çəkinməyə çağıran və orucun “mənasız” olduğunu bildirən video paylaşıb.
Qamzenin Qurban bayramı zamanı heyvanların kəsilməsinin “lazımsız qətl ayini” olduğu barədə iddiası da sosial media istifadəçilərinin tənqidinə səbəb olub. O, həmçinin bu paylaşım ilə bağlı qəzəb dolu şərhlər yazan insanları təhqir edib.
Gökçenin həbs qərarı martın 15-də, İslamofobiya ilə Mübarizə Günündə verilib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bazar günü müvafiq açıqlama verib. Nazir cəmiyyətdə, o cümlədən dini zəmində nifaq salmaq cəhdlərinin yolverilməzliyini vurğulayıb və islamofobiya təzahürlərini pisləyib.
15-03-2026, 19:07
Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi


Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi

Tayvan Müdafiə Nazirliyi adanın ətrafında Çin ordusuna məxsus 26 döyüş təyyarəsi və 7 hərbi gəminin müşahidə edildiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, həmin uçuş aparatlarının 16-sı Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olub.
Rəsmi açıqlamada bildirilib ki, Çin hərbi təyyarələri Tayvanın şimal, mərkəzi və cənub-qərb istiqamətlərində fəaliyyət göstərib. Tayvan Silahlı Qüvvələri vəziyyəti yaxından izləyib və buna cavab olaraq hava patrul təyyarələri, dəniz qüvvələri və hava hücumundan müdafiə sistemləri hazır vəziyyətə gətirilib.
Nazirlik vurğulayıb ki, Çin hərbi aktivliyi son dövrlərdə regionda təhlükəsizlik gərginliyini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Taypey administrasiyası Pekinin bu cür addımlarını təzyiq və hərbi güc nümayişi kimi dəyərləndirir.
Son illərdə Çin ordusunun Tayvan ətrafında tez-tez hərbi təlimlər keçirməsi və döyüş təyyarələrinin ADIZ zonasına daxil olması regionda gərginliyin artmasına səbəb olur. Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın müstəqillik yönümlü siyasətinə qarşı çıxır. Tayvan isə faktiki olaraq müstəqil idarəetmə sisteminə malikdir və öz təhlükəsizliyini qorumaq üçün hərbi hazırlığını davam etdirir.
Geosiyasi baxımdan Tayvan boğazı Asiya-Sakit okean regionunda ən həssas təhlükəsizlik nöqtələrindən biri sayılır və burada baş verən hərbi aktivlik beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
15-03-2026, 18:55
İran bu raketi ilk dəfə istifadə etdi


İran bu raketi ilk dəfə istifadə etdi

Bu müharibə ərzində İran ilk dəfə İsrailə qarşı “Sacil” raketindən istifadə edib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Qeyd edilib ki, “Doğru vəd 4” əməliyyatı çərçivəsində 54-cü raket zərbələri zamanı “Horremşəhr”, “Heybərşəkan”, “Emad” raketləri ilə bərabər “Sacil” raketindən istifadə edilib.
15-03-2026, 18:43
İslamın yanlış təqdim edilməsi qəbuledilməzdir - Azərbaycan XİN


İslamın yanlış təqdim edilməsi qəbuledilməzdir - Azərbaycan XİN

İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur.
"İslamofobiyaya qarşı Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik", - xarici siytasət idarəsinin paylaşımında vurğulanıb.
"İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.
Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olaraq qalır", - XİN-dən qeyd edilib.
15-03-2026, 18:35
Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu


Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.
Bu gün saat 16:30-dan 18:00-dək olan müddətdə 13 Rusiya, 4 Çin və 1 Qazaxıstan vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.
Gün ərzində ümumilikdə 27 nəfərin təxliyəsi həyata keçirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
15-03-2026, 18:24
Ramazan ayının 25-ci gününün iftar vaxtı


Ramazan ayının 25-ci gününün iftar vaxtı

Bu gün ramazan ayının iyirmi beşinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, martın 15-də iftar vaxtı saat 19:02-dədir.

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!